Azərbaycan - MDB: Qarşılıqlı inam dərinləşir
11.10.2025 [12:23]
Çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycanın yaxın və uzaq ölkələrlə sıx əməkdaşlıq qurduğu beynəlxalq platformalardan biri də Müstəqil Dövlətlər Birliyidir (MDB). Ölkəmizin ayrı-ayrı keçmiş ittifaq respublikalarının yer aldığı qurumla əməkdaşlığı konstruktiv səciyyə daşıyır, qarşılıqlı maraqlara əsaslanır və davamlı olaraq yüksələn dinamikaya malikdir. Bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Çıxışda Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı barədə məlumat verilib.
MDB 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib. MDB dövlət başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixində baş tutan iclasında respublikamızın təşkilata daxil olmasına dair qərar qəbul olunub.
Geniş iqtisadi imkanlara malik olan və suverenlik prinsipinə əsaslanan siyasət həyata keeçirən Azərbaycan digər beynəlxalq platformalarda olduğu kimi, MDB çərçivəsində də yüksək fəallıq nümayiş etdirir. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Azərbaycan XİN rəhbərinin çıxışında təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.
Azərbaycan MDB daxilində fəal dialoq tərfdarıdır. Bunun təsdiqi olaraq ölkəmizin yüksəksəviyyəli rəsmiləri mütəmadi qaydada qurumun tədbirlərinə qatılırlar. Bundan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə baş tutan Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edib. Son olaraq isə Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib. Dövlətimizin başçısı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib. Belə fəal iştirakçılıq Azərbaycanla MDB, eləcə də qurumda təmsil olunan dövlətlər arasında əlaqələrin müsbət dinamika ilə inkişafına güclü impuls verir.
Azərbaycan elə bir dövlətdir ki, indiyədək sıralarına qatıldığı hər hansı bir təşkilatın üzərinə əlavə yük olmayıb. Halbuki üzv olduğu beynəlxalq qurumlardan daim birtərəfli qaydada fayda gözləyən dövlətlərin sayı kifayət qədər çoxdur. Respublikamız isə güclü iqtisadi potensialına və qətiyyətli siyasi iradəsinə əsaslanmaqla həmişə təmsil olunduğu beynəlxalq təşkilatların fəaliyyətinə töhfələr verir. Bunun da nəticəsi olaraq beynəlxalq birlikdə ölkəmizə və onun Liderinə böyük rəğbət formalaşıb.
O cümlədən Azərbaycanla MDB arasında qarşılıqlı inam getdikcə dərinləşir. Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi, III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi bunun əyani təsdiqidir. Nazir Ceyhun Bayramov 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda keçirilmiş III MDB Oyunlarının uğurlu təşkilindən bəhs edib və Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, Laçın şəhərinin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
MDB-də yer alan dövlətlər yaxın coğrafiyaları bölüşdükləri kimi, onlar üçün qlobal miqyasda yaranan çağırışlara fəaliyyətlərini uzlaşdırmaqla birlikdə cavab vermələri də çox zəruridir. Çıxışında təhlükəsizlik çağırışlarına toxunan nazir terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələrdə qəbul olunacaq birgə sənədləri alqışlayıb.
Çernobıl faciəsinin 40 illiyi ilə bağlı danışan nazir bu hadisənin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Maraqlı
11 Oktyabr 19:33

Dünya
11 Oktyabr 18:24

Dünya
11 Oktyabr 17:43

Dünya
11 Oktyabr 16:22

Dünya
11 Oktyabr 15:31

Siyasət
11 Oktyabr 14:20

Dünya
11 Oktyabr 13:49

YAP xəbərləri
11 Oktyabr 13:12

Mədəniyyət
11 Oktyabr 12:41

Gündəm
11 Oktyabr 12:23

Gündəm
11 Oktyabr 11:59

Siyasət
11 Oktyabr 11:25

Siyasət
11 Oktyabr 10:53

İqtisadiyyat
11 Oktyabr 10:30

MEDİA
11 Oktyabr 10:17

Analitik
11 Oktyabr 09:48

İqtisadiyyat
11 Oktyabr 09:32

Ədəbiyyat
11 Oktyabr 09:15

Sosial
11 Oktyabr 08:51

Siyasət
11 Oktyabr 08:48

Sosial
11 Oktyabr 08:27

Xəbər lenti
10 Oktyabr 23:35

Hadisə
10 Oktyabr 23:34

Elm
10 Oktyabr 23:18

Dünya
10 Oktyabr 22:56

İdman
10 Oktyabr 22:41

Sosial
10 Oktyabr 22:15

Elm
10 Oktyabr 21:53

Xəbər lenti
10 Oktyabr 21:19

Hadisə
10 Oktyabr 20:42

Dünya
10 Oktyabr 20:35

İqtisadiyyat
10 Oktyabr 20:11

Sosial
10 Oktyabr 19:50

YAP xəbərləri
10 Oktyabr 19:49

Siyasət
10 Oktyabr 19:39

YAP xəbərləri
10 Oktyabr 19:17

YAP xəbərləri
10 Oktyabr 18:47

YAP xəbərləri
10 Oktyabr 18:26

YAP xəbərləri
10 Oktyabr 17:34

Dünya
10 Oktyabr 16:17

YAP xəbərləri
10 Oktyabr 16:05

Sosial
10 Oktyabr 16:03

YAP xəbərləri
10 Oktyabr 15:37

Sosial
10 Oktyabr 14:45

Sosial
10 Oktyabr 14:42

Hadisə
10 Oktyabr 14:40

İqtisadiyyat
10 Oktyabr 14:29

İqtisadiyyat
10 Oktyabr 14:27

Mədəniyyət
10 Oktyabr 14:24

YAP xəbərləri
10 Oktyabr 14:21
YAP xəbərləri
10 Oktyabr 13:30
YAP xəbərləri
10 Oktyabr 12:18

Dünya
10 Oktyabr 12:02

Gündəm
10 Oktyabr 11:50

İqtisadiyyat
10 Oktyabr 11:24

Gündəm
10 Oktyabr 11:12

Siyasət
10 Oktyabr 11:03

Gündəm
10 Oktyabr 11:01

İqtisadiyyat
10 Oktyabr 10:58

Sosial
10 Oktyabr 10:33

MEDİA
10 Oktyabr 10:15

Gündəm
10 Oktyabr 09:59

İdman
10 Oktyabr 09:56

Analitik
10 Oktyabr 09:32

Analitik
10 Oktyabr 09:14

Sosial
10 Oktyabr 08:59

Sosial
10 Oktyabr 08:25

YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14
