Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu il Quba bağlarından 105 min ton alma yığılıb

Bu il Quba bağlarından 105 min ton alma yığılıb

09.12.2025 [15:20]

Qubalı bağbanlar bu il alma bağlarından 105 min ton meyvə toplayıblar.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda ümumilikdə 7 min 61 hektar alma bağı var.

Müasir meyvə bağlarında məhsuldarlığın yüksək olması fermerlərin intensiv bağçılığa marağını artırır. Hazırda Quba rayonunda intensiv və superintensiv alma bağlarının ümumi sahəsi 2 min 700 hektaradək artıb. Bu il bağlardan toplanan məhsulun 70-75 faizi də məhz müasir tipli bağların payına düşür.

Qubanın müasir bağlarında almanın 20-dək növü becərilir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanırsa, müasir bağlarda bu göstərici 50-60 tondan çoxdur.

Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

Quba rayonunda, ümumilikdə 17 min 73 hektar meyvə bağları mövcuddur. Qubalı təsərrüfatçılar cari ildə bu bağlardan ümumilikdə 153 min ton meyvə əldə ediblər.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31