Qlobal təhlükəsizliyə birgə cavab
24.09.2025 [11:43]
III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi qəbul olunub
Hazırda beynəlxalq birlik çətin sınaq dönəmindən keçir. Sürətlə dəyişən dünyanın ayrı-ayrı bölgələrində amansız müharibələr alovlanır, milli dövlətlərə qarşı terror təhdidləri artır. Liderlərə sui-qəsdlər törədilir, tanınmış simalar, hətta elm və mədəniyyət xadimlərinin belə həyatlarına qəsd edilir. Bir sıra bölgələrdə insanlar, o cümlədən də uşaqlar humanitar fəlakətlə üzləşirlər. Eyni zamanda, yüksək texnoloji inkişaf şəraitində kibertəhlükəsizlik cinayətləri yeni və daha təhlükəli təhdid formasına çevrilib.
Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycanın təhlükəsizlik məsələlərinə həssas yanaşma sərgiləməsi təqdirəlayiq haldır. Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu təşkil olunub. Forumda bütün dünyanı narahat edən məsələlər ətrafında aktual müzakirələr aparılıb. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bildirib ki, beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir.
Dünyanı birləşdirən beynəlxalq təhlükəsizlik platforması
Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır. Əslində, Azərbaycan bəhs olunan forumun yalnız ev sahibi ölkəsi deyil. Dünyanı birləşdirən qlobal təhlükəsizlik platforması məhz respublikamızın, necə deyərlər, ideya müəllifliyi ilə təşəkkül tapıb. Platformanın yaranmasını zəruri edən isə dünyada izlənilən proseslərdir. Xüsusilə də XXI əsrin başlanğıcından etibarən qlobal güc mərkəzləri arasında geosiyasi ziddiyyətlərin dərinləşməsi fonunda dünyanın müxtəlif bölgələrində hərbi toqquşmaların baş verməsi, terrorçu qruplaşmaların fəallaşması, beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş təhdidlərin artması dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirib.
Azərbaycan burada da liderlik keyfiyyətlərini nümayiş etdirib. Məlumdur ki, Prezident İlham Əliyev hər zaman qlobal çağırışlar qarşısında beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış edir. Əslində, başqa yol da yoxdur. Azərbaycan qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında misilsiz rol oynayan kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməyi məqsədəuyğun hesab edib. Beləliklə, konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq prinsiplərinə söykənən Bakı Təhlükəsizlik Forumu təsis olunub.
I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il may ayının 3-də təşkil olunub. Dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin qatıldığı müvafiq forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda keçirilmiş iclas müasir Azərbaycanın banisi, milli təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Bu, heç də təsadüfi deyil. Belə ki, Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dövrdə Cənubi Qafqazda atəşkəsin əldə olunmasına nail olmaqla yanaşı, qatıldığı çoxsaylı beynəlxalq tədbirlərdə, eləcə də iştirak etdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə böyük töhfələr verib.
Beynəlxalq səviyyədə artan maraq əsas götürülərək, 2024-cü il sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu təşkil olunub. 2025-ci il sentyabrın 21-də 90-a yaxın ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə III Bakı Təhlükəsizlik Forumu yüksək səviyyədə baş tutub. Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.
Təhlükəsizlik orqanlarının fəaliyyətinin uzlaşdırılması
Respublikamızın milli və qlobal səviyyədə təhlükəsizliyin təmin olunmasına həssas yanaşması təsadüfi deyil. Azərbaycan müharibə risklərinin, terror təhlükəsinin necə ağır nəticələrə gətirib çıxardığını öz üzərində yaşayan bir dövlətdir. Ölkəmiz ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasətinə görə humanitar fəlakətlə üzləşib. Eyni zamanda, müharibə yalnız döyüş meydanında aparılmırdı. Ermənistanın silahlı birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndləri, dinc insanları, mülki infrastrukturu öldürücü silahlarla intensiv atəşə tutmaqla çoxsaylı müharibə cinayətlərinə yol verib. Hətta İkinci Qarabağ müharibəsi bitdikdən sonra da Ermənistan ordusunun ərazilərimizdəki qalıqları silsilə terror aktları törədiblər. Təəssüf doğuran haldır ki, mina terroru bu gün də can almaqda davam edir. Forumda Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatına diqqət çəkilib. Məhz bu əməliyyatda əldə olunan uğur sayəsində ölkəmizdə separatizmin kökü kəsilib və onların terror təhlükəsinə son qoyulub.
III Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev mühüm məqamlara diqqət çəkib. Onun sözlərinə görə, humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur. “Bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir”, - deyə Əli Nağıyev vurğulayıb.
Fikirlərinə davam edən Ə.Nağıyev onu da bildirib ki, təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43

Gündəm
24 Sentyabr 11:38

Siyasət
24 Sentyabr 11:15

İqtisadiyyat
24 Sentyabr 11:14

İqtisadiyyat
24 Sentyabr 10:58

Gündəm
24 Sentyabr 10:51

Analitik
24 Sentyabr 10:32

Gündəm
24 Sentyabr 10:31

İqtisadiyyat
24 Sentyabr 10:18
