Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Güclü müdafiə, genişlənən perspektivlər...

Güclü müdafiə, genişlənən perspektivlər...

17.12.2025 [08:38]

Hərbi sənayemiz yeni dövrünü yaşayır

Hərbi potensial ölkənin sadəcə müdafiə qabiliyyətini deyil, həm də regional və qlobal geopolitik mövqeyini əks etdirən mühüm bir göstəricidir. Azərbaycanın bu sahədəki inkişafı təkcə müasir silahlar və texnologiyalarla deyil, həm də hərbi təlimlər, strateji müttəfiqliklər və beynəlxalq əməkdaşlıqlarla ölçülür. Hələ sovet hakimiyyəti dövründə respublikamızda ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin tikilməsi üçün təşəbbüslər göstərilib. Həmin dövrdə işə salınmış bir sıra zavodlar, elm-istehsalat sahələri hazırda ölkəmizin müdafiə sənayesinin mövcud potensialının mühüm bir hissəsini təşkil edir.

Müstəqil dövlət quruculuğu dövründə işğala məruz qalan ölkəmizin müdafiə potensialının yaradılması üçün məqsədyönlü işlər aparılıb. Bu gün Azərbaycan Ordusu ən yaxın müttəfiqi olan Türkiyənin hərbi modeli əsasında formalaşdırılır. Belə ki, orduya sərf olunan xərclərin artırılması, yeni bölmələrin, milli müdafiə institutlarının yaradılmasını və xüsusi təyinatlıların sayının artırılmasını nəzərdə tutan bir sıra yeni hərbi islahatların aparılması da məhz türk modeli əsasında həyata keçirilir.

Hərbi sənaye kompleksimizin inkişafı

Ölkəmizin müdafiə sənayesinin inkişafı daim diqqətdə saxlanılır, gücləndirilməsi və modernləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2005-ci ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi yaradılıb, bir sıra zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik onun tərkibinə verilib. Bu addım ölkəmizin hərbi sənaye kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə böyük töhfə verib. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.

Yeri gəlmişkən, bu gün Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Tarixi qələbəmizə mühüm töhfə...

Ərazi bütövlüyümüzün təmin edilməsində başlıca rol oynayan, Azərbaycanın hərb salnaməsinin qızıl səhifəsini yazan Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazanılan tarixi qələbəsində Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini verib. Əks-hücum əməliyyatında Silahlı Qüvvələrin silah, sursat, hərbi-xüsusi texnika, pilotsuz uçuş aparatları və digər məhsullar ilə fasiləsiz təmin edilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumları və müəssisələri gücləndirilmiş iş rejimində çalışıb. Bu dövlət orqanının monolit kollektivinin 72 üzvü qanlı döyüşlərdə iştirak edib, 3 əməkdaşı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb, 7 işçisi yaralanaraq qazi olub.

Hərbi qüdrətimiz artır

Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin daha müasir silah, sursat və hərbi texnika ilə təchiz edilməsi, milli müdafiə sənayesinin təkmilləşdirilməsi və müdafiə təyinatlı məhsulların yerli istehsalının genişləndirilməsi istiqamətində zəruri tədbirlər davam edir. Sözsüz ki, Azərbaycanın hərbi qüdrətinin artırılması, müdafiə qabiliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin bugünkü nailiyyətləri dövlət başçısının bu sahədə həyata keçirdiyi davamlı siyasətin və göstərdiyi yüksək diqqətin nəticəsində mümkün olub.

Xüsusilə qeyd olunmalıdır ki, Müdafiə Sənayesi Nazirliyinin fədakar və zəhmətkeş kollektivi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Ölkənin müdafiə sənayesinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması və görülən digər tədbirlər müdafiə sənayesi işçilərində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, onların üzərinə əlavə məsuliyyət də qoyur. Güclü və müasir müdafiə sənayemiz Azərbaycanın hərbi və geosiyasi qərarlarının əsasını təşkil edir, ölkəmizin dünya səhnəsində gücünü daha da artırır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31