Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb

24.09.2025 [22:12]

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Portuqaliya Prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30