Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda əcnəbilərə sığınacaq verilməsi qaydaları sərtləşdirilib

Gürcüstanda əcnəbilərə sığınacaq verilməsi qaydaları sərtləşdirilib

12.10.2025 [15:40]

Gürcüstanın Miqrasiya Departamentinə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə qəbul edilmədən sığınacaqla bağlı müraciətlərinə baxılması səlahiyyəti verilib.

AZƏRTAC xəbər verir ki, ölkənin daxili işlər nazirinin əmrinə əsasən, təhlükəsizlik xidmətləri tərəfindən milli təhlükəsizliyə, onun ərazi bütövlüyünə və ya ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilən və ya bu səbəbdən Gürcüstandan deportasiya edilmiş şəxslərin sığınacaq üçün müraciətlərinə birbaşa sərhəddə baxılacaq.

Belə hallarda əcnəbilər sığınacaq istəsələr də, ölkəyə buraxılmayacaqlar və onların müraciətinə birbaşa sərhəddə baxılacaq.

Bu halda, Miqrasiya Departamenti yeddi gün ərzində əcnəbinin sığınacaq ərizəsini qəbul etmək, onlara sığınacaq vermək və ya rədd etmək barədə qərar verəcək.

Ərizə təsdiq olunarsa, əcnəbi ölkəyə 30 gün qalmaq imkanı verən qısamüddətli viza ilə qəbul ediləcək.

Sərhəddə olarkən və qərar gözləyərkən sığınacaq axtaranlar yaşayış yeri ilə təmin olunacaqlar.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir ailəyik

11 Oktyabr 13:12

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

11 Oktyabr 09:15  

Sosial

Baxışların gücü...

11 Oktyabr 08:51

Sosial

Hər qız bir ümiddir!

11 Oktyabr 08:27

Xəbər lenti

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31