Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasında yeni mərhələ
10.09.2025 [10:43]
Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb.
Türkiyənin prinsipial mövqeyi
Türkiyə regionun aparıcı dövlətlərindən biri kimi, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə prinsipial yanaşmadan çıxış edib. Bu münaqişənin fəsadları özünü yalnız Azərbaycanın ərazi bütövlüyünün pozulmasında göstərmirdi. İşğal həmçinin regional təhlükəsizliyə və sabitliyə ciddi təhdidlər yaradırdı. Eləcə də, region dövlətləri arasında potensial əməkdaşlıq imkanlarından tam həcmdə istifadə olunması mümkün deyildi. Qardaş Türkiyə Azərbaycan ərazilərinin işğal atında qalması faktı ilə barışa bilməzdi və barışmadı da. Münaqişənin başladığı ilk illərdən rəsmi Ankara Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədlərini bağladı. Türkiyə tərəfindən verilən bu qərar işğalçı ölkənin sərt şəkildə cəzalandırılması demək idi. Bundan sonra Azərbaycanın və Türkiyənin birgə səyləri ilə Ermənistan dalan ölkəyə çevrildi. Paralel şəkildə, rəsmi Ankara Azərbaycanın haqq səsinin eşidilməsi, ədalətli mövqeyinin təsdiqini tapması üçün beynəlxalq müstəvidə fəal iş aparırdı. Biz Türkiyənin ədalətli yanaşmasına, həmçinin Vətən müharibəsi günlərində şahidlik etdik. Qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan və digər yüksəksəviyyəli rəsmiləri müharibənin ilk saatlarından Azərbaycana mənəvi-siyasi dəstəklərini ifadə etdilər. Bu, haqq mübarizəsinə qalxan, ədalətli müharibə aparan Azərbaycan üçün əlavə stimul oldu. 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra bir sıra dairələr və ayrı-ayrı ölkələr tərəfindən respublikamıza qarşı təzyiq kampaniyalarına start verilmişdi. Belə çirkin kampaniyaların dəf edilməsində də qardaş Türkiyənin səsi ucadan eşidilirdi.
Postmüharibə mərhələsində müəyyən güc mərkəzləri tənzimləmə prosesində respublikamızın mövqeyini zəiflətməkdən ötrü daha bir məkrli planlarını işə saldılar. Söhbət Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasını Azərbaycanla Ermənistan arasında başlayan tənzimləmə prosesindən ayırmaq cəhdərindən gedir. Bu, baş versə idi, Ermənistanın əli güclənəcəkdi və rəsmi İrəvanın sülhyaratma prosesini uzatmaq üçün manipulyasiyalara əl atmaq imkanları artacaqdı. Türkiyə hakimiyyəti burada da sağlam məntiqdən çıxış etməklə Azərbaycanla əlaqələndirilmiş fəaliyyətlərə üstünlük verdi. Beləliklə də, məkrli dairələrin Ermənistan -Türkiyə münasibətlərini Azərbaycan - Ermənistan tənzimləmə prosesindən ayırmaq cəhdləri iflasa uğradı.
Vaşinqton razılaşmalarından sonra yaranan yeni reallıqlar
Türkiyə-Ermənistan münasibətlərində yeni mühüm mərhələ başlayır. İki ölkə ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Sərdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.
İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya yönəldilməsi gündəmdə olacaq. Xatırladaq ki, əvvəki illərdə aparılmış beş görüşdə yük daşımaları və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi. Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi. Lakin qərarlar qəbul edilsə də, onların icrası böyük ölçüdə təmin olunmayıb.
Hazırda isə Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasında yeni mərhələyə keçid edildiyi müşahidə olunur. Hadisələri Vaşinqton razılaşmalarının nəticəsində yaranan yeni reallıqlar kontekstində dəyərəndirmək lazım gəlir. Son onilliklər ərzində Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətlərindəki gərginlik bu ölkənin işğalçılıq siyasətindən qaynaqlanırdı. 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına hərbi-siyasi yolla nail olsa da, iki ölkə arasında sülh sazişinin imzalanması məhz qarşı tərəfin manipulyasiyalara əl atması səbəbindən ləngiyirdi. Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində iki ölkə arasında sülhyaratma prosesində mühüm uğur əldə olundu - Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” paraflandı. Paraflanan sənədin mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Eyni zamanda tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Həmçinin Vaşinqton razılaşmalarının nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və onunla bağlı olan qurumların fəaliyyətinin dayandırılması artıq çoxillik münaqişənin beynəlxalq gündəlikdən çıxarıldığı anlamına gəlir. Beləliklə, Cənubi Qafqaz coğrafiyası heç vaxt olmadığı qədər sülhə yaxındır. Dünya Azərbaycanın sülh gündəliyini qəbul edir. Bundan sonra Azərbaycan - Ermənistan, eləcə də Ermənistan - Türkiyə münasibətlərində yeni mərhələ başlayır.
Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılması regional əməkdaşlığa güclü təkan verəcək
Qeyd olunduğu kimi, son vaxtlarda Türkiyə və Ermənistan arasında aparılan danışıqlar əsasən sərhədlərin açılmasını əhatə edib. Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi (Tramp marşrutu) Avrasiyada daha optimal nəqliyyat bağlantılarının təmin olunması baxımından xüsusi aktuallıq daşıyır. 44 günlük müharibənin başa çatmasından sonrakı beş ildə Azərbaycan dəhlizin yaradılmasına həm siyasi, həm də praktiki müstəvidə güclü səy göstərsə də, Ermənistan müxtəlif bəhanələr gətirməklə layihənin reallaşdırılması istiqamətində hər hansı bir addım atmayıb. Vaşinqtonda aparılan müzakirələrin ən mühüm nəticələrindən biri isə regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırılmasıdır. Bununla bağlı liderlərin Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyanatda konkret müddəalar yer alıb. Sənəddə əksini tapan müddəalara əsasən, Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında maneəsiz keçid razılaşdırılıb. Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.
Eyni zamanda, Zəngəzur dəhlizi (Tramp marşrutu) optimal regional bağlantını təmin edəcək. Azərbaycanın starateji baxışına görə Zəngəzur dəhlizi (Tramp marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdiriləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur dəhlizinin (Tramp marşrutunun ) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək. Paralel şəkildə, Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

