Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Astarada torpaq sürüşməsi baş verib

Astarada torpaq sürüşməsi baş verib

22.09.2025 [16:41]

Yağıntılı hava şəraiti Astara rayonunun Niləşə kəndində torpaq sürüşməsinə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqribən 100 metrə yaxın məsafədə torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb. Kənd sakini Asif Fətəliyevə məxsus evə ziyan dəyib, həmçinin həyətyanı sahədəki sitrus ağacları və toyuq-cücə torpağın altında qalıb.

Bələdiyyə sədri Ramin Dədəyev bildirib ki, vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verilib.

O, həmçinin deyib ki, dağlardan sel sularının gətirdiyi torpaq və ağac qırıntıları bəzi körpülərin və suötürücü boruların qarşısını kəsib. Hazırda həmin yerlərdə təmizləmə işləri görülür.

Qeyd edək ki, leysan xarakterli yağışlar rayonun digər kəndlərində də yollara və körpülərə zərər vurub.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Sosial

Səssiz düşmən...

25 Sentyabr 10:34

İqtisadiyyat

Analitik

Analitik

MEDİA

YAP xəbərləri

Yeni texnologiyalar

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30