BBC məhkəmə çəkişməsində...
17.12.2025 [09:14]
ABŞ Prezidenti telekanaldan 5 milyard dollar təzminat tələb edir
Xeyli müddətdir ki, davam edən Tramp - BBC qalmaqalı böyüyür. Bugünlərdə ABŞ Prezidenti süni intellekt və ya digər texnologiyalardan istifadə edərək sözlərini təhrif etdiyinə görə Britaniyanın BBC telekanalına qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə “Reuters” məlumat yayıb. İddiaya görə, Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrinin telekanal tərəfindən yanlış redaktə olunduğuna görə ən azı 5 milyard dollar təzminat tələb edir.
Kapitoliyə basqın etməyə çağırış təəssüratı yaradan yanlış yayım
ABŞ Prezidentinin transmilli media qurumu olan BBC-yə qəzəbi telekanalın seçkilər ərəfəsində yayımladığı filmdən qaynaqlanır. Trampın hüquq komandasının nümayəndəsi bildirib ki, “BBC prezident seçkilərinə müdaxilə etmək cəhdi ilə sənədli filmi qəsdən və aldadıcı şəkildə redaktə etməklə Prezident Trampı rüsvay edib”.
“Tramp: İkinci Şans?” adlı sənədli filmdə Trampın 2021-ci il yanvarın 6-da söylədiyi çıxış montaj edilməklə onun həmin gün Kapitoli binasında baş vermiş iğtişaşları birbaşa təşviq etdiyi təəssüratı yaradılıb. Ötən ilin noyabrında yayımlanan sənədli film yalnız bu yaxınlarda BBC prodüserlərini tənqid edən daxili yazışmaların sızmasından sonra yenidən gündəmə gəlib.
Sənədli filmdə Trampın “Tam gücümüzlə mübarizə aparacağıq” cümləsini “Kapitoliyə gedəcəyik” ifadəsindən dərhal sonra söylədiyi göstərilir.
Əslində isə Tramp Kapitoliyə getmək barədə bəyanatından sonra “cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəklərini” deyib, “mübarizə aparmaq” ifadəsini isə təxminən bir saat sonra işlədib. Beləliklə də, BBC-nin yayımı Kapitoliyə basqın etməyə çağırış təəssüratı yaradıb ki, D.Tramp bunu soyuqqanlı qarşılaya bilməzdi.
BBC üzr istəsə də...
D.Trampın komandası məhkəmədə təzminat iddiası qaldırmazdan öncə BBC ilə münasibətləri, necə deyərlər, ikitərəfli razılaşma qaydasında yoluna qoymağa çalışıb. Belə ki, Prezidentin vəkilləri bundan əvvəl BBC-yə göndərdikləri məktubda telekanaldan 2024-cü ildə ABŞ-da prezident seçkilərindən bir həftə əvvəl yayımlanan sənədli filmdə yer alan “yalan, böhtan xarakterli, nüfuzdan salan, aldadıcı və təhrikedici ifadələri” geri götürməyi tələb ediblər. Məktubda qeyd olunub ki, BBC həmin sənədli filmi öz saytından və sosial media hesablarından “tam şəkildə” silməli və “Prezident Trampın çəkdiyi zərərə görə uyğun kompensasiya” təmin edilməlidir. Əks halda, BBC-nin ABŞ-ın Florida ştatında “hüquqi tədbirlərlə üzləşəcəyi” bildirilib. “Sizi xəbərdar edirik. Zəhmət olmasa, müvafiq şəkildə davranın”, - deyə sosial mediada yayılan məktubda vurğulanır.
Hadisədən sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Deborah Törness qalmaqal fonunda istefa veriblər. Tramp bu istefaları “Truth Social” platformasında alqışlayaraq onları “korrupsioner” və “nadürüst insanlar” adlandırıb.
