Yelisey Sarayı demokratiya imtahanından “2” alır
23.09.2025 [11:31]
Fransada dərinləşən böhran
Fransa tarixində yaşanan bir neçə inqilab təkcə bu ölkənin deyil, bütövlükdə dünyanın inkişafına yeni istiqamət verib. Bir çox cəmiyyətlər bu inqilablardan təsirlənməklə siyasi quruluşları və hakimiyyətləri dəyişməyə nail olublar. Təbii ki, Fransada inqilablar təsadüfən və yaxud hansısa sosial təbəqələrin şıltaqlığı ucbatından baş vermirdi - zaman-zaman bunlara zəmin yaradan çoxsaylı faktorlar meydana çıxırdı və insanlar ilk növbədə diskriminasiyaya, dözülməz həyat şəraitinə etiraz əlaməti olaraq küçələrə çıxırdılar. Onlar həyatda qalmağın yeganə yolunu küçə və meydanlarda barrikadalar qurub qəti etirazlara qalxmaqda görürdülər. Bu günlərdə Parisdə və əyalətlərdə yaşananlar onu deməyə əsas verir ki, inqilablar dövrü Fransanın həyatına yenidən qayıdıb.
Bütün ölkəni bürüyən etiraz dalğası
Fransa artıq bir neçə gündür ki, kütləvi etirazlarla çalxalanır. Küçələrə çıxan etirazçılar ölkədəki total böhrana görə Yelisey Sarayını günahlandırırlar. Xatırladaq ki, cari ilin yayında Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün anonsu edilərkən məqsədin sentyabrın 10-dan etibarən ölkənin tam iflic vəziyyətə salınması olduğu bildirilirdi. Sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırdılar. “2025-ci il sentyabrın 10-dan başlayaraq tam və limitsiz tətilə gedirik... Artıq ödəmirik, istehlak etmirik, işləmirik... Bizim yeganə gücümüz TAM BOYKOT-dur”, - deyə sosial şəbəkələrdə edilən paylaşımlarda vurğulanırdı.
Eyni zamanda, bəzi həmkarlar ittifaqları da prosesə qoşulublar. Belə ki, Ümumi Əmək Konfederasiyası (CGT) (kimya, ticarət və enerji sektorları) və “Force Ouvriere1” sentyabrdan tətil xəbərdarlığı elan edib. “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon hərəkatın müstəqilliyini vurğulasa da, ona dəstəyini ifadə edib.
“TAM BAYKOT” tətili bəyan edildiyi tarixdən start götürüb və hələ də davam etməkdədir. Fransa mətbuatında yer alan operativ xəbərlərdən bəlli olur ki, ümummilli tətil çərçivəsində apteklərin təxminən 90 faizi bağlanıb. Bu barədə Əczaçılar Federasiyası məlumat yayıb. Əczaçılar, xüsusilə, sentyabrın 1-dən qüvvəyə minən və səhiyyə xərclərinin azaldılmasına yönəlmiş tədbirlərə qarşı çıxırlar. Əczaçılıq assosiasiyalarının fikrincə, bu tədbir apteklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.
Fermerlər Fransanı bürüyən etirazların ən fəalları sırasında yer alırlar. Məlum olduğu kimi, bu sosial təbəqə Makron iqtidarının siyasətinə etiraz əlaməti olaraq bundan əvvəl əyalətlərdə “peyin inqilabı”na başlamışdı. Hərəkat genişlənərək hətta qonşu ölkələrə də yayıldı. Fermerlərə hakimiyyət tərəfindən müəyyən vədlər verilsə də, problemlər hələ də həllini tapmayıb. Buna görə də onlar “TAM BAYKOT” etirazlarına dəstəklərini bildiriblər. Fransa fermerlərinin aparıcı həmkarlar ittifaqlarından biri olan Fermerlər İttifaqlarının Milli Federasiyası (FNSEA) üzvlərini sentyabrın 25-də ölkə boyu nümayiş keçirməyə çağırıb. Bunu federasiyasının prezidenti Arno Russo “Journal du Dimanche” nəşrinə müsahibəsində deyib. “Bütün Fransada genişmiqyaslı aksiya təşkil etmək qərarına gəldik”, - deyə o bildirib.
