Böhran fonunda...
10.09.2025 [09:51]
BMT Baş Assambleyasının 80-ci sessiyası işinə başlayıb
BMT Baş Assambleyasının növbəti sessiyası başlayıb. Qeyd edək ki, sentyabrın 9-da BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçirilib - onun səlahiyyətləri Baş Assambleyanın 80-ci sessiyasının sədri, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Berboka təhvil verilib.
Sessiyada hansı məsələlər müzakirə olunacaq?
BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra beynəlxalq məsələlər, xüsusilə də qlobal dünyanı maraqlandıran və hazırda beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradan məsələlər - çoxvektorlu dünya nizamının formalaşması, beynəlxalq sülh və təhlükəsizlik, terrorizmlə mübarizə, silahsızlanma və nüvə silahının yayılmasının qarşısının alınması, iqlim dəyişikliyi, davamlı inkişaf məqsədləri, insan haqları və beynəlxalq hüquq normalarının təminatına dair ətraflı və geniş müzakirələr aparılacaq. Müzakirələrdə dünyanın müxtəlif regionlarında münaqişə ocaqları, o cümlədən BMT-nin Nizamnaməsinə düzəlişlər və dəyişikliklər ilə bağlı məsələlərə də diqqət ayrılacaq. Xüsusilə qeyd etmək lazımdır ki, sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək yüksək səviyyəli tədbirlər çərçivəsində ümumi siyasi debatlar baş tutacaq. Bu müddət ərzində ümumilikdə 195 nümayəndə heyətinin çıxışı gözlənilir. BMT rəsmilərinin məlumatlarına görə, Baş Assambleyanın 80-ci sessiyasının iclaslarında prioritet məsələlər arasında yeni dünya nizamı, beynəlxalq sülh və təhlükəsizlik və qlobal iqlim dəyişiklikləri barədə məsələlər daha çox önəm kəsb edəcək.
Gecikmələr qurumun fəaliyyətinə necə təsir göstərir?
BMT Baş Assambleyasının 80-ci sessiyası təşkilatı bürümüş kəskin maliyyə böhranı fonunda keçirilir. BMT bir neçə ölkənin üzvlük haqlarının, xüsusilə ən böyük donor olan ABŞ-ın təqribən 3 milyard dollar dəyərində borcunun, o cümlədən sülhməramlı əməliyyatlar üçün əhəmiyyətli məbləğlərdə ödənişlərin ödənilməməsi səbəbindən büdcə kəsiri ilə üzləşib. Bundan əlavə, ikinci ən böyük donor olan Çinin də ilin sonuna qədər ödənişlərini gecikdirməsi təşkilatın maliyyə vəziyyətini daha da ağırlaşdırıb. Bu gecikmələr BMT-ni xərcləri azaltmağa, işə qəbulu dondurmağa və humanitar proqramları, o cümlədən uşaqlara və qaçqınlara yardımı azaltmağa məcbur edir.
BMT yeni proqrama başlayıb
Böhrana cavab olaraq, BMT-nin Baş katibi Antoniu Quterreş 2026-cı ilə qədər 6900-ə yaxın iş yerinin itirilməsinə səbəb ola biləcək xərclərin modernləşdirilməsinə və 20 faiz azaldılmasına yönəlmiş UN80 islahat proqramına başlayıb. Qeyd edək ki, ABŞ fəal şəkildə BMT-nin işini optimallaşdırmağa çağırsa da, 2025-ci ilin iyul ayında əvvəllər təsdiq edilmiş 1 milyard dollar vəsaitin ayrılmasının ləğvi də daxil olmaqla maliyyə kəsintiləri vəziyyəti xeyli çətinləşdirib. Beynəlxalq təşkilatın mənbələri bildiriblər ki, Prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə həyata keçirilən tədbirlər böhranlı regionlarda sülhməramlı missiyalar və humanitar yardım kimi əsas proqramları təhdid edir və bəzi üzv dövlətlər arasında narahatlıq yaradır. UN80 islahatının bir hissəsi olaraq 2026-cı ilə qədər UNICEF, UNFPA və “UN Women” kimi bir neçə BMT agentliyinin baş qərargahının Nyu-Yorkdan Nayrobiyə mümkün köçürülməsi müzakirə edilir. Bu addım əməliyyat xərclərini azaltmağa yönəlib - Nayrobidə yerli işçilərə ödənişlərdə 25 faizə qədər, beynəlxalq işçilərə isə 13 faizə qədər qənaət ediləcək.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

