Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kaya Kallas Avropa İttifaqını sarsıdan hadisədən danışıb

Kaya Kallas Avropa İttifaqını sarsıdan hadisədən danışıb

12.12.2025 [14:21]

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun ittiham edildiyi fırıldaqçılıq qalmaqalının Aİ-ni sarsıtdığını bildirib.

AZƏRTAC xəbər verir ki, “Euractiv portalı” bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmilərinin görüşündə iştirak edən şəxsə istinadla məlumat yayıb. Məlumata görə, Avropa diplomatiyasının rəhbəri qalmaqallar səbəbindən Avropa Xarici Fəaliyyət Xidmətinin qanun pozuntuları barədə bildirişləri ilə bağlı siyasətində dəyişiklikləri elan edib. Lakin Kaya Kallasın çıxışında konkretliyin az olması iştirakçıları məyus edib.

Qeyd edək ki, dekabrın 2-də Belçika polisi Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında, Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış aparıb və bu axtarışlar zamanı aralarında Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun da olduğu üç nəfəri saxlayıb. Saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Bununla belə, saxlanılan hər üç şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31