Rusiya PUA-ları Polşa səmasında...
11.09.2025 [09:30]
Qərb ölkələri bu hadisədən ciddi narahatdır
Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) sentyabrın 9-dan 10-a keçən gecə Polşanın hava məkanına daxil olub. Polşa ordusu ilk dəfə ordusunu və NATO qüvvələrini Rusiya dronlarına qarşı istifadə edib. Bu barədə Polşanın Ordu Komandanlığı məlumat yayıb.
Belə ki, Polşa Ordu Komandanlığı ölkənin hava məkanına daxil olan və Rusiyaya məxsus olduğu ehtimal edilən bir neçə pilotsuz uçuş aparatının (PUA) hərbi hava qüvvələri (HHQ) tərəfindən vurulduğunu açıqlayıb. Komandanlıq Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar ölkənin hava məkanını pozan dronların vurulması barədə ilk dəfədir məlumat yayıb. Məlumatda bir neçə dronun vurulması qeyd olunsa da, dəqiq say göstərilməyib. “Bu, əhalinin təhlükəsizliyi üçün real təhdid yaradan təcavüz aktıdır”, - deyə Polşa Silahlı Qüvvələri Baş Komandanlığının “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
PUA-lar məhv edilib
Polşanın Baş naziri Donald Tusk da X səhifəsində paylaşım edərək ordu rəhbərliyi, müdafiə naziri və prezidentlə daim əlaqə saxladığını bildirib. Baş nazir məsələ ilə əlaqədar hökumətin fövqəladə iclasını keçirib, eləcə də NATO rəhbərliyi hadisə barədə məlumatlandırılıb. D.Tusk bəyan edib ki, Polşa Silahlı Qüvvələri ölkənin hava məkanına girən obyektləri məhv etmək üçün silah tətbiq edib. O, sentyabrın 10-da səhər saatlarında “X” sosial platformasında yazıb: “Polşanın hava məkanının dəfələrlə pozulması ilə əlaqədar əməliyyat aparılır. Hərbçilər həmin obyektlərə qarşı silah tətbiq ediblər”. Tusk bildirib ki, ölkə Prezidenti və müdafiə naziri ilə daimi təmasdadır, həmçinin NATO Baş katibi Mark Rütteyə vəziyyətlə bağlı məlumat verib.
Polşa Prezidenti Karol Navrotski isə jurnalistlərə açıqlamasında Rusiyanın ölkənin hava məkanını pozması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edildiyini bildirib: “Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib”. Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv ölkələrə müttəfiqlərlə məsləhətləşmə aparmaq hüququ verir. Əgər bir NATO ölkəsi öz təhlükəsizliyinin pozulduğunu və ya təhdid altında olduğunu hesab edirsə, o, NATO-nun digər üzvləri ilə məsləhətləşmələr aparmaq üçün 4-cü maddədən istifadə edə bilər. Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır. 4-cü maddə NATO-nun kollektiv müdafiə prinsipi ilə (5-ci maddə) qarışdırılmamalıdır. 5-ci maddə faktiki hərbi müdaxilə üçün istifadə olunur, 4-cü maddə isə yalnız konsultasiya və koordinasiya üçündür.
Rusiya diplomatı Polşa XİN-ə çağırılıb
Vurulmuş dronların ilk qalıqları Polşanın şərqindəki Çosnovka kəndində tapılıb. Əhaliyə dron qalıqlarına yaxınlaşmamaq və aşkarlandığı təqdirdə polisə məlumat vermək barədə müraciət edilib. Vəziyyətlə əlaqədar Polşada dörd hava limanı, o cümlədən Varşava aeroportu müvəqqəti bağlanıb. Ordunun fəaliyyətləri ilə əlaqədar Polşanın hava məkanının bir hissəsi də bağlanıb və heç bir uçuş və eniş həyata keçirilməyib.
Qeyd edək ki, Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. XİN Polşa öz ərazisində vurulmuş dronların Rusiyaya məxsus olduğunu bildirib, amma Andrey Ordaş bu ittihamları əsassız sayıb. Diplomat “RİA Novosti”yə açıqlamasında deyib ki, dronların Rusiyaya aid olduğunu sübut edən heç bir dəlil təqdim edilməyib.
Bununla belə, Avropa İttifaqından (Aİ) və bəzi Qərb ölkələrindən Rusiyaya qarşı tənqidlər səsləndirilib. Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olması qəsdən edilib: “Ötən gecə Polşada müharibənin başlanğıcından (Rusiya-Ukrayna - red.) bəri Rusiya tərəfindən Avropa hava məkanının ciddi şəkildə pozulmasını müşahidə etdik və əlamətlər göstərir ki, bu təsadüfi deyil, qəsdən edilib”. O, Aİ-nin Polşa ilə tam həmrəyliyini ifadə edib və Ukraynaya dəstəyin artırılması, Avropanın müdafiəsinə investisiya qoyulmasının vacibliyini qeyd edib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə “Arzuedənlər koalisiyası”nın Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmağa davam edəcəyini bildirib. K.Starmer deyib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının NATO üzvü olan ölkənin ərazisinə müdaxiləsi son dərəcə narahatedici və məsuliyyətsiz addımdır. Baş nazir həmçinin polşalı həmkarı Donald Tuskla telefon danışığı apardığını və ona dəstəyini ifadə etdiyini söyləyib.
O vurğulayıb ki, bu insident Ukrayna xalqının üzləşdiyi çətinlikləri nümayiş etdirir. “Rusiya tərəfinin atdığı bu son dərəcə məsuliyyətsiz addım bizə Prezident Putinin sülhə qarşı açıq-aşkar etinasızlığını və günahsız ukraynalıların hər gün davamlı atəşə məruz qaldığını xatırladır”,-deyən K.Starmer əlavə edib ki, o və “Arzuedənlər koalisiyası” Ukraynada ədalətli və davamlı sülh əldə edilənə qədər Rusiyaya qarşı mövqeyini dəyişməyəcək.
NATO insidenti hücum kimi qiymətləndirmir?
ABŞ konqresmeni Co Vilson isə Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb. O, X səhifəsində yazıb: “İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil”. Konqresmen Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa çağırıb: “Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyaları təcili olaraq tətbiq etmək və Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır. Kreml artıq təkcə Ukraynadakı müharibə ilə kifayətlənmir - indi Moskva “Rusiyanın sərhədləri olmadığını” bəyan etməklə NATO-nun qətiyyətini sınayır”.
“Reuters” agentliyi isə NATO-dakı mənbələrə istinadla yazıb ki, alyans Ukraynadakı müharibə fonunda Rusiya PUA-larının Polşanın hava məkanını pozması ilə bağlı insidenti hücum kimi qiymətləndirmir. Bu yanaşma, NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya maraqlı olmadığını göstərir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
