56 tərəfdaş təşkilatın iştirakı ilə...
11.10.2025 [10:17]
Bakıda kibertəhlükəsizlik festivalı keçirilib
Oktyabrın 9-da “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində kibertəhlükəsizlik festivalı işə başlayıb. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu il “CIDC-2025” tədbirinə, ümumilikdə, 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Fərdi məlumatların mühafizəsi haqqında qanun yenilənir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Fərdi məlumatların mühafizəsi haqqınd” qanunun yeni layihəsini hazırlayıb. Bu barədə ETX-nin rəisi Fərid Zeynalov məlumat verib.
Onun sözlərinə görə, hazırda qanun layihəsinə baxılır: “İstənilən yenilik təhlükəsizliklə balanslaşdırılmış şəkildə həyata keçirilməlidir və bu innovasiyalar insanların hüquqlarının qorunmasına da xidmət etməlidir. Bunun üçün müvafiq qanunvericilik bazasının olması vacibdir. Ümid edirik ki, hazırlanmış yeni qanun layihəsi müasir çağırışlara cavab verəcək və vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına xidmət edəcək”.
F. Zeynalov qeyd edib ki, istər “ağıllı şəhər”lərin infrastruktur elementləri, istərsə də IoT cihazlar və mobil telefonlar olsun, onların hamısında kütləvi şəkildə müxtəlif fərdi məlumatlar toplanır: “Buraya şəxsiyyət, davranış, biometrik göstəricilər və əməliyyatlara dair məlumatlar daxildir. Bu isə öz növbəsində kütləvi şəkildə kibertəhlükəsizlik riskləri yaradır. İstənilən sadə avadanlığın proqram təminatında və ya digər texniki aspektində yaranan boşluq bütün infrastrukturun kompromitasiya olunmasına gətirib çıxara bilər. Nəticədə fərdi məlumatların oğurlanması və digər təhlükəli halların baş verməsi riski artır”.
Kibertəhlükəsizlikdə əsas problemlərdən biri...
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov bildirib ki, kibertəhlükəsizlikdə əsas problemlərdən biri köhnə proqram təminatıdır.
Onun sözlərinə görə, kibercinayətlərin üçdə biri IoT cihazlarına (İnternetə qoşulmuş əşyalar) qarşı baş verir: “2024-cü ilin statistikasına görə, beynəlxalq arenada 600 minə yaxın IoT cihazı hücuma məruz qalıb. Bu da rekord göstəricidir. Bu cihazlar cinayətlərin açılmasında mühüm yer tutur. Yaxşı tərəfi ilə bərabər, təhlükəli tərəfi də var. Ona görə də təhlükəsizlik tədbirləri görülməlidir”.
Şöbə rəisi bildirib ki, təhlükəsizlik üçün quraşdırılan cihazlarda seqmentasiya problemi ortaya çıxır: “Bir cihazın istər evdə və ya korporativ müəssisədə ələ keçirilməsi də böyük problemdir. Bundan əlavə, baş verən hücumların 60 faizi proqram təminatının köhnə olmasından asılı olur. Baş verən hadisələrin 70 faizi ümumi istifadəli şifrələrdən, bilərək və ya bilməyərəkdən səhv proqramlara daxil olmasından asılıdır. Texnika təhlükəli deyil, amma onda necə istifadə etməyimiz bizdən asılıdır”.
Növbəti ildən etibarən...
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Şahin Əliyev bildirib ki, artıq gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatların istifadəsinə şəffaflığın və nəzarətin təmin edilməsinə yönəlmiş rəqəmsal islahatların nəticələrini praktikada hiss edə biləcəklər.
O qeyd edib ki, yaradılmış “MyGov” platforması artıq bu gün vətəndaşları xəbərdar edir: “Bu, özəl sektor onların məlumatlarına giriş tələb etdikdə baş verir və razılığı müstəqil idarə etmək imkanı yaradır. Vətəndaş girişi tamamilə məhdudlaşdıra, müəyyən müddətə və ya birdəfəlik icazə verə bilər. Bu sistemin miqyası tədricən genişlənəcək. Hər hansı bir şirkət və ya dövlət orqanının məlumatlardan istifadə etmək istəməsi yalnız vətəndaşın razılığı ilə mümkündür”.
Rəqəmsal arxitekturanın əsas komponentlərindən biri
Ş.Əliyev bildirib ki, Azərbaycanın rəqəmsal inkişaf konsepsiyasında dövlət sektoru ilə yanaşı, özəl sektorda da kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün meyarların hazırlanması nəzərdə tutulub: “Bu istiqamətdə milli səviyyədə iqtisadiyyatın bütün sektorlarını əhatə edən diaqnostika və qiymətləndirmə aparılacaq”.
Ş.Əliyevin sözlərinə görə, cari ilin yanvar ayında Azərbaycanda rəqəmsal hökumətin arxitekturasının və məlumat arxitekturasının qurulması üzrə konkret tədbirlər nəzərdə tutan Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib: “Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupları formalaşdırılıb. Onların iclasları artıq ötən həftə keçirilib. Biz vahid arxitektura çərçivəsində təhlükəsizlik məsələlərinin və digər prinsiplərin həllini nəzərdə tutmuşuq”.
O, vurğulayıb ki, kibertəhlükəsizlik ölkənin rəqəmsal arxitekturasının əsas komponentlərindən biridir: “Konsepsiyada dövlət sektoru ilə yanaşı, özəl sektorda da kibertəhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi üçün meyarların işlənib hazırlanması nəzərdə tutulub. Ölkə səviyyəsində bütün istiqamətləri əhatə edən diaqnostika və qiymətləndirmə aparılacaq. Biz bütün bunlara bütün komponentlərin və iştirakçıların inteqrasiyasını tələb edən Azərbaycanın vahid rəqəmsal ekosistemi kimi baxmalıyıq. Bu, təşkilatlara ixtisaslaşdırılmış tələblərə uyğun olmağa və kibertəhdidlərlə bağlı riskləri minimuma endirməyə imkan verəcək”.
Sahib
Xəbər lenti
Hamısına baxDünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28

