Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Volkswagen” tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayacaq

“Volkswagen” tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayacaq

15.12.2025 [16:02]

“Volkswagen” tarixində ilk dəfə Almaniyada yerləşən avtomobil zavodunu bağlayacaq.

AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, çərşənbə axşamı “Volkswagen” konserninin Drezdendəki zavodunda avtomobil istehsalı dayandırılacaq. Buna səbəb Çində və Avropada satışların azalması, həmçinin ABŞ tərəfindən tətbiq olunan idxal rüsumlarıdır.

“Bernstein” analitika şirkətinin eksperti Stiven Reytmanın sözlərinə görə, “Volkswagen” xərclərin azaldılması və əməliyyat mənfəətinin artırılması istiqamətində addımlar atır. Zavodun bağlanması Almaniyada şirkətin 35 min işçisinin ixtisarını nəzərdə tutan proqram çərçivəsində həyata keçirilir.

Qeyd olunur ki, 2002-ci ildən bəri zavodda təxminən 200 min avtomobil buraxılıb. Bu da konsernin Volfsburq şəhərindəki əsas müəssisəsinin illik istehsal həcminin yarısından da azdır.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31