Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
13.12.2025 [22:49]
Azərbaycan Respublikasının və Tailand Krallığının Xarici İşlər nazirlikləri arasında Banqkok şəhərində ilk siyasi məsləhətləşmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Tailand nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.
Əvvəlcə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görülən tədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verilib.
Tailandın xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilən görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Banqkokda Azərbaycan səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı səfirlik tərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.
Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

