Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Azercell” uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

“Azercell” uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

13.12.2025 [13:46]

Dekabrın 5-də “Azercell”in dəstəyi, Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və “Roller Bird” nəşriyyat evinin tərəfdaşlığı ilə hazırlanan “Sən onları görməmisən?” kitabının təqdimatı keçirilib.

Məktəblilərin araşdırmalarına əsaslanan bu nəşr Azərbaycan faunasının nadir və təhlükə altında olan canlılarından biri – Xəzər suitisinin qorunmasına həsr olunub. Layihənin məqsədi uşaqlarda ətraf mühitə qarşı həssaslığın və sosial məsuliyyət hissinin erkən yaşlardan formalaşdırılmasını, həmçinin mütaliə və yaradıcı düşüncə bacarıqlarının inkişafını təşviq etməkdir.

TISA-da keçirilən təqdimat zamanı şagirdlər Xəzər hövzəsində məskunlaşan nadir canlılarla bağlı ekoloji məsələləri gündəmə gətiriblər. Uşaqlar layihənin ətraf mühitin mühafizəsi və təbiətə qarşı məsuliyyətli yanaşma vərdişlərinin formalaşdırılmasına töhfə verdiyini bildiriblər. Onlar təşəbbüslərinin reallaşdırılmasına göstərilən dəstəyə görə “Azercell”ə təşəkkür edib, bu təşəbbüsün ekoloji maarifləndirmə baxımından dəyərli təcrübə olduğunu vurğulayıblar .

Nəşrin daha geniş auditoriya üçün əlçatanlığını təmin etmək məqsədilə kitab Azərbaycan və ingilis dillərində çap olunub.

“Sən onları görməmisən?” kitabı ilk dəfə bu il Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Maarifləndirici təsirini artırmaq məqsədilə kitab Azərbaycanın bütün bölgələrindəki məktəblərə paylanacaq.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31