Qəbələ Zirvə Görüşü dünya mediasında
11.10.2025 [10:53]
Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə Türkdilli ölkələrin əməkdaşlıq platforması deyil. Qurum ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır və beynəlxalq arenada nüfuzu getdikcə artır. Bunu bu günlərdə Azərbaycanın tarixi şəhəri olan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün dünya mətbuatında geniş işıqlandırılması bir daha təsdiqləyir.
Sülhə, təhlükəsizliyə və firəvanlığa sadiqlik
Türkiyənin əksər nəşrləri kimi, TRT Haber agentliyi də Qəbələ Zirvə Görüşünü geniş işıqlandırıb. Agentlik tədbir çərçivəsində aparılan müzakirələr, liderlərin verdikləri bəyanatlar barədə silsilə materiallar təqdim edib. Bu materiallarda xüsusi olaraq bildirilir ki, Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvləri olan Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaladığı bəyannamədə qurumda təmsil olunan dövlətlərin sülh, təhlükəsizlik, sabitlik və firavanlığa sadiqliyi bir daha təsdiqlənib və öhdəliklər vurğulanıb. Bəyannamədə türk dövlətləri arasında bütün sahələrdə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində sarsılmaz əzm ifadə olunub.
Agentlik Prezident İlham Əliyevin TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifinə, eləcə də qurumun regional məsələlərə yanaşmalarına xüsusi diqqət çəkib.
TRT Haberin yaydığı xüsusi şərhdə Zirvə Görüşündə Vaşinqton razılaşmalarının önəmindən ayrıca bəhs edildiyi də vurğulanıb. “Bəyannamədə Azərbaycan və Ermənistan arasında Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımaları təmin edəcək, regionun tranzit potensialını üzə çıxaracaq, sülh, sabitlik və firavanlığa töhfə verəcək rabitə kanallarının açılmasına dair razılaşma alqışlanır”, - deyə agentliyin yaydığı materialda bildirlir.
Qazaxıstan mediasında dərc olunan silsilə yazılar
Qazaxıstan mətbuatı Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü geniş işıqlandırıb. “Kazinform” beynəlxalq informasiya agentliyi “TDT Türk dünyasının təhlükəsizliyini və iqtisadiyyatını gücləndirir” sərlövhəli məqalə dərc edib. Materialda bildirilir: “Türk dünyası tarixən yüksək dinamizm və enerji məkanı olub. O, müxtəlif mədəniyyətləri və dəyərləri özündə cəmləşdirərək, həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb və bu gün də həmin missiyanı yerinə yetirir”.
“Altyn-Orda.kz” portalı Qəbələ Zirvə Görüşünün mühüm mərhələ olduğunu vurğulayır: “Bu, Türk dünyasının müstəqil hərbi əməkdaşlıq mərkəzi kimi formalaşdığını, öz təhlükəsizliyinə koordinasiyalı və balanslaşdırılmış yanaşmaya hazır olduğunu nümayiş etdirdi”.
“Kazislam.kz” yazır ki, Qəbələ Zirvə Görüşü sadəcə türk liderlərinin növbəti dəfə bir araya gəlməsi deyil, eyni zamanda, Türk dünyasının institusional güclənməsinin mühüm mərhələsi olub.
“Turantimes.kz” nəşri xəbər verir ki, Qazaxıstan beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “Türk Dövlətləri Təşkilatı - Plyus” adlı yeni formatın yaradılması ideyasını dəstəkləyir.
Yeni tarixin başlanğıcı
TDT Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu.
Bu fikir Cizak Dövlət Pedaqoji Universitetinin rektoru, professor Maksudcon Yuldaşevin Özbəkistan milli xəbər agentliyinin saytında dərc olunmuş məqaləsində yer alıb.
Professor yazıb: “Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət kəsb edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu mötəbər tədbirdəki çıxışı bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən edib. O, çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanmasını təklif etdi. Sənədin təhlükəsizlikdən tutmuş iqtisadiyyata, təhsilə, nəqliyyata, ekoloji əməkdaşlığa qədər bütün mühüm sahələri əhatə edəcəyi gözlənilir”.
Özbəkistanlı professor məqalənin sonunda qeyd edib: “Qəbələdə keçirilən TDT Zirvə Görüşündə səslənən hər bir təklif sadəcə bəyanat deyil, yeni tarixin başlanğıcıdır. Qədim kökləri və ortaq mədəniyyəti olan Türk dünyası XXI əsrdə yeni sivilizasiyanın mərkəzinə çevrilir”.
Türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən sənəd
Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq təhlükəsizlik şöbəsinin eksperti Aynur Tukumova “Kazinform” agentliyinə müsahibəsində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair qəbul edilmiş Qəbələ Bəyannaməsini türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən sənəd kimi dəyərləndirib.
Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. “Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək”, -deyə ekspert qeyd edib.
A.Tukumova bildirib ki, iqtisadi sahəyə aid əsas qərarlar arasında Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqların başlanması, TDT-nin Mərkəzi Banklar Şurasının institusionallaşdırılması və Türk İnvestisiya Fondunun mandatının genişləndirilməsi yer alır. O əlavə edib: “Qeyd etmək lazımdır ki, yaşıl gündəlik praktiki məzmun kəsb edib. İqlim tərəfdaşlığı, davamlı maliyyələşdirmə və yaşıl texnologiyaların tətbiqi üzrə addımlar təsdiq edilib. TDT ölkələrinin enerji sistemlərini Avropa bazarları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş regional yaşıl enerji dəhlizinin yaradılmasına xüsusi diqqət yetirilib”.
TDT böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır
Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında silsilə məqalələr dərc edib. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlərə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Həmçinin vurğulanıb ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır. Təşkilatın təsis sənədi olan Naxçıvan Sazişi sülh və təhlükəsizliyin əsas məqsəd və vəzifələri sırasında yer alır.
Məqalədə vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi və təkmilləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təşviqi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, regional və qlobal çağırışlara cavab olaraq birgə fəaliyyətin vacibliyi məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Maraqlı
11 Oktyabr 19:33

