Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Volodimir Zelenski: Putin bu müharibəni davam etdirmək istəyir

Volodimir Zelenski: Putin bu müharibəni davam etdirmək istəyir

25.09.2025 [12:22]

“Rusiya Prezidenti Vladimir Putini və onun Ukraynaya, eləcə də digər ölkələrə qarşı aqressiyasını dayandırmaq indi daha ucuz başa gələr. Rusiyanı sülhə məcbur etmək üçün dünya birgə hərəkət etməlidir”.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Zelenski vurğulayıb ki, müharibəni və silahlanma yarışını dayandırmaq, yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha az xərc tələb edir.

“Putini indi dayandırmaq, hər limanı və hər gəmini terrorçulardan və dəniz dronlarından qorumağa çalışmaqdan ucuzdur. Biz təcavüzkarı dayandırmaq üçün birgə və fərqli şəkildə hərəkət etməliyik. O zaman silahlanma yarışının bizə fəlakət gətirməməsi üçün şansımız olacaq”, – deyə Zelenski qeyd edib.

Prezident bildirib ki, silah və Rusiyaya qarşı təzyiq lazımdırsa, bunu indi etmək lazımdır, əks halda Putin müharibəni genişləndirərək uzadacaq.

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Sosial

Səssiz düşmən...

25 Sentyabr 10:34

İqtisadiyyat

Analitik

Analitik

MEDİA

YAP xəbərləri

Yeni texnologiyalar

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30