Terrorun 11 sentyabr kölgəsi: Dünya necə xilas olacaq...?
11.09.2025 [08:54]
Bəşəriyyətin yaddaşına həkk olan faciə
Əkiz qüllələrdən başlanan kabus insanlıq üçün dərs oldumu?
2001-ci ilin 11 sentyabrı özünün qara dəhşətləri ilə yanaşı bəzi həqiqətləri də təsdiqlədi. Nyu-Yorkda, “Əkiz qüllələr”də baş verən dəhşətli terror aktı təkcə bir neçə min günahsız insanın həyatına son qoymadı, həm də beynəlxalq münasibətlərin bütün sistemini dəyişdirdi. O gün sübut olundu ki, terror artıq lokal problem deyil, bütün bəşəriyyətin ortaq dərdidir.
... Paytaxtdan da böyük şəhərin ən böyük ticarət mərkəzləri yerlə-yeksan olarkən dünya bir həqiqəti qəbul və təsdiq etdi: heç bir dövlət, heç bir xalq bu bəladan sığortalanmayıb. Həmin hadisə göstərdi ki, XXI əsrdə sülh və təhlükəsizlik anlayışı yalnız bir ölkənin deyil, bütün planetin taleyinə bağlı olacaq...
***
11 sentyabr terrorunu bir də rəqəmlərdə yada salaq. Ard-arda 4 hücum:
- Yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı.
- 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı.
- 40 dəqiqə sonra, yəni 09:43-də ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu.
- Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi...
Hücumlar 2977 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və uzunmüddətli sağlamlığa əhəmiyyətli təsirlərə səbəb oldu - Hücumlarda ən azı 102 ölkənin vətəndaşı həyatını itirdi. İnfrastruktura və əmlaka ən azı 10 milyard dollar ziyan vuruldu. Müvafiq olaraq 343 yanğınsöndürən və 71 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirdi...
***
Beləliklə, Nyu-Yorkdakı “Əkiz qüllələr”ə çırpılan təyyarələrin yaratdığı alov, insanların həyatını bir an içində külə döndərməsi 11 sentyabrı bəşəriyyət üçün ən qorxunc tarix kimi yaddaşlara həkk etdi. Bu hadisə bir günün deyil, bütün bir dövrün simvoluna çevrildi: terror insan həyatının, mədəniyyətin, sivilizasiyanın ən böyük düşmənidir. Bu aksioma terrora qarşı mübarizənin qlobal əhəmiyyət daşıdığını təsdiqlədi.
Bu hadisənin dəhşəti həm də insanlığa bəslənən nifrətin, gözlənilməz qəddarlığın fonunda terrorun mahiyyətini ortaya qoyurdu. 11 sentyabr ona qədərki terror hadisələrinin dəhşətini anladırdı, danışırdı və göstərirdi - terrorçunun milliyyəti və dili olmur. Demək ki, 11 sentyabr terorru həm də Xocalı idi, həm də Srebrenitsa idi, həm də digər faciələr, terrorlar idi, bu terrorlara susqunluğun nəticəsi idi...
Bu faciə hər kəs üçün həm nümunə, həm də dərs idi: heç kim terror təhlükəsindən sığortalanmayıb. İstənilən millət, istənilən şəhər, istənilən insan bu amansız ideologiyanın hədəfinə çevrilə bilər. Necə ki, Nyu-York çevrildi...
***
Terror insan ağlının, bəşəriyyətin qaranlıq tərəfidir, nifrətin silaha çevrilmiş halıdır. 11 sentyabr hadisəsi göstərdi ki, terrorçuların məqsədi təkcə can almaq deyil, həm də insanlığın ruhunu sarsıtmaq, ümidini qırmaqdır. Onlar ölüm vasitəsilə qorxuya hakim olmaq, siyasi iddialarını zorla qəbul etdirmək istəyirlər.
