Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Etibarlı tərəfdaşlığın yeni mərhələsi

16.12.2025 [10:58]

Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər qarşılıqlı etimad sütunları üzərində yüksələn xətlə inkişaf edir. Birləşmiş Krallıqla ölkəmiz arasında formalaşmış güclü iqtisadi, siyasi dialoqlar həm də regional əməkdaşlığa töhfələr verməkdədir. Hazırda hər iki dövlət yüksəksəviyyəli əməkdaşlıqlar münasibətlərini daha da inkişaf etdirmək üçün ənənəvi neft-qaz sahəsi ilə yanaşı, ticarət və mühəndislik, bərpaolunan enerji, innovasiya və rəqəmsal texnologiyalar, “yaşıl enerji” infrastrukturlarının qurulmasında uzunmüddətli əməkdaşlığa önəm verir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysın respublikamıza səfəri çərçivəsində keçirdiyi görüşlər olduqca maraqlı və yaddaqalan olub.

Böyük Britaniyanın ticarət elçisinin iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə isə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunulub. Qeyd olunub ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün böyük potensial var. Ticarət elçisinə Azərbaycanın Mərkəzi Asiya regionu ilə səmərəli əməkdaşlığına dair məlumat verilib və birgə təşəbbüslərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə səmərəli əməkdaşlıq, enerji keçidi, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarında investisiya imkanları, biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətin təşviqi barədə müzakirə aparıblar.

Britaniya Zəngəzur dəhlizini dəstəkləyir

Cənab Olderdaysın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüşündə son 20 ildə ölkəmizdə nəqliyyat və kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.

Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə məlumat verilib, layihənin regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanla Birləşmiş Krallıq arasında tərəfdaşlığın gündəliyində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən aviasiya və dəmir yolu nəqliyyatı, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalar London üçün də mühüm əhəmiyyət daşıyır, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə töhfə verən Böyük Britaniya şirkətləri yeni rifah və əməkdaşlıq layihələrində daha geniş təmsil olunmaq fürsəti qazanmış olacaq.

İngilis şirkəti Naxçıvanda “yaşıl enerji” layihəsində... 

Con Olderdaysun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşü də investisiya və ticari məsələlərə diqqət çəkjilib. Görüşdə Böyük Britaniyanın “Xlinks” şirkətinin nümayəndə heyətinin təmsil olunması isə Naxçıvanda “yaşıl enerji”yə ingilis sərmayəçilərinin xüsusi marağının göstəricisi kimi qiymətləndirilə bilər. Məlumdur ki, “Xlinks” dünyada bərpaolunan enerjinin emalı və nəqli üzrə ixtisaslaşmış infrastruktur korporasiyası kimi dünyada nüfuz qazanıb. Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “Viking Link” interkonnektorlarının inşasında zəngin təcrübəyə malikdir.

Şirkət Azərbaycanda bərpaolunan enerji sektoruna böyük maraq göstərir və bir müddət əvvəl “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin təsisçilərindən biri olan Azərbaycan hökuməti ilə “Xlinks” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, alternativ enerji infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması nəzərdə tutulur.

İnglislər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə də xüsusi diqqət göstərir, layihə çərçivəsində Naxçıvandan əldə ediləcək “yaşıl enerji” mübadilə mənbələrinin istismarında təmsil olunmaq niyyətindədir. Bu baxımdan “Xlinks” şirkətinin Muxtar Respublikada fəaliyyəti bölgənin enerji mənbələrinin şaxələnməsi və nəqlində mühüm mərhələ aça bilər. Naxçıvanın Zəngəzur dəhlizinin mühüm bir seqmenti olması isə ingilislərin bölgəyə strateji marağını daha da artırır. Çünki Birləşmiş Krallıq Orta Dəhliz üzərindən Asiya və Şərq coğrafiyalarında böyükhəcmli daşınmalar həyata keçirir ki, Naxçıvan sərfəli və asan kommunikasiya qovşağı kimi logistik bağlantıları daha da yaxşılaşdıracaq.

Mülki aviasiya sahəsində etibarlı tərəfdaşlıq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Olderdaysın Milli Aviasiya Akademiyasının (MAA) rektoru Arif Paşayevlə görüşündə isə mülki aviasiya sahəsində birgə əməkdaşlığın uğurlarına və perspektiv imkanlara toxunulub. Böyük Britaniya şirkətlərinin AZAL, “Silk Way Holding” və Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələri müsbət dəyərləndirilib. Bildirilib ki, 2000-ci ildən sonra Azərbaycan “Boeing 757” təyyarələrinin istismarına başlamaqla Böyük Britaniyanın “Rolls-Roys” şirkəti ilə sıx işbirliyi qurub. İngilis şirkətləri ilə uçuşların təhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin və aeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsi, təyyarələrin uçuş yararlığının saxlanılması və digər vacib istiqamətlərdə də səmərəli əməkdaşlıq qurulub.

2009-2010-cu illərdə MAA-da Böyük Britaniyanın “Thales” şirkətinin istehsalı olan “Airbus A320”, “Boeing 757/767” və “ATR 42/72” hava gəmilərinin uçuş simulyatorları quraşdırılıb, son 2 ildə “Acron Aviation” şirkətinin daha 3 trenajoru - “Boeing 777-200LR/F/300ER”, “Boeing 787-9” təyyarələrinin simulyatorları və “Airbus A320” təyyarəsinin FPT prosedur trenajoru MAA-da quraşdırılıb. Akademiyanın Təlim Mərkəzində hazırda fəaliyyət göstərən 8 uçuş simulyatorundan 5-i “Acron Aviation” şirkətinə məxsusdur. MAA-nın uçuş trenajorlarının ilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiya agentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı, AZAL, “Silk Way Holding” və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərində uçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkar ingilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirak edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31