Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yağış mənşəli torpaq sürüşmələri ilə bağlı tədqiqat aparılıb

Yağış mənşəli torpaq sürüşmələri ilə bağlı tədqiqat aparılıb

12.12.2025 [21:16]

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi və SABAH Mərkəzinin Neft-qaz geologiyası proqram rəhbəri Rəşad Abbasovun həmmüəllifi olduğu tədqiqatda yağış nəticəsində yaranan torpaq sürüşmələrinin modelləşdirilməsi araşdırılıb.

Rəşad Abbasov AZƏRTAC-a açıqlamasında bildirilib ki, işin əsas məqsədi torpaq sürüşmələrinin yaranma mexanizmini daha dəqiq anlamaq və proqnozlaşdırma metodlarını təkmilləşdirmək olub. Tədqiqatda doymamış torpaq mühitlərində suyun hərəkətini təsvir edən Riçards tənliyi və torpağın mexaniki davranışını izah edən Biot məsamə elastikliyi yanaşması birləşdirilərək vahid model şəklində ilk dəfə sistemli şəkildə formullaşdırılıb. Bu tam hidromexaniki model müxtəlif sadələşdirilmiş modellərlə müqayisə edilib.

Modelin hesablamaları “COMSOL Multiphysics” proqramında aparılıb, nəticələr etalon ssenarilərlə yoxlanılıb. Daha sonra model Azərbaycanın ən aktiv sürüşmə zonalarından biri olan Badamdar ərazisi üzərində sınaqdan keçirilib. Real sahə məlumatları da tam modelin üstünlüyünü təsdiqləyib.

Tədqiqat nəticələri yağış mənşəli torpaq sürüşmələrinin daha dəqiq qiymətləndirilməsi üçün modelin mürəkkəbliyinin nə dərəcədə vacib olduğunu göstərir.

Tədqiqat işi yüksək impakt faktorlu Q1 kvartilli “Engineering Geology” jurnalında dərc edilib.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31