Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb

Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb

13.12.2025 [15:38]

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31