Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Braziliyada kitabxanadan Anri Matissin əsərləri oğurlanıb

Braziliyada kitabxanadan Anri Matissin əsərləri oğurlanıb

08.12.2025 [11:53]

Fransız rəssamı Anri Matissə məxsus səkkiz əsər Braziliyanın San-Paulu şəhərindəki kitabxanadan oğurlanıb.

AZƏRTAC-ın yerli mediaya istinadla verdiyi məlumata görə, iki silahlı şəxs Mario de Andrade kitabxanasından bu əsərləri oğurlayıb. Cinayətkarlar, həmçinin braziliyalı rəssam Kandido Portinarinin beş əsərini də aparıblar.

Əsərlər kitabxana ilə San-Paulu Müasir İncəsənət Muzeyi arasında əməkdaşlığa həsr olunmuş “Kitabdan muzeyə” adlı müasir incəsənət sərgisində nümayiş etdirilirdi. Sərginin bazar günü başa çatması planlaşdırılırdı.

Rəsmi qurumlar hələlik oğurlanan əsərlərin dəyəri barədə məlumat verməyiblər.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31