BBC-nin sədri Samir Şah isə noyabrın 10-da sözügedən kadrın “aldadıcı” olduğunu etiraf edib və “səhv qərar” üçün üzr istəyib, lakin qurumun sistemli şəkildə qərəzli olması ilə bağlı iddiaları rədd edib. Eyni zamanda, telekanal baş verənlərlə bağlı bəyanat yayıb. “Biz etiraf edirik ki, redaktəmiz istər-istəməz, fərqli anlardan olan kliplər deyil, nitqin vahid, davamlı bölməsini göstərdiyimiz görüntüsü yaratdı və bu, Prezident Trampın birbaşa zorakı hərəkətlərə çağırdığı barədə yanlış təəssürat oyatdı. Düzəlişlər və aydınlaşdırmalar” bölməsində yerləşdirilmiş üzrxahlıqla yanaşı, BBC proqramı efirdən çıxarıb”, - deyə bəyanatda vurğulanıb.
Belə görünür ki, BBC yanlış yayıma görə üzr istəsə də , bu, Tramp və onun komandası üçün yetərli olmayıb. Buna görə də Prezident - telekanal münasibətlərini məhkəmə müstəvisində çözmək qərara alınıb. Mütəxəssislər proseslərin bu şəkildə irəliləməsini iki baxış bucağından dəyərləndiriblər. Birincisi, Prezidentin komandasının telekanaldan təzminat tələbi Trampın ABŞ büdcəsinə mümkün qədər çox vəsait cəlb etmək siyasəti ilə izah oluna bilər. Düzdür, 5 milyard dünya nəhəngi olan ABŞ üçün dəryada damladır. Ancaq müdriklər “dama-dama göl olar “ ifadəsini təsadüfən işlətməyiblər. Ağ Evin yeni administrasiyası da bu yanaşmadan çıxış edir.
D.Tramp - BBC qarşıdurması eyni zamanda ABŞ Prezidentinin “fake” məlumatlar yayan mediaya qarşı qətiyyətli mübarizəyə başlamasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Həqiqətən də, indi bu məsələ dünyanın kədərli reallıqlarından biridir. Ayrı -ayrı qeyri - hökumət təşkilatları, media subyektləri bu və ya digər siyasi qurumların, güc mərkəzlərinin əlində alətə çevriliblər. Çirkin işbirliyi yaranıb. Bir sıra hallarda ləyaqətli insanlar, ölkələrinin maraqlarından çıxış edəın siyasətçilər, partiya liderləri qərəzli sifarişlərin hədəfinə çevrilirlər. Onlara qarşı eyni mərkəzlərdən sifariş edilən “qara piar” aparılır. Təbii ki, belə kampaniyaların arxasında böyük həcmlərdə ödənişlər dayanır. Ayrı-ayrı əməkdaşlar, bütöv redaksiyalar pulla ələ alınır və onların fəaliyyəti istiqamətləndirilir. Xatırladaq ki, Donald Tramp bundan əvvəl də onu tənqid edən jurnalistlərlə və media qurumları ilə də, necə deyərlər, haqq-hesab çəkib. Belə ki, o, ikinci prezidentliyi dövründə indiyə qədər “The New York Times”, “The Wall Street Journal” və “ABC News”a qarşı böhtan iddiaları qaldırıb, həmçinin NPR və PBS-ə dövlət maliyyəsini azaldıb, “Associated Press” müxbirlərinin Ağ Evə akkreditasiyasını ləğv edib.
Belə görünür ki, indi növbə BBC-yə çatıb. Azərbaycan BBC-nin saxta və qərəzli media maşını olduğunu dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Qurumun yayımlarında ədalət, beynəlxalq hüquq, demokratiya, obyektivlik kimi prinsiplər çoxdan unudulub. Belə ki, BBC-nin getdikcə daha çox dərəcədə ayrı-ayrı dairələrin və maliyyə qaynaqlarının ruporuna çevrildiyi, alət qismində istifadə olunduğu aydın şəkildə müşahidə edilir. Bütün bunlara görə BBC cəzalandırılmalıdır. Zamanında Azərbaycanın etdiyini, indi Ağ Ev, D.Tramp edir ki, bunu da Qərbin daha bir kədərli etirafı kimi dəyərləndirmək mümkündür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

