“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabının təqdimatı olub
24.09.2025 [21:55]
Sentyabrın 24-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatı olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, layihənin rəhbəri Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd, günümüzdə aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaq, Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir. Layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldilib ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də tədqiqatçılar, aşıqlar, xüsusilə də gənc aşıqlar bu dastanlarla yaxından tanış olmaq imkanı qazansınlar. Layihə çərçivəsində Qərbi Azərbaycan aşıqlarının repertuarında mühüm yer tutan dastanlardan ibarət kitab hazırlanıb.
Kitabı nəşrə hazırlayan Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında bildirib ki, 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı əsaslı şəkildə öyrənildikdən sonra kitaba daxil ediləcək dastanlar dəqiqləşdirilib. Bu zaman hazırda yaşayıb fəaliyyət göstərən Qərbi Azərbaycan aşıqları ilə yanaşı, əvvəllər fəaliyyət göstərmiş ustad aşıqların repertuarına da yer verilib. Əsas diqqət ona yönəldilib ki, kitaba əsasən Qərbi Azərbaycan aşıqlarının repertuarında daha çox yer tutan, eyni zamanda Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış və bu yerlərə bağlı olan dastanlar daxil edilsin.
Kitabda “Ağ Aşıq və Süsənbər xanım”, “Aşıq Alının Osmanlı səfəri, “Aşıq Ələsgərlə Həcər xanımın əhvalatı”, “Daşkəndli Nəcəfin hekayəti”, “Növrəs İmanın dastan-hekayəti” və digər dastanlar yer alıb.
M.Nəbioğlu layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə Azərbaycan Aşıqlar Birliyi və təşkilatın çoxsaylı üzvləri adından minnətdarlıq edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Aşıq sənəti” kafedrasının müdiri, dosent, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun “Aşıq sənəti” kafedrasının dosenti, kitabın rəyçilərindən biri olan ustad aşıq Altay Məmmədli, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt filialının rəhbəri Çərkəz Qurbanov və digərləri çıxış edərək bu kitabın Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində, günümüzdə dastan ifaçılığının yaşadılmasında və bu ənənənin gənc aşıqlar tərəfindən qorunub saxlanılmasında böyük rol oynayacağını vurğulayıblar.
Tədbirin sonunda aşıqlardan Xanlar Xəlilov, Gəncəli Babayev, Ədalət Alməmmədov, Hətəm Həsənov, Xanım Göyçəli, Əfsanə Cəlilova və İbrahim Gədəbəyli müxtəlif aşıq havaları ilə çıxış ediblər.
Xatırladaq ki, həyata keçirilən layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Hüseynova, kitabı nəşrə hazırlayan Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli və ADMİU-nun dosenti Altay Məmmədlidir.
Kitab tədbir iştirakçılarına hədiyyə olunub. Yeni nəşr aşıq sənətinin tədris olunduğu ali və orta ixtisas məktəblərinə, müvafiq təşkilatlara və kitabxanalara pulsuz olaraq paylanılacaq.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

