2026-cı il yaxınlaşır...
17.12.2025 [08:51]
Bayram süfrəsi neçəyə başa gəlir?
Yeni ilin gəlməsinə sayılı günlər qalıb. 2025-ci ili geridə qoyub, 2026-cı ili qarşılamağa hazırlıqlar görürük. Hər kəsin Yeni ildən gözləntiləri fərqli olsa da, ortaq arzumuz sevdiklərimizlə xoşbəxt, dinc və sağlam bir il keçirməkdir. Təbii ki, digər bayramlar kimi Yeni ilin də olmazsa-olmazı bayram süfrəsidir. “Yeni ili necə qarşılasan, bütün il də elə keçəcək”, deyirlər. Ona görə də bayram süfrələrini hazırlamaq üçün, “yaxşı bazarlıq” etmək vacibdir.
Qiymətlər isə hər ailə üçün büdcə hesabını yenidən gündəmə gətirir. Ərzaq məhsullarının qiyməti, həmçinin restoranlardakı Yeni il menyuları əvvəlki illərə nisbətən fərqlidir. Bu il ölkəmizdə orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gələcək?
4 nəfərdən ibarət ailə üçün...
Orta statistik 4 nəfərdən ibarət ailə bayram süfrəsini standart yeməklərlə - salat, dolma, plovla bəzəmək istəsə, xərclər belə olur: toyuq ətinin 1 kiloqramı orta hesabla 7-9 manat, digər ət məhsullarının qiyməti isə 18-20 manat arasında dəyişir.
Salatlar və tərəvəzlər isə xırda görünən, amma toplandıqda əhəmiyyətli xərc yaradan kateqoriyadır. Salat üçün tərəvəz və göyərti 15-17 manat, mayonez və souslarla birlikdə isə 20-23 manat xərclənir.
Plov üçün ayrıca xərc tələb olunur: 1 kq düyü 3,80 AZN, 1 kq qayısı 9-12 AZN, 1 kq kişmiş 8-14 AZN, 1 kq şabalıd 8 AZN, 1 kq soğan 0,40-0,90 AZN, 1 kq ət isə 17-20 AZN təşkil edir.
Orta səviyyəli tortun qiyməti 25-35 manat, 1-2 kq konfetlə birlikdə 45-50 manat xərcə başa gəlir. Meyvə isə süfrənin ayrılmaz hissəsidir: almanın kilosu 1,8-2,5 manat, portağalın kilosu 2-3 manat, banan isə 3-4 manat təşkil edir. 4 nəfərlik ailə üçün meyvə xərcləri 12-18 manat civarında olur.
Bütün bunlar toplandıqda, orta səviyyəli Yeni il süfrəsinin xərci 4 nəfər üçün təxminən 110-150 manat olur. Seçilən məhsulun növü və miqdarından asılı olaraq, bu rəqəm dəyişə bilər.
Quş məhsullarının qiyməti...
Adətən Yeni il süfrəsinin menyusu dedikdə ağla gələn ilk yeməklərdən biri nar kimi qızardılmış hinduşka ətidir. Lakin bunu da almağa hər ailənin büdcəsi yetmir.
Hinduşka fərə- 45 AZN
Xoruz- 22-25 AZN
Kənd çolpası- 15 AZN
Şam ağacı...
Yeni ilin əsas atributlarından sayılan şam ağacının (yolkaların) qiyməti də fərqlidir. Belə ki, yolkalar minimum 15, maksimum 2500 manata təklif edilir. Qiymətlər ölçü və keyfiyyətə görə dəyişir. Satıcılar şam ağaclarının Çindən gətirildiyini bildirirlər. Lakin qiymətlərin yüksək olmasına baxmayaraq, alıcı qıtlığı yaşanmır.
Restoranların Yeni il şənliyi qiymətləri...
Bakıda 31 dekabr - Yeni il gecəsi restoranlarda bayram menyularının qiymətləri bəlli olub. Restoranların bəzilərinin qiymətlərini təqdim edirik:
“Çanaqqala” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, adambaşı qiymət 80-130 manat. 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
“La Marine Baku” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
“Sədəf” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat.
“Xan Baku” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 120-140 manat.
“Baku Castle”restoranı: Menyu, şou proqram, ardınca atəşfəşanlıq daxil olmaqla, qiymət adambaşı 140 manat təşkil edir.
“Lido” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər adambaşı 150 - 200 manat arasındadır.
“Valentino Baku” və “Glass” restoranında konsert proqramı və menyu daxil olmaqla, adambaşı qiymət 160 manat.
“AD” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-180 manat.
“Cratos” restoranı: Menyu, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 150-200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
“Niaqara” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-200 manat arası, 6 yaşına qədər uşaqlar üçün isə pulsuz.
“Nar Şərab” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti zala görə 160-270 manat arası, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
“Mənzərə” restoranı: Bayram menyusu və şou proqramları daxil qiymət adambaşı 250-300 manat.
“Hilton Baku” otelində yerləşən “CİLANTRO” restoranında Yeni il gecəsi adambaşı 200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz. Həmçinin uşaqlar üçün santa və şou proqramlar da keçirilir.
“SKY GRİLL” restoranında qiymət band qrupu, şou proqram, set menyu ilə içkilər daxil adambaşı 400 manat.
“Manqal Steak Haus” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 400 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

