Sərmayələrin təşviqi üçün nümunəvi platforma
23.09.2025 [09:50]
Birinci Beynəlxalq İnvestisiya Forumu kapital, texnologiya və biznes ideyalarının Azərbaycana gətirilməsini stimullaşdıracaq
Sentyabrın 22-də Prezident İlham Əliyevin himayəsi altında Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işinə başlayıb. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.
Müraciətdə vurğulanır ki, Azərbaycanda ilk dəfə keçirilən İnvestisiya Forumu qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platformadır.
2004-2024-cü illər ərzində iqtisadiyyata 344,4 milyard dollar investisya qoyulub
Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verən, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradılıb. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyata 344,4 milyard dollar həcmində sərmayə qoyulub, onun əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Öz dayanıqlı inkişaf yolunda irəliləyən Azərbaycanda iqtisadi artım son 20 ildə uzunmüddətli sabit trendə çevrilib və hər il ümidverici artım nümayiş etdirir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb, Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Ölkəmizin maliyyə gücü artıb, xarici borcu ən aşağı həddə düşüb
Ölkəmizdə əldə edilən nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib. Azərbaycanda hazırda 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, sənaye zonalarında 171 müəssisə qeydiyyata alınıb və 98-i artıq istehsal fəaliyyətinə başlanılıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 11 minə yaxın daimi iş yeri yaradılıb. Sənayeləşmədə xüsusi işgüzar fəallığı ilə seçilən Qarabağ və Şərqi-Zəngəzurda yaradılan sənaye parkları da sənaye istehsalının əsas sütununu təşkil edir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 350 milyon manatdan çox olan 40-dan çox rezident fəaliyyət göstərir. Bu sənaye obyektləri bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyaya imkan yaratmaqdadır.
İqtisadiyyatın digər sektorlarında tətbiq olunan qabaqcıl ideyalar və dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin əlaqələndirilməsi və digər islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faizə yüksəlib.
Həyata keçirilən qətiyyətli islahatlar Azərbaycanın maliyyə gücünü də artırıb, 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.
Azərbaycan həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşdır
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Bu imkanlar ölkəmizin nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırır, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə etməkdədir. Qlobal nəqliyyat arteriyasının aparıcı habına çevrilmiş Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Azərbaycanın yürütdüyü enerji siyasəti beynəlxalq iqtisadi mövqeyinin güclənməsində də mühüm rol oynayır. Ölkəmiz hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.
Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
“Fitch” və “Moodys” ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib
Baş nazirin müavini Samir Şərifov bildirib ki, Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malik olması dünyanın nüfuzlu institutlarının hesabatlarında da öz əksini tapır. “Dünya Bankının ‘Business Ready” sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. “Fitch” və “Moodys” beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib.
Forumda regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf, dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularında faydalı müzakirələr aparılıb. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Bakıda çıxışı zamanı bildirib ki, Azərbaycan investisiya üçün çox əlverişli ölkədir, investisiya imkanlarının yaradılması iş adamları və şirkətlər üçün imkan və fürsətlər yaradır. Bundan istifadə edib Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir. “See Breeze” böyük bir layihədir və çox geniş ərazini əhatə edir. Ərazi və tikinti işləri daha da genişlənəcək və inkişaf edəcək. “See Breeze” ərazisinə də sərmayə yatırımı çox səmərəlidir. Azərbaycanda yaradılan münbit şəraitdən istifadə edib sərmayə yatırımını həyata keçirmək olduqca faydalıdır.
Çıxış edən digər biznes nümayəndələri və iqtisadçılar Azərbaycanda investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli münbit şəraitinin yaradılması, Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən sonra sərmayə cəlbediciliyinin artırılması və digər istiqamətlərdə həyata keçirilən islahatların əhəmiyyətinə toxunublar.
Birinci İnvestisiya Forumunda mühüm sənədlər də imzalanıb. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi müasir şəhərsalma prinsipləri, “yaşıl şəhərsalma”ya keçid və digər qabaqcıl sənaye texnologiyalarının tətbiqi üçün imkanlar yaradır. Habelə, Azərbaycan və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş” imzalanıb. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib. Bundan əlavə, forumda “Emal olunmuş suyun alınmasına dair saziş” sənədi də imzalanıb.
Beləliklə, Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Forum innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsi üçün yeni imkanlar açacaq, kapital, texnologiya və ideyaların Azərbaycana gətirilməsini stimullaşdıracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
25 Sentyabr 12:22

