Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərin yaradılması üçün tədbirlər görüləcək

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərin yaradılması üçün tədbirlər görüləcək

17.12.2025 [23:16]

Son 5 ilin statistik rəqəmlərinə əsasən, Azərbaycanda əhalinin artımı azalır və demoqrafik temp düşür. Bu səbəbdən, 2040-cı ilə qədər əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərin yaradılması və beynəlxalq standartlara əsasən, milli qanunvericiliyin təkmilləşdirilməsi üçün tədbirlər görüləcək. Ölkə demoqrafiyasına təsir edən selektiv abortlarla və erkən evliliklə mübarizə gücləndiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov söyləyib.

“Ümumiyyətlə, qadın hüquqlarının müdafiəsinə həsr edilmiş yeni Milli Fəaliyyət Planı, Ailə Konsepsiyası layihələri və digər məsələlər üzrə hazırlanan təkliflər hazırda dövlət qurumları ilə razılaşdırılır. Yaxın gələcəkdə bu istiqamətdə strategiya sənədlərinin qəbulu ölkənin sosial siyasətinə və inkişafına təsir edəcək”, - deyə komitə rəsmisi vurğulayıb.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31