Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçdə əmək bazarının bərpası 2027-ci ilə qədər uzanacaq

İsveçdə əmək bazarının bərpası 2027-ci ilə qədər uzanacaq

17.12.2025 [22:45]

İsveç Məşğulluq Xidmətinin yeni hesabatına görə, bu il əmək bazarı böhrandan əvvəlki səviyyəyə qayıda bilməyib.

AZƏRTAC xəbər verir ki, işsizlik səviyyəsinin 2027-ci ilin sonundan tez böhrandan əvvəlki səviyyəyə qayıtmayacağı gözlənilir.

Analitiklərin fikrincə, bundan əvvəlki yüksək inflyasiya, faiz dərəcələrinin artması, qlobal ticarət siyasətindəki qeyri-müəyyənlik və özəl istehlakın durğunluğu kombinasiyasının səbəb olduğu uzunmüddətli iqtisadi tənəzzülə görə əmək bazarında vəziyyət zəif olaraq qalır. Bu, təkcə təhsil səviyyəsi aşağı olan insanlara deyil, həm də ali və orta təhsilli mütəxəssislərə mənfi təsir göstərib.

Payızda işsizlik səviyyəsində bir qədər azalma olsa da, 2025-ci ildə onun səviyyəsi əvvəlki üç illə müqayisədə yüksək olaraq qalır. İsveçdə orta hesabla 367 min nəfər işsiz kimi qeydiyyata alınıb. 2026-cı ildə işsizlərin sayının 345 minə düşəcəyi, 2027-ci ilə qədər isə böhrandan əvvəlki səviyyəyə çatacağı proqnozlaşdırılır.

İlk irəliləyiş əlamətləri iqtisadi bərpaya daha tez reaksiya verən gənclər arasında nəzərə çarpır. Lakin tam orta təhsili olmayan gənclər, eləcə də əlilliyi olanlar üçün hələ də iş tapmaqla problemlər mövcuddur.

Məşğulluq Xidmətinin işəgötürənlər arasında apardığı araşdırma göstərir ki, son altı ayda işçi qəbul etməyə çalışan təşkilatların yarıdan çoxu yüksək işsizlik səviyyəsinə baxmayaraq, uyğun namizədləri tapmaqda çətinlik çəkiblər. Çox vaxt bu, müraciət edənlərin peşəkar təcrübəsinin və ya təhsil səviyyəsinin yetərli olmaması ilə əlaqədardır. Bir çox işəgötürən artıq təcrübəyə olan tələblərini yumşaldır və bu da başlayanlar üçün daha çox imkanlar açır, lakin ixtisas artırmağa ehtiyac kəskin olaraq qalır.

Analitiklər vurğulayırlar ki, vəziyyətin yaxşılaşdırılması üçün əhalinin həm rəsmi təhsildə, həm də işçi qüvvəsi çatışmazlığı olan sektorlara yönəlmiş peşə proqramlarında iştirakını əhəmiyyətli dərəcədə genişləndirmək lazımdır.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31