Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları təsdiqlənib QƏRAR

Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları təsdiqlənib QƏRAR

17.12.2025 [12:05]

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Bu qaydaların məqsədi xüsusi icra məmurlarının siyahısının müəyyən edilməsinin və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək. Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır.

Qaydaya əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və daim yenilənir. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun icra olunacaq.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31