Qeyd olunub ki, FNSEA Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) razılaşmasına, ABŞ-ın tariflərinə və fransız fermerlərinin gözləntilərinə cavab verməyən standartlara uyğun malların idxalına etiraz etmək niyyətindədir. FNSEA-dan bildirilib ki, fermerlər etirazlar çərçivəsində standartlara cavab verməyən məhsullar aşkarlamaq üçün böyük mağazalara daxil ola bilərlər.
Fransa Daxili İşlər Nazirliyi mitinqlərdə 500 mindən çox insanın iştirak etdiyini açıqlayıb. Fransa Həmkarlar Konfederasiyasının hesablamalarına görə isə küçələrə 1 milyondan çox insan çıxıb.
Paris küçələrində, əyalətlərdə boğulan demokratiya
Yelisey Sarayının hər zaman demokratiyanı milli dövlətlərə qarşı təzyiq alətinə çevirdiyi hər kəsə yaxşı bəllidir. Makronun komandasının üzvləri müxtəlif auditoriyalarda yeri gəldi-gəlmədi demokratiyadan danışır, öz ölkələrində hüquqi dövlət quruculuğundan çıxış edən liderləri kəskin tənqid atəşinə tuturdular. İndi isə Makronun özü və ətrafı əsl demokratiya sınağı ilə üz-üzədir. Sentyabrın 10-dan başlayan etirazların ilk günündən müşahidə edilən proseslərdən hasil olunan qənaət ondan ibarətdir ki, Yelisey Sarayının demokratiya imtahanından qiyməti ikidir.
Hakim komanda etirazları ən qəddar formada səngitməyə çalışır və buna nail olmaqdan ötrü müxtəlif repressiya tədbirlərinə əl atır. Son məlumatlara görə, Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Bütövlükdə, hakimiyyət tətil dalğasının qarşısını almaq məqsədilə 80 mindən çox polis və jandarmı, həmçinin saysız-hesabsız zirehli texniknı səfərbər edib.
Yeni hökumətə etimadsızlıq anonsu
Fransada insanların kütləvi şəkildə “TAM BAYKOT” tətilinə qoşulmalarını şərtləndirən ən mühüm amillərdən biri hökumətin sərt büdcə siyasətinə keçidin zəruriliyindən çıxış etməsidir. Bu gün Fransa iqtisadiyyatında tənəzzül meylləri güclənib, büdcədə ciddi kəsirlər yaranıb, həmçinin dövlət borcu heç vaxt olmadığı qədər artıb. Hökumət yaranmış iqtisadi böhrandan çıxış yolunu sərt büdcə siyasətində görür. Cəmiyyət isə bunu optimal həll yolu hesab etmir. Çünki sərt büdcə siyasəti özündə ilk növbədə sosial xərclərin azaldılmasını ehtiva edir. İnsanlar isə bildirirlər ki, onların qənaət limiti artıq çoxdan tükənib.
Buna görə də ölkəni bürüyən etirazlarla paralel şəkildə, hökumət böhranı da səngimək bilmir. Fransa Milli Assambleyası oktyabrda işə başladıqda sol müxalifət yeni baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi kabinetə etimadsızlıq təklifini parlamentində səsverməyə çıxarmaq niyyətindədir. Bu barədə “Tabe olmayan Fransa” solçu partiyasının milli koordinatoru Manuel Bompard “X” sosial şəbəkə hesabında yazıb.
“Biz danışıqlar barədə komediya oynamaq fikrində deyilik və Lekornu haqqında etimadsızlıq qətnaməsi təqdim edəcəyik”, - deyə o yazıb.
M.Bompardın sözlərinə görə, bu da ölkənin siyasi kursunu dəyişmək üçün kifayət etməyəcək. “Prezident Emmanuel Makronla siyasətdə heç bir dəyişiklik ola bilməz. Etirazların nəticəsi onun istefası olmalıdır”, - deyə Bompard bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43

Gündəm
24 Sentyabr 11:38

Siyasət
24 Sentyabr 11:15

İqtisadiyyat
24 Sentyabr 11:14

İqtisadiyyat
24 Sentyabr 10:58

Gündəm
24 Sentyabr 10:51

Analitik
24 Sentyabr 10:32

Gündəm
24 Sentyabr 10:31

İqtisadiyyat
24 Sentyabr 10:18
