Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya miqrasiya siyasətini daha da sərtləşdirib

Almaniya miqrasiya siyasətini daha da sərtləşdirib

06.12.2025 [12:17]

Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, dəyişiklərə əsasən hökumətin miqrasiya siyasəti daha da sərtləşdirililib. Hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək və bununla da həmin ölkələrdən gələn şəxslərin deportasiyası daha da asanlaşacaq. Hökumət bu addımla əsassız sığınacaq müraciətlərinin qarşısını almağı və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsini hədəfləyir. Yeni qaydalara görə, təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.

Qanun layihəsinə hökumətdə yer alan partiyalarla yanaşı, Almaniya üçün Alternativ Partiyası (AfD) dəstək verib, Yaşıllar və Sol partiya isə etiraz edib. Eyni paket çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququnun ləğvi də planlaşdırılır. Bundan əlavə, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən şəxslər üçün on illik qadağa tətbiq ediləcək.

Bundestaqın bugünkü iclasında ölkədə uzun müddət müzakirə olunan hərbi xidmət və pensiya islahatları haqqında qanun layihələri də səsə qoyularaq qəbul olunub.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31