Siyasət
25 Sentyabr 12:08

YAP xəbərləri
25 Sentyabr 12:06

İdman
25 Sentyabr 12:01

Hadisə
25 Sentyabr 11:56

İqtisadiyyat
25 Sentyabr 11:54

İqtisadiyyat
25 Sentyabr 11:52

Xəbər lenti
25 Sentyabr 11:48

Gündəm
25 Sentyabr 11:38

Siyasət
25 Sentyabr 11:16

Gündəm
25 Sentyabr 10:52

Sosial
25 Sentyabr 10:34

Gündəm
25 Sentyabr 10:17

İqtisadiyyat
25 Sentyabr 09:58

İqtisadiyyat
25 Sentyabr 09:35

Analitik
25 Sentyabr 09:16

Analitik
25 Sentyabr 08:50

Sosial
25 Sentyabr 08:32

MEDİA
25 Sentyabr 08:17

Siyasət
25 Sentyabr 07:29

Gündəm
25 Sentyabr 02:45

Gündəm
24 Sentyabr 23:34

Dünya
24 Sentyabr 23:32

Hadisə
24 Sentyabr 23:17

Gündəm
24 Sentyabr 22:56

İqtisadiyyat
24 Sentyabr 22:46

YAP xəbərləri
24 Sentyabr 22:30

Gündəm
24 Sentyabr 22:23

Elm
24 Sentyabr 22:19

Gündəm
24 Sentyabr 22:12

Gündəm
24 Sentyabr 21:58

Mədəniyyət
24 Sentyabr 21:55

Gündəm
24 Sentyabr 21:35

YAP xəbərləri
24 Sentyabr 21:34

Sosial
24 Sentyabr 20:47

YAP xəbərləri
24 Sentyabr 20:33

İdman
24 Sentyabr 20:15

Dünya
24 Sentyabr 19:57

YAP xəbərləri
24 Sentyabr 19:22

Sosial
24 Sentyabr 19:10

YAP xəbərləri
24 Sentyabr 18:21

Yeni texnologiyalar
24 Sentyabr 18:16

YAP xəbərləri
24 Sentyabr 17:32

YAP xəbərləri
24 Sentyabr 17:11

YAP xəbərləri
24 Sentyabr 17:05

YAP xəbərləri
24 Sentyabr 17:03

İqtisadiyyat
24 Sentyabr 17:02

Elanlar
24 Sentyabr 16:55

Gündəm
24 Sentyabr 16:54

YAP xəbərləri
24 Sentyabr 15:59

YAP xəbərləri
24 Sentyabr 15:58

YAP xəbərləri
24 Sentyabr 15:56

YAP xəbərləri
24 Sentyabr 15:34

Gündəm
24 Sentyabr 15:30

Sosial
24 Sentyabr 13:52

Hadisə
24 Sentyabr 13:51

Hadisə
24 Sentyabr 12:17

Elm
24 Sentyabr 12:15

İqtisadiyyat
24 Sentyabr 12:12

İqtisadiyyat
24 Sentyabr 12:10

Sosial
24 Sentyabr 12:02

Siyasət
24 Sentyabr 11:43

Gündəm
24 Sentyabr 11:38

Siyasət
24 Sentyabr 11:15

İqtisadiyyat
24 Sentyabr 11:14

İqtisadiyyat
24 Sentyabr 10:58

Gündəm
24 Sentyabr 10:51

Analitik
24 Sentyabr 10:32

Gündəm
24 Sentyabr 10:31

İqtisadiyyat
24 Sentyabr 10:18
