Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Britaniya dənizaltı təhlükəsizlik tədbirlərini açıqlayıb

Britaniya dənizaltı təhlükəsizlik tədbirlərini açıqlayıb

08.12.2025 [20:22]

Böyük Britaniya son aylarda Rusiyanın artan dənizaltı fəaliyyəti, o cümlədən ötən ay ölkə suları yaxınlığında müşahidə edilən “Yantar” casus gəmisi fonunda yeni müdafiə tədbirlərini açıqlayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, admiral Qvin Cenkins “Atlantik Bastion” adlı proqramla bağlı yenilənmiş məlumat verib. Proqramın məqsədi Britaniyanın dənizaltı kabellərini və boru kəmərlərini potensial təhdidlərdən qorumaqdır. Layihə çərçivəsində avtonom sualtı cihazlar və süni intellekt texnologiyaları hərbi gəmilər və aviasiya ilə birləşdirilərək dənizaltı infrastruktura yönəlmiş mümkün təhdidlərin aşkarlanması və zərərsizləşdirilməsi nəzərdə tutulur.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, layihə Rusiyanın dənizaltı və sualtı fəaliyyətinin yenidən artmasına birbaşa cavab olaraq hazırlanıb. Bu il Müdafiə Nazirliyi və sənaye tərəfdaşları proqram üçün ümumilikdə 14 milyon funt sterlinq investisiya ayırıb və texnologiyanın gələn ildən istifadəyə veriləcəyi gözlənilir. Artıq Böyük Britaniya və Avropadan 26 şirkət layihə üzrə təkliflərini təqdim edib.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31