Amma ən ağır məqam odur ki, bu cinayətlərdən ən çox əziyyət çəkən günahsız insanlardır. 11 sentyabrda ölənlər işinə tələsən ofis işçiləri, xidmət personalı, təcili yardıma qaçan xilasedicilər idi. Heç bir günahı olmayan bu insanların həyatını məhv edən terror - bu səbəbdəndir ki, terror insanlığa qarşı yönəlmiş bəşəri cinayət sayılır...
Terror yalnız bir ölkənin problemi deyil. Partlayan bombalar, dağılan şəhərlər, silsilə hücumlar - bunlar hamısı vahid zəncirin həlqələridir. Bu gün Avropada partlayış törədən də, sabah Asiyada insanları atəşə tutan da, Şərqdə və ya Qərbdə qana bulanmış küçələr yaradan da eyni zehniyyətin məhsuludur.
***
Terror insanın həyat haqqını, yaşamaq hüququnu əlindən alır, cəmiyyətin inkişafını ləngidir, dövlətləri, xalqları bir-birinə qarşı qoyur. 11 sentyabr bu həqiqəti ən sərt şəkildə göstərdi: heç bir sərhəd, heç bir qüdrət terroru dayandıra bilmir, əgər insanlıq birgə mübarizə aparmırsa.
Bütün böyük dövlətlər 11 sentyabrdan sonra “terrora qarşı mübarizə” şüarı ilə çıxış etdilər. Lakin sual budur: bu mübarizə nə dərəcədə səmərəli oldu? Silahların kölgəsində aparılan əməliyyatlar, geosiyasi maraqlar naminə yaradılan münaqişələr bəzi hallarda terroru aradan qaldırmadı, əksinə, yeni ocaqlar yaratdı. Bu isə onu göstərir ki, terrorla mübarizə yalnız güclə deyil, həm də ideyalarla, mədəniyyətlə, maariflə aparılmalıdır.
***
Dünya terrordan xilas olacaqmı? Bu suala cavab hələ də açıqdır. Əgər insanlıq birgə dayanmağı, vahid cəbhədə nifrətə yox, humanizmə xidmət etməyi bacarsa - bəli, mümkündür. Əgər dövlətlər maraqlarını önə çəkib insan həyatını ikinci plana atsa - cavab mənfidir.
Unutmaq olmaz ki, hər bir terror aktı təkcə ölənlərin yox, həm də bütün bəşəriyyətin ruhuna vurulan zərbədir. 11 sentyabrın alovu bizi hələ də yandırır, çünki bu hadisə ilə dünya dəyişdi: daha əvvəlki kimi sadə, etibarlı deyil. Amma, eyni zamanda, bu hadisə insanlığa çağırışdır - sülhü, birliyi, qarşılıqlı hörməti qorumaq üçün hər kəs üzərinə məsuliyyət götürməlidir.
11 sentyabr faciəsi göstərdi ki, terror bəşəriyyəti məhv edə biləcək ən böyük təhlükələrdən biridir. O, millətləri, qitələri ayırmır - hər kəsi hədəf alır. Bu gün bəşəriyyətin qarşısında duran əsas vəzifə sülhün dəyərini qorumaq, həyat haqqını müdafiə etməkdir. Dünya yalnız o zaman terrordan xilas ola bilər ki, bütün insanlar “bir nəfəs, bir ruh” kimi həmrəylik göstərsin.
Əks halda, tarix yeni 11 sentyabrlar səhifələri yazmaqda davam edəcək...
P.S: 4 il öncə 11 sentyabr haqda yazı hazırlarkən bir faktla rastlaşmışdım: 1954-cü ilin 11 sentyabrı ABŞ-da keçirilən ilk gözəllik müsabiqəsinin keçirildiyi gün idi. 47 il sonra gözəllik terrora məğlub olmuşdu - əkiz qüllələrin fonunda. Bu gün isə terror üzərində qələbə mümkündür - sülhün, əməkdaşlığın, birliyin timsalında...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

