Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qloballaşan mühitdə dəyərlərimizi necə qoruyaq?

Qloballaşan mühitdə dəyərlərimizi necə qoruyaq?

16.12.2025 [09:52]

Mənəviyyatla böyüyən nəsil...

Azərbaycan cəmiyyəti fərqlənir

Uşaqların formalaşan dünyagörüşü, həyata baxışı və davranış modeli ailədə və cəmiyyətdə gördüyü nümunələr üzərində qurulur. Bu baxımdan Azərbaycan cəmiyyəti özünəməxsus dəyərlər sistemi ilə seçilir. Həmin dəyərlər uşaqların mənəvi inkişafında mühüm rol oynayır. Digər ölkələrin cəmiyyətləri ilə müqayisədə Azərbaycanda ailə institutu hələ də aparıcı mövqeyini qoruyub saxlayır. Böyüyə hörmət, kiçiyə qayğı, ailə birliyi, valideyn sözünün çəkisi uşaqların tərbiyəsində əsas prinsiplər kimi qəbul olunur.

Cəmiyyətimizdə mənəvi dəyərlər yalnız ailə daxilində deyil, həm də ictimai mühitdə geniş şəkildə təbliğ olunur. Qloballaşmanın təsiri ilə bir çox ölkədə ənənəvi dəyərlərin zəiflədiyi halda, sevindirici haldır ki, ölkəmizdə bu dəyərlər yaşadılır. Uşaqlara həm dünyaya açıq olmaq, həm də kimliyimizi qorumaq aşılanır. Bu balans onların mənəvi inkişafında sağlam psixoloji mühit yaradır və mənəvi boşluqların qarşısını alır.

Əldə olanlarla kifayətlənməli deyilik...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Nail Cəlil bildirib ki, uşaqların və gənclərin mənəvi inkişafı bütün dövrlərdə cəmiyyət üçün aktual olan bir məsələdir. Onun sözlərin görə, gənclərin mənəvi inkişafından danışdıqda, zamanın tələblərini nəzərə almaq vacibdir: “Ölkəmizdə gənclərin dövlət idarəçiliyində olması bu gün bizim üçün vacib istiqamətlərdən biridir. Zaman və dövr dəyişdikcə, gənclərimizin müsbət hədəfləri ilə yanaşı müəyyən qayğıları da olu. Odur ki, bəzi ölkələri təqib edib onlarla ayaqlaşmaq da vacibdir. Gənclərin bəzilərinin təhsil, karyera hədəfləri üçün xaricə üz tutması faktı var. Onları ölkəmizə yönəltmək istəyiriksə, əldə olanlarla kifayətlənməli deyilik. Çalışmalıyıq ki, peşə, uğurlu karyera, sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində, gənclərin bu sferada özünü təsdiq etməsi üçün müəyyəna adımlar atılsın. Təbii ki, dövlətimiz də bu istiqamətdə mühüm işlər görür. Amma sadəcə dövlətin gördüyü işlərlə kifayətlənmək olmaz. Yeni nəslin mənəvi inkişafı üçün onların ideoloji əsaslara söykənməyi vacibdir. Uşaqların, yeniyetmələrin mənəvi inkişafı maddi və sosial rifahla tamamlanmalıdır. Bu istiqamətdə nə qədər çox çalışıb praktik addımlar atsaq, kadr seçimində düzgün təsnifat apararaq gənclərin elm və təhsil baxımından yaxşı irəliləməsinə, karyeralarını ritmik qurmalarına, mənəvi baxımdan maraqlarının dəstəklənməsinə yol açarıq. Bütün bunlar isə onların hərtərfəli inkişafı üçün daha faydalı şərait yaratmaq anlamına gəlir”.

Sabahımıza qoyulan ən dəyərli sərmayə

Sosioloq qeyd edib ki, gənclər hər bir halda cəmiyyətin öndə gedən avanqard qüvvəsidir: “Amma onların mənəvi inkişafı sırf ideoloji bir faktordur və dövlətin gənclərlə bağlı siyasəti ilə birbaşa əlaqədar olan məsələdir. Təbii ki, yeni ideologiya, yeni axtarışlar astanasındayıq. Lakin azərbaycançılıq ideologiyasının milli maraqlar çərçivəsində inkişaf etdirilməsi, sivil dəyərlərlə uzlaşması və mənəvi dəyərlərin daha geniş yayılması üçün cəmiyyətin sağlam təsisatlanmasına ehtiyac var. Son dövrlər cəmiyyətdə bəzi deqradasiyalar olur. Məsələn, gənclərin ailə həyatına münasibətinin müəyyən dərəcədə dəyişməsi, gənclərin işlə bağlı bəzi çətinliklərlə üzləşməsi kimi çətinlikləri qeyd edə bilərik. Bütün bunların fonunda görəcəyimiz işlər odur ki, mənəvi inkişafı üçün düzgün təbliğat qurmalıyıq. Milli ideologiyamızın qlobal bəşəri dəylərlərlə bərabər əlaqə sintezini düzgün müəyyənləşdirmək və gənclərin mənəvi tərbiyəsində milli və sosial təhlükəsizlik maraqlarını bərabər tutmaq vacibdir. Yəni, sosial iqtisadi rifahı ilə yanaşı onların mənəvi inkiafını daha da stimullaşdırmaq vacibdir. Təbii ki, dəyərlərimiz hər zaman öndədir, amma gənclərin karyera hədəfləri ilə yanaşı ən əlverişli və mümkün şəraiti də qurmaq lazımdır. Bütün bunlar gənclərin mənəvi inkişafına daha böyük töhfə verər.

Nəticə etibarilə qeyd edə bilərik ki, cəmiyyətimizdə uşaqlar fərqli bir ruhda, milli-mənəvi dəyərlərə söykənən, ailəyə və Vətənə bağlı, hörmət və mərhəmət hissi güclü olan fərdlər kimi tərbiyə olunurlar. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi isə təkcə ailələrin deyil, bütün cəmiyyətin üzərinə düşən mühüm bir vəzifədir. Uşaqların mənəvi inkişafına göstərilən bu diqqət əslində, Azərbaycanın sabahına qoyulan ən dəyərli sərmayədir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 205 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31