Azərbaycan və Çin yeni imkanları araşdırır
24.09.2025 [11:14]
Ölkələr arasında kənd təsərrüfatı üzrə birgə işçi qrup yaradılacaq
Çin və Azərbaycan aqrar sahədə ənənəvi istehsal və emal üsullarından müasir aqrar-sənaye modelinə keçidi sürətləndirmək, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqini genişləndirmək, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiqini təmin etmək, ekoloji təmiz və halal qida prinsipi ilə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və aqroparklar yaratmaq üçün birgə təşəbbüsləri dəstəkləyir. Tərəflər bu layihələrin icrasında dövlət şirkətləri ilə yanaşı, özəl biznes icmasınıın fəaliyyətini əlaqələndirməyi vacib hesab edir. Çin Xalq Respublikasının səfiri Lu Mey ilə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov arasında keçirilən görüşdə aqrar sektorda əməkdaşlığın yeni istiqamətləri və dəstəklərin verilməsi barədə ətraflı müzakirələr aparılıb.
M.Məmmədov bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir. Lu Mey isə Çinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafına maraq göstərdiyini vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Bildirilib ki, əməkdaşlığın yeni gündəliyi olduqca genişdir və tərəflər yeni layihələr üzrə birgə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, ən müasir texnologiyaların transferi sahələrində imkanları artırmaq niyyətindədir.
Aqrar sektorda Çinin “ağıllı texnologiyaları” tətbiq olunur
Çinin “yaşıl inkişaf” və qabaqcıl aqrar-sənaye texnologiyası sahəsində əldə etdiyi zəngin təcrübə bir çox ölkələr, o cümlədən strateji müttəfiqlərdən biri - Azərbaycan üçün də xüsusi maraq kəsb edir. Çin hazırda alternativ enerji texnologiyaları üzrə dünya liderlərindən biridir və dünyanın 80-dən çox ölkəsində müasir istehsal zonalarında bu innovasiyalara geniş yer verilir. Bu baxımdan Azərbaycanın aqrar sektoru innovasiyayönümlü modellərin tətbiqində Çin təcrübəsindən faydalana bilər.
Çinin aqrar-sənaye və şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə də Azərbaycanın əsas tərəfdaşlarından birinə çevriləcək. Bu ərazilər zəngin aqrar potensiala malikdir və hazırda müasir modellər təbiq edilir. Kənd təsərrüfatı istehsalında “ağıllı enerji” texnologiyalarının tətbiqi və idarə olunması sahəsində xarici şirkətlərlə danışıqlar aparan Azərbaycan hökuməti Çin investorlarına da mühüm önəm verir.
Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Çin bazarlarına ixracının genişləndirilməsi müasir ixrac-tranzit siyasətində mühüm yer tutur.
“Azərbaycan Ticarət Ev”ləri ikitərəfli əlaqələrə dəstək verir
Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mühüm platforması kimi Çində fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərinin rolunu da xüsusi qeyd etmək olar. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət Evləri” açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Ticarət evləri ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-yə yaxın məhsulun nümayış olunması, milli ixrac qabiliyyətinin imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada diqqəti cəlb edən “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi baxımından ən təsirli ixrac ideyası sayıla bilər.
Ticarət evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında kənd təssərrüfatı sahəsində faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının potensial imkanlarını nümayiş etdirir. Həmçinin, Ticarət evlərinin sayının artması Azərbaycan və Çin arasında qarşılıqlı ticarət mübadiləsinin də artmasını təşviq edəcək, xüsusilə də ölkəmizdən Çinə ixracın həcmini yüksəldəcək. Qeyd edək ki, hazırda iki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin həcmi təxminən 3,1 milyard dollar təşkil edir, Azərbaycanın bu ölkəyə ixracının həcmi 100 milyona dollara bərabərdir. İxracda əsas məhsullar qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarıdır.
İxrac missiyaları aqrar sahədə əməkdaşlığı artırır
Artıq bir neçə ildir ki, iqtisadi ənənəyə çevrilmiş Çinin Urumçi şəhərində təşkil olunan Azərbaycanın ixrac missiyaları da iki ölkənin biznes icması arasında təmasların genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bu cür tədbirlər Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsində əsas vasitələrdən biridir.
Çin sərgilərində Azərbaycan məhsulları böyük maraq doğurur
Azərbaycan sahibkarları davamlı olaraq Çində təşkil olunan ənənəvi nəhəng sərgilərdə də fəal iştirak edirlər. Son 5 ildə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan malların həm coğrafiyası artır, həm də Ticarət evlərində təmsi olunan sahibkarların sırası genişlənir.
Yeri gəlmişkən, ötən həftə Çinin Fucien əyalətinin Siamen şəhərində keçiriləm 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (“CIFIT 2025”) Azərbaycanın kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. “Invest in Azerbaijan” vahid ölkə stendində ölkəmizin yeyinti məhsulları çinli iş adamlarının xüsusi marağına səbəb olub. Sərgi Azərbaycanın investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün yeni fürsətlər yaradır. Eyni zamanda, Azərbaycanın aqrar sektoruna Çin iş adamlarının cəlbi və birgə müəssisələrin yaradılması və ixrac imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, Azərbaycanın və Çinin aqrar sahədə əməkdaşlığı və niyyətləri ikitərəfli iqtisadi və ticari həcmlərin artmasına, müasir aqrar alətlərin tətbiqi sayəsində ekoloji təmiz məhsul istehsalına imkan verməklə yanaşı, ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm töhfəverici rol oynayacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43

Gündəm
24 Sentyabr 11:38

Siyasət
24 Sentyabr 11:15

İqtisadiyyat
24 Sentyabr 11:14

İqtisadiyyat
24 Sentyabr 10:58

Gündəm
24 Sentyabr 10:51

Analitik
24 Sentyabr 10:32

Gündəm
24 Sentyabr 10:31

İqtisadiyyat
24 Sentyabr 10:18
