Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İranlı nümayəndə: Qlobal güc balansı Şərqə keçir və Avrasiya inteqrasiyası yeni mərhələyə qədəm qoyur

İranlı nümayəndə: Qlobal güc balansı Şərqə keçir və Avrasiya inteqrasiyası yeni mərhələyə qədəm qoyur

09.09.2025 [22:28]

Bugünkü dünyada iqtisadi və geosiyasi güclərin istiqamət dəyişdