Fələstini tanıyanlar artır
23.09.2025 [11:12]
G7 klubundan dəstək...
Bir neçə gün öncə BMT Baş Assambleyasında 142 səs lehinə, 10 səs əleyhinə olmaqla, 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən “Nyu-York Bəyannaməsi”nin qəbulunun ardından beynəlxalq aləmdə mühüm prosesə start verilib. Belə ki, son bir neçə gündə ard-arda Avropanın və ümumən qərbin bir sıra dövlətləri Fələstini rəsmi şəkildə tanıdıqlarını bəyan ediblər. Vurğulayaq ki, bu sıraya Kanada, Avstraliya və Böyük Britaniya (bir-birindən bir neçə dəqiqə fərqlə), ardından isə Portuqaliya daxil olub. Qeyd edək ki, Böyük Britaniya və Kanada G7-nin üzvləridir və “klub”da Fələstini tanıyan ilk ölkələr olub. Qərb ölkələri İsraillə dinc yanaşı yaşamaq istəyini əsas gətirərək Fələstini tanıdığını bəyan edib - onlar HƏMAS-ın yeni hökumətdə heç bir rolunun olmayacağını, Fələstində seçkilərin keçiriləcəyini vurğulayıblar.
Böyük Britaniya, Kanada, Avtraliya, Portuqaliya...
Böyük Britaniyanın baş naziri Kir Starmer Fələstini suveren dövlət kimi tanıyan rəsmi bəyanat yayıb. “75 il əvvəl biz İsrail Dövlətini yəhudi xalqının vətəni kimi tanıdıq. Bu gün biz Fələstin dövlətini də tanıyan 150-dən çox ölkəyə qoşuluruq. Bu, Fələstin və İsrail xalqlarına daha yaxşı gələcəyin mümkün olduğuna dair vəddir”, - deyən Starmer qeyd edib ki, bu addım “Həmas üçün mükafat deyil”, çünki bu, təşkilatın gələcək hökumətdə heç bir rolu olmayacaq. Baş nazir bəyan edib ki, London yaxın gələcəkdə HƏMAS-a qarşı sanksiyaları genişləndirəcək.
Öz növbəsində Kanadanın baş naziri Mark Karni bəyan edib ki, “İsrailin hazırkı hökuməti Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün metodik addımlar atır”. “HƏMAS İsrail xalqını qorxudur və Qəzza xalqına zülm edir, dəhşətli iztirablara səbəb olur. HƏMAS-ın bütün girovları azad etməsi, tamamilə tərksilah olunması və Fələstinin gələcək idarəçiliyində heç bir rol oynamaması vacibdir. HƏMAS Fələstin xalqının həyat və azadlıqlarını əlindən alıb. Qruplaşmanın bu xalqa gələcəyini diktə etmək hüququ yoxdur”, - deyə Kanada hökumət başçısı bəyan edib.
Avstraliyanın baş naziri Entoni Albanese “X” sosial platformasında Fələstini tanıyan bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, beynəlxalq ictimaiyyət Fələstin Muxtariyyətinə açıq tələblər qoyub: “Fələstin Muxtariyyətinin prezidenti İsrailin mövcud olmaq hüququnu təsdiqləyib və Avstraliya qarşısında birbaşa öhdəliklər götürüb, o cümlədən demokratik seçkilərin keçirilməsi, maliyyə, idarəetmə və təhsil sahələrində əhəmiyyətli islahatların aparılması ilə bağlı öhdəliklər götürüb”.
Proses davam edəcək...
Görünən budur ki, proses davam edəcək. Fransanın da bu həftə ərzində Fələstin dövlətini rəsmi şəkildə tanıyacağı gözlənilir. Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu addım yalnız simvolik bir jest deyil, həm də Yaxın Şərqdə davamlı sülhün bərqərar olunmasına yönəlmiş daha genişmiqyaslı təşəbbüslərin tərkib hissəsi olacaq. Makron vurğulayıb ki, Fransanın bu qərarı regionda gərginliyin azaldılması, dialoqun gücləndirilməsi və beynəlxalq hüquqa əsaslanan ədalətli həll yollarının dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıya bilər. Hətta “Politico” yazır ki, Makronun planları ABŞ-ın Qəzza zolağında İsrailə dəstəyinə qarşı “qlobal əks çəkinin mövcudluğunu” nümayiş etdirmək və “sülh üçün təzyiqi artırmaq” məqsədi daşıyır. Nəşrin mənbələrindən biri, bu yolla Avropanın beynəlxalq təzyiqlər artdıqca İsraildən güzəştlər götürmək planları haqda danışıb.