Dünya
11 Oktyabr 18:24

Dünya
11 Oktyabr 17:43

Dünya
11 Oktyabr 16:22

Dünya
11 Oktyabr 15:31

Siyasət
11 Oktyabr 14:20

Dünya
11 Oktyabr 13:49

YAP xəbərləri
11 Oktyabr 13:12

Mədəniyyət
11 Oktyabr 12:41

Gündəm
11 Oktyabr 12:23

Gündəm
11 Oktyabr 11:59

Siyasət
11 Oktyabr 11:25

Siyasət
11 Oktyabr 10:53

İqtisadiyyat
11 Oktyabr 10:30

MEDİA
11 Oktyabr 10:17

Analitik
11 Oktyabr 09:48

İqtisadiyyat
11 Oktyabr 09:32

Ədəbiyyat
11 Oktyabr 09:15

Sosial
11 Oktyabr 08:51

Siyasət
11 Oktyabr 08:48

Sosial
11 Oktyabr 08:27

Xəbər lenti
10 Oktyabr 23:35

Hadisə
10 Oktyabr 23:34

Elm
10 Oktyabr 23:18

Dünya
10 Oktyabr 22:56

İdman
10 Oktyabr 22:41

Sosial
10 Oktyabr 22:15

Elm
10 Oktyabr 21:53

Xəbər lenti
10 Oktyabr 21:19

Hadisə
10 Oktyabr 20:42

Dünya
10 Oktyabr 20:35

İqtisadiyyat
10 Oktyabr 20:11

Sosial
10 Oktyabr 19:50

YAP xəbərləri
10 Oktyabr 19:49

Siyasət
10 Oktyabr 19:39

YAP xəbərləri
10 Oktyabr 19:17

YAP xəbərləri
10 Oktyabr 18:47

YAP xəbərləri
10 Oktyabr 18:26

YAP xəbərləri
10 Oktyabr 17:34

Dünya
10 Oktyabr 16:17

YAP xəbərləri
10 Oktyabr 16:05

Sosial
10 Oktyabr 16:03

YAP xəbərləri
10 Oktyabr 15:37

Sosial
10 Oktyabr 14:45

Sosial
10 Oktyabr 14:42

Hadisə
10 Oktyabr 14:40

İqtisadiyyat
10 Oktyabr 14:29

İqtisadiyyat
10 Oktyabr 14:27

Mədəniyyət
10 Oktyabr 14:24

YAP xəbərləri
10 Oktyabr 14:21
YAP xəbərləri
10 Oktyabr 13:30
YAP xəbərləri
10 Oktyabr 12:18

Dünya
10 Oktyabr 12:02

Gündəm
10 Oktyabr 11:50

İqtisadiyyat
10 Oktyabr 11:24

Gündəm
10 Oktyabr 11:12

Siyasət
10 Oktyabr 11:03

Gündəm
10 Oktyabr 11:01

İqtisadiyyat
10 Oktyabr 10:58

Sosial
10 Oktyabr 10:33

MEDİA
10 Oktyabr 10:15

Gündəm
10 Oktyabr 09:59

İdman
10 Oktyabr 09:56

Analitik
10 Oktyabr 09:32

Analitik
10 Oktyabr 09:14

Sosial
10 Oktyabr 08:59

Sosial
10 Oktyabr 08:25

YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14
