Azərbaycan-Slovakiya əlaqələri yeni və daha sürətli mərhələyə qədəm qoyur
11.12.2025 [12:52]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı cənab İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından önəmlidir. Eyni zamanda, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır.
Azərbaycan-Slovakiya əlaqələrinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf etsə də, 2019-cu ildən etibarən bu münasibətlər daha sistemli və şaxələnmiş şəkildə inkişaf edir. 2024-cü ilin may ayında isə Bakı şəhərində iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da stimullaşdıraraq, münasibətləri yeni səviyyəyə qaldırıb. Artıq iki ölkə arasında konkret sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarparaq uzunmüddətli perspektivlər vəd edir. Təbii ki, Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri də iki ölkə arasında münasibətlərin daha intensiv və genişəhatəli inkişafına öz töhfəsini verəcək.
Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.
Slovakiya Avropa İttifaqının (Aİ) bir üzvü kimi Azərbaycandan təbii qaz alan, Azərbaycan qazının Avropa bazarlarına çıxışında rol oynayan bir tərəfdaşdır. Məlum olduğu kimi, Azərbaycan Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Hazırda illik 25 milyard kubmetr təbii qaz ixracının təxminən yarısı Avropa bazarlarına çıxarılır. Qeyd edək ki, Aİ-nin 8 üzvü Azərbaycan təbii qazının alıcısıdır. 2024-cü ildə Slovakiyanın neft emalı zavodunda Azərbaycan neftinin ilk partiyası emal edilib ki, bu da ikitərəfli münasibətlərin inkişafı üçün mühüm məsələdir.
Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir.
Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyev söylədi ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir. Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında ön sırada dayanır.
Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.
İki ölkə arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birini də nəqliyyat-logistika layihələrində əməkdaşlıq təşkil edir. Belə ki, Slovakiya dövləti bir neçə ildir Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə Orta Dəhliz imkanlarının daha da genişləndirilməsi ilə bağlı əməkdaşlıq etməkdədir. İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə də birgə əlavə vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcək.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir. Bratislavadakı görüşlər, aparılan danışıqlar və səslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafına yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin effektivliyini bir daha nümayiş etdirir.
Hesab edirəm ki, bu əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi, enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin açılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.
Ümumiyyətlə, dövlət başçısının Slovakiyaya ilk rəsmi səfəri, bu ilin noyabr ayında Slovakiya rəsmilərinin Azərbaycana səfəri, müxtəlif beynəlxalq tədbirlərdə dövlət başçılarının apardığı müzakirələr, iki ölkə arasında strateji tərəfdaşlığa dair müvafiq sənədin imzalanması Azərbaycan-Slovakiya münasibətlərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