Lüksemburqun baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavyer Bettel də bir neçə gün öncə parlament komissiyasına ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildiriblər. Bu barədə “Politico” məlumat yayıb. Yerli mətbuatın yazdığına görə, tanınma ilə bağlı yekun qərarın sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında qəbul ediləcəyi gözlənilir. Bu addım Fransa və Belçika da daxil olmaqla bir sıra digər ölkələrlə razılaşdırılacaq.
İsraildən bəyanat: “Bu, baş verməyəcək”.
Baş verənlərə isə İsrail dövlətinin münasibəti birmənalıdır - ölkənin Baş naziri Binyamin Netanyahu cavab videomüraciətində “Bu baş verməyəcək. İordan çayının qərbində heç bir Fələstin dövləti qurulmayacaq” deyib. Baş nazir bildirib ki, illərlə daxildə və beynəlxalq təzyiqlərə baxmayaraq bu “terror dövlətinin” yaradılmasının qarşısını alıb və bundan sonra da Yəhudeya və Samariyada (Qərb sahilinin bəzi hissələri) yəhudi məskunlaşması artırılacaq.
Fələstin nə edəcək - seçkilər, təhlükəsizlik və demilitarizasiya...
Qeyd olunmalıdır ki, səslənən bütün bəyanatlarda HƏMAS-ın Fələstinə nəzarət etməməli olması ön plana çəkilir və ya onun idarə olunmasında heç bir rolunun olmadığı vurğulanır - bildirilir ki, HƏMAS əlində olan bütün israilli girovları azad etməyə borcludur. Göründüyü kimi, Britaniyanın Baş naziri Starmer qruplaşmaya qarşı sanksiyaları genişləndirmək niyyətində olduğunu açıqlayır - Fələstin inklüziv seçkilər keçirməyi öhdəsinə götürüb. Kanadının Baş naziri Karninin də qeyd etdiyi kimi, Fələstin Administrasiyası Kanada və beynəlxalq ictimaiyyətlə birlikdə gələn il seçkilərin keçirilməsi, Fələstin dövlətinin demilitarizasiyası və digər islahatların baş tutması üçün çalışır.
Fələstinin xarici işlər naziri Varsen Ağabekian Şahin isə bəyan edib ki, dövlətin tanınması iki dövlət həllini qoruyan və Fələstinin müstəqilliyini və suverenliyini yaxınlaşdıran bir addımdır. İsrail Xarici İşlər Nazirliyi isə Avstraliya, Böyük Britaniya və Kanadanın Fələstini tanımaq qərarını tənqid edərək, bunu HƏMAS üçün “mükafat” adlandırıb. “The Times of Israel” xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir cavab olaraq Nazirlər Kabinetinin növbəti iclasında İordan çayının qərb sahilinə nəzarətin yaradılmasını təklif edəcəyini və Fələstin Muxtariyyətinin ləğvini tələb edəcəyini deyib.
SADİQ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
25 Sentyabr 14:25

Siyasət
25 Sentyabr 14:21

Sosial
25 Sentyabr 14:03

Dünya
25 Sentyabr 13:55

Dünya
25 Sentyabr 13:29

Analitik
25 Sentyabr 12:56

Sosial
25 Sentyabr 12:53

Dünya
25 Sentyabr 12:49

Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43
