Səssiz düşmən...
25.09.2025 [10:34]
Mina terroru davam edir
5 ildə neçə insan qurban olub?
Müharibələr bir imza, bir sülh çağırışı ilə bitir, silahlar susur, tanklar geri çəkilir, səngərlər boşalır. Ancaq hər müharibənin arxasında unudulmuş ölüm təhlükəsi- mina qalır. Azərbaycanın azad edilmiş torpaqlarında mina terroru hələ də davam edir və insanlarımızı canından, həyatından, ümidlərindən məhrum edir. Bir sözlə, mina hədəf seçmir, tarix, din, yaş tanımır, sanki torpağın altına basdırılmış ölüm hökmüdür.
2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə mina təmizləmə prosesi geniş miqyasda aparılır. Ancaq bu proses zaman və resurs tələb edir. Hər gün bir ailə doğma yurduna dönmək istəyir, hər gün bir ana övladını təhlükəsiz yerdə böyütmək arzusundadır. Amma hər addım bir risk, hər torpaq parçası bir təhdiddir sanki.
Daha bir qurban...
Sentyabrın 23-də Ağdamın Şıxlar kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.
Forumda təhlükəsizlik müzakirəsi
Təəssüf ki, mina terroru bu gün də can almağa davam edir. Qeyd edək ki, sentyabrın 21-də 90-a yaxın ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə III Bakı Təhlükəsizlik Forumu yüksək səviyyədə baş tutub. Forumda diqqət çəkilən mövzulardan biri Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı olub. Məhz bu əməliyyatda əldə olunan uğur sayəsində ölkəmizdə separatizmin kökü kəsilib və onların terror təhlükəsinə son qoyulub.
Forumda çıxışı zamanı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev bildirib ki, təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Rəqəmlərin dili...
Rəsmi məlumatlara görə, 2020-ci ildən bu günə qədər minaya düşmə nəticəsində yüzlərlə insan həyatını itirib və ya ağır xəsarət alıb. Bu yalnız bir statistika deyil, bir ömrün yarımçıq qalması, bir ailənin dağılması, bir uşağın valideynsiz qalması deməkdir. Hər mina partlayışı yalnız torpağı yox, eyni zamanda gələcək arzuları da parçalayır.
Statistikaya əsasən, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabr ayına qədər, Ermənistanın Azərbaycana qarşı apardığı mina terroru nəticəsində ümumilikdə 400 nəfər mina və partlamamış hərbi sursat partlayışlarının qurbanı olub. Bu şəxslərdən 70-i həlak olub, 330-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Beynəlxalq cinayətin sübutu
Minaların müharibə başa çatdıqdan sonra da yerləşdirilməsi beynəlxalq hüquqa görə müharibə cinayətidir. Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan tərəfindən qəsdən və sistematik şəkildə minalar yerləşdirilməsi sadəcə hərbi yox, həm də humanitar cinayətdir. Bu, bəşəri dəyərlərə zidd olan, insan həyatını təhdid edən, mülki əhalini hədəfə alan açıq bir mina terrorudur.
Bugünkü Azərbaycan reallığında mina məsələsi təkcə təhlükəsizlik problemi deyil, həm də sosial-iqtisadi və psixoloji problemdir. Kənd təsərrüfatı dayandırılıb, infrastruktur bərpası çətinləşib, insanlar hələ də öz yurdlarına qayıtmaq üçün təhlükəsiz yol gözləyir. Hər mina insanın öz torpağından ayrı düşməsinin, doğma ocağın həsrətində yaşamasının səbəbidir.
Mina təmizliyi yalnız mexaniki proses deyil
Mina təmizliyi yalnız texniki məsələ deyil, bu həm də insani borcdur. ANAMA və digər müvafiq qurumlar tərəfindən görülən işlər təqdirəlayiqdir. Ancaq bu prosesə beynəlxalq dəstək, ictimai səfərbərlik və maarifləndirmə də zəruridir. Çünki mina təhlükəsi yalnız bir regionun yox, bütün bəşəriyyətin problemidir. Dünya bu məsələyə biganə qala bilməz.
İşğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi sahədə Türkiyə ilə çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Türkiyə Azərbaycan üçün peşəkar heyətlərin hazırlanması ilə bərabər, özünün mina təmizləmə qruplarını, həm də öz avadanlıqları ilə bərabər Qarabağa göndərib. Digər tərəfdaşımız Pakistan da minaların təmizlənməsində köməyini təklif edib. Beynəlxalq təşkilatlar və başqa xarici ölkələrin maliyyə dəstəyi ilə minaların təmizlənməsi üçün bir sıra layihələr baş tutub.
Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyir, işğaldan azad edilmiş torpaqlarımızı təhlükəsiz, yararlı hala gətirir, soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdırlar. Bu işlərdə ərazilərin minalardan təmizlənməsində fəaliyyət göstərənlərin əməyi xüsusi qeyd edilməlidir.
Sülh sadəcə silahların susması deyil, həyatın normal axarına dönməsidir. Çünki mina təhlükəsi aradan qaldırılmadan bu mümkün deyil. Müharibə bitsə də, mina terroru davam edir. Bu, sadəcə bir fakt deyil, bu, qlobal vicdana ünvanlanan bir çağırışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

