Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İngiltərədə həkimlər beşgünlük tətilə başlayır

İngiltərədə həkimlər beşgünlük tətilə başlayır

17.12.2025 [14:46]

İngiltərədə həkimlərin beşgünlük tətilə başlaması ilə əlaqədar xəstələrə tibbi xidmətlərdə fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, maaş mübahisəsi fonunda rezident-həkimlərin keçirdiyi 14-cü etiraz aksiyasıdır. Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq bildirib ki, tətilin vaxtı Milli Səhiyyə Xidmətinə (NHS) maksimum zərər vurmaq üçün seçilib və bu, xəstələrin təhlükəsizliyini risk altına ata bilər. Britaniya Tibb Assosiasiyası isə açıqlamasında səhiyyə xidməti rəhbərliyi ilə əməkdaşlıq edərək xəstələrin təhlükəsizliyinin qorunacağını bəyan edib.

Tətil qərarı tərəflər arasında çərşənbə axşamı günortadan sonra keçirilən son dəqiqə danışıqlarından sonra qüvvəyə minib. Hökumət bu görüşü konstruktiv adlandırsa da, tətilin ləğvi üçün yetərli irəliləyiş əldə olunmadığı bildirilib.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31