Prezidentin uğurlu Nyu-York gündəliyi
25.09.2025 [10:52]
Nəhəng investorların təşəbbüsü ilə keçirilən görüşlər Azərbaycan Prezidentinin siyasi qüdrətinin göstəricisidir
BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorkda dünyanın iri maliyyə-investisiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər siyasi-iqtisadi məzmun kəsb etməklə qlobal ictimaiyyətin xüsusi diqqət mərkəzində olub. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşdə faydalı iqtisadi əməkdaşlıq mübadilələrinə diqqət çəkilib. Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.
Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə toxunan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru bu sazişin bölgədə yeni siyasi-iqtisadi arxitektura formalaşdıracağına inamını ifadə edərək geniş bir coğrafiyada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkanların yaranacağını vurğulayıb. Eyni zamanda, yeni çağırışlar dövründə şirkətin Azərbaycanla əməkdaşlığının uzunmüddətli strateji inkişafı üçün daha geniş potensiaların formalaşacağına iman ifadə olunub.
Sərmayə nəhəngi “Brookfield Asset Management”lə əməkdaşlıq planları
Alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” 1899-cu ildə təsis olunmuşdur və şirkətin özəl səhm, kredit, infrastruktur, daşınmaz əmlak, bərpa olunan enerji fondlarında idarə etdiyi vəsaitlərin ümumi dəyəri 1 trilyon dollar təşkil edir. Qlobal səviyyədə aparıcı investisiya şirkəti olan “Brookfield” bütün qitələri əhatə edən 30-dan çox ölkədə fərqli sektorlarda 2,500-dən çox aktiv investisiyaları idarə edir. Şirkətin baş ofisi Kanadanın Toronto şəhərində yerləşir. Şirkətə investisiya edən 2,000-ə yaxın institusional investor arasında nüfuzlu suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə şirkətləri var. 125 illik uğurlu investisiya tarixinə sahib olan “Brookfield”, böyükmiqyaslı kapitala sahib olmasının yaratdığı imkanlar, ixtisaslaşmış əməliyyat bacarığı, qlobal əhatəsi və əlaqələrə sahib olması sayəsində həm institusional qurumların, həm də fiziki şəxslərin vəsait yatırdığı platformalara malikdir.
Bu qlobal investor regionlar üzrə yüksək səviyyədə diversifikasiya edilmiş portfelə sahibdir. Şirkət 550 milyard dollar dəyərində ABŞd?, 230 milyard dollar dəyərində Avropa və Orta Şərqdə, 152 milyard dollar dəyərində Asiya Sakit Okean Hövzəsində, 66 milyard dollar dəyərində Kanadada və 61 milyard dollar dəyərində Cənubi Amerikada aktivləri idarə edir. Sektorlar üzrə isə 332 milyard dollar dəyərində kredit, 278 milyard dollar dəyərində daşınmaz əmlak, 222 milyard ABŞ dolları dəyərində infrastruktur, 150 milyard dollar dəyərində özəl səhm və 137 milyard ABŞ dolları dəyərində alternativ enerji üzrə investisiyanı idarə edir.
Dövlət Neft Fondu ilə yaxın tərəfdaşlıq
1999-cu il etibarilə “Brookfield” mövcud olan hidroenerji portfelindən istifadə edərək qlobal miqyasda bərpa olunan enerji sahəsində fəaliyyətini genişləndirməyə başlayıb. 2017-ci ildən bəri şirkət dünyanın ən böyük bərpa olunan alternativ enerji operatorlarından birinə çevrilmişdir. Bərpa olunan enerji sahəsində “Brookfield” 43 qiqavat işlək enerji və 227 qiqavat həcminə sahib fiber boru xəttinə malikdir ki, bu rəqəm Hindistanın bugünkü elektrik gücündən çoxdur. Bu, dünyadakı ümumi bərpa olunan enerji gücünün təxminən 5 faizinə bərabər olmaqla “Brookfield”i dünyanın ən böyük “yaşıl enerji” oyunçularından birinə çevirir. Həmçinin bərpa olunan enerji sahəsində dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq edir.
Azərbaycanın milli suveren institutu olan Dövlət Neft Fondu (DNF) ilə yaxın əməkdaşlıq münasibətlərinə malik “Brookfield Asset Management” hazırda ölkəmizdə bərpaolunan enerji, logistika, telekom, data mərkəzləri, təhsil, infrastruktur layihələrinə maraq göstərir, eləcə də rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsində Azərbaycanla əməkdalığa önəm verdiyini gizlətmir.
“Neuberger Berman” şirkəti ilə yeni investisiya gündəliyi
