İnklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri
17.12.2025 [10:15]
Cənubun səsi Bakıda...
Qlobal Cənub QHT Platformasının rolu və əhəmiyyəti
Demokratiyanın inkişafı saydığımız XXI əsrin 25 ilini arxada qoysaq da, dünyanın bir çox ölkələri ötən əsrlərin “yadigarları”ndan yaxa qurtara bilməyib. Söhbət müstəmləkəçilik, insan haqlarının tapdanması, cəmiyyətlərin hələ də hegemon dövlətlərin əsarətində olduğundan gedir. Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Bu halların qarşısının alınması üçün Azərbaycan bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri həyata keçirib. Ölkəmizin bu müstəvidə həyata keçirdiyi tədbirlər, xüsusilə də, QHT-lər, vətəndaş cəmiyyəti institutlarımızın bu tipli platformaların yaradılmasında rolu kifayət qədər yüksəkdir. Zaman-zaman Azərbaycan QHT-ləri müxtəlif beynəlxalq əhəmiyyətli təşəbbüsləri irəli sürüblər.
Dünya miqyasında dəstək qazanan təşəbbüs
Xatırladaq ki, bu il aprelin 28-də Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forum işə başlamışdı. Tədbir çərçivəsində isə Qlobal Cənub QHT Platforması təsis olunub. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə, COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.
Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır.
BMT-nin UNOSSC ofisinin rəsmi saytında...
Qlobal Cənub QHT Platforması (GSNP) son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib. Bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) rəsmi saytında məlumat yerləşdirilib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfədir baş verir.
Qeyd edək ki, dünya əhalisinin 80 faizinin yaşadığı - Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi narahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonunda qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqca əhəmiyyətlidir.
116 ölkənin vətəndaş cəmiyyətinin iştirakı ilə...
Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-nın vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən xüsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.
Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir.
Onu da qeyd edək ki, bu ilin mayında Nyu-Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayan açıqlama ilə çıxış etmişdi. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdı.
UNOSSC-un rəsmi saytında GSNP barədə yerləşdirdiyi məlumat bir daha nümayiş etdirir ki, bu platformanın fəaliyyəti qısa müddətdə qlobal diqqət qazanıb.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 Fevral 23:50
Dünya
09 Fevral 23:35
YAP xəbərləri
09 Fevral 23:11
Xəbər lenti
09 Fevral 22:51
YAP xəbərləri
09 Fevral 22:35
Dünya
09 Fevral 22:32
Elm
09 Fevral 21:50
YAP xəbərləri
09 Fevral 21:23
Xəbər lenti
09 Fevral 21:10
Xəbər lenti
09 Fevral 21:09
Xəbər lenti
09 Fevral 21:09
YAP xəbərləri
09 Fevral 20:54
YAP xəbərləri
09 Fevral 20:34
Dünya
09 Fevral 20:19
Gündəm
09 Fevral 20:14
İqtisadiyyat
09 Fevral 19:51
Dünya
09 Fevral 19:42
YAP xəbərləri
09 Fevral 19:37
Dünya
09 Fevral 19:15
Sosial
09 Fevral 18:47
YAP xəbərləri
09 Fevral 18:32
Siyasət
09 Fevral 18:13
YAP xəbərləri
09 Fevral 17:25
Elanlar
09 Fevral 17:19
Gündəm
09 Fevral 17:15
Sosial
09 Fevral 17:09
YAP xəbərləri
09 Fevral 17:05
Siyasət
09 Fevral 17:02
Siyasət
09 Fevral 17:00
Sosial
09 Fevral 16:56
İqtisadiyyat
09 Fevral 16:49
Xəbər lenti
09 Fevral 16:48
Siyasət
09 Fevral 16:47
Sosial
09 Fevral 16:44
Xəbər lenti
09 Fevral 16:36
Xəbər lenti
09 Fevral 16:36
Siyasət
09 Fevral 16:31
YAP xəbərləri
09 Fevral 16:18
YAP xəbərləri
09 Fevral 16:17
Sosial
09 Fevral 16:09
Gündəm
09 Fevral 15:53
YAP xəbərləri
09 Fevral 15:19
İdman
09 Fevral 15:11
Siyasət
09 Fevral 14:40
YAP xəbərləri
09 Fevral 14:34
Sosial
09 Fevral 14:33
Analitik
09 Fevral 13:44
Gündəm
09 Fevral 13:43
YAP xəbərləri
09 Fevral 13:21
Siyasət
09 Fevral 12:44
Sosial
09 Fevral 12:27
Mədəniyyət
09 Fevral 12:26
Siyasət
09 Fevral 12:18
İqtisadiyyat
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:13
Hadisə
09 Fevral 12:12
YAP xəbərləri
09 Fevral 11:45
Sosial
09 Fevral 11:43
Dünya
09 Fevral 11:41
Hadisə
09 Fevral 11:29
Dünya
09 Fevral 10:40
YAP xəbərləri
09 Fevral 10:32
Dünya
09 Fevral 10:18
Siyasət
09 Fevral 10:12
Dünya
09 Fevral 09:45
Dünya
09 Fevral 09:23
Sosial
09 Fevral 08:59
Dünya
09 Fevral 08:41
Dünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30