Prezident İlham Əliyevin “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşü də maraq doğuran işgüzar mühitdə keçib. Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığında fəal yer alan “Neuberger Berman” şirkətinin investisiya planlarının əhəmiyyəti təqdir olunub. Xüsusilə də, 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlıq edən Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığı daha da irəliyə aparmaq niyyətini bəyan edən Corc Volker regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.
1939-cu ildən fəaliyyət göstərən aparıcı qlobal investisiya şirkəti - “Neuberger Berman” hazırda 538 milyard dollar aktivləri idarə edir ki, bu vəsaitin 140 milyard dolları alternativ investisiyalara yönəldilmişdir. 26 ölkədə ofisləri olan “Neuberger Berman” səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhmlər kimi aktiv növləri üzrə investisiyalar həyata keçirir. “Neuberger Berman” şirkətinin bir sıra uğurlu investisiyaları var ki, onların bəziləri aşağıda qeyd edilib:. “Nord Anglia Education” - “Neuberger Berman” digər investorlarlardan ibarət olan konsorsiuma rəhbərlik edərək dünyanın 30 ölkəsində yerləşən və təxminən 80-100 məktəbdən ibarət qlobal “K-12” məktəblər qrupunda paya sahibdir. Habelə “Solenis” - sənaye kimyəvi məhsullarının istehsalı üzrə ixtisaslaşmış qlobal şirkətdir. Şirkət su təmizləmə, kağız istehsalı və digər sənaye prosesləri üçün xüsusi kimyəvi həllər təqdim edir. Baş ofisi ABŞ-ın Delaver ştatında yerləşən şirkətin 16,500-dən çox mütəxəssisdən ibarət heyəti mövcuddur. Solenisin 70 istehsal müəssisəsindən ibarət qlobal şəbəkəsi var hansı ki altı qitədə və 160 ölkədə fəaliyyət göstərir. “Neuberger Berman” ilə DNF-nin strateji əməkdaşlığı 2016-cı ildən etibarən başlayıb. Xüsusi idarəetmə mandatı çərçivəsində DNF tərəfindən müxtəlif tranşlar vasitəsilə ümumilikdə təxmini 600 milyon dolları sərmayə qoyulub. Yeni mərhələdə DNF-nin “Neuberger Berman” ilə əməkdaşlıq əsasında ölkədə təhsil, səhiyyə, texnologiya, sənaye və istehlak sahələrinin qurulması və inkişafı mümkün hesab edilir.
“Blackstone” şirkətindən ümidverici enerji və maliyyə dəstəkləri
Azərbaycan Prezidentinin Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşü də əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayan Conatan Qrey Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
1985-ci ildə təsis olunan “Blackstone” şirkəti özəl səhm, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri və bərpa olunan enerji fondlarında 1,2 trilyon dollar həcmində aktivləri idarə etməklə hal-hazırda dünyanın alternativ investisiyalar üzrə ən nüfuzlu investisiya meneceri hesab edilir. Bu aktivlər dünya ümumi daxili məhsulunun 1 faizindən çoxuna bərabərdir ki, bu da bir çox ölkələrin ÜDM-dən artıqdır. “Blackstone” şirkəti minlərlə institusional müştərinin - pensiya fondlarının, suveren fondların, sığorta şirkətlərinin və nüfüzlu universitetlərin nəzdində yaradılmış fondların - eləcə də milyonlarla fiziki şəxslərin vəsaitlərini idarə edir. Ümumilikdə, yüz milyonlarla insan uzunmüddətli yığımlarının idarə edilməsini “Blackstone” şirkətinə həvalə edib.
“Blackstone” hazırda dünyada 12 000-dən çox daşınmaz əmlaka sahibdir. Şirkətin yaşayış sektoru üzrə sərmayələri yüz minlərlə mənzili, milyonlarla insanı əhatə edir. “Blackstone”nin idarə etdiyi Link Logistics 46 milyon kvadratmetr anbar və logistika mərkəzinə sahibdir ki, bu nümunə olaraq Polşa Respublikasının ümumi logistika mərkəzlərinin cəminə bərabərdir. Şirkət, həmçinin 2022-ci ildə Avropanın ən böyük şəhərdaxili logistika platforması olan “Mileway” şirkətinin 21 milyard avro dəyərində rekapitalizasiya prosesini tamamlayıb. “Blackstone” süni intellekt, bulud texnologiyaları, rəqəmsal xidmətlər və infrastrukturun qurulmasında lider rolunu oynayır. Yaratdığı və investisiya etdiyi şirkətlər vasitəsilə dünyada texnologiya, səhiyyə, çatdırılma kimi meqatrendlərin genişlənməsində rol oynayır.
Beləliklə, Prezident İlham Əliyevin Nyu-Yorkda qarşı tərəfin müraciətləri ilə baş tutan görüşləri ölkəmizə və Liderinə olan dərin hörmətin və səmimi münasibətin göstəricisi kimi dəyərləndirilə bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
25 Sentyabr 13:29

Analitik
25 Sentyabr 12:56

Sosial
25 Sentyabr 12:53

Dünya
25 Sentyabr 12:49

Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43

Gündəm
24 Sentyabr 11:38

Siyasət
24 Sentyabr 11:15

İqtisadiyyat
24 Sentyabr 11:14

İqtisadiyyat
24 Sentyabr 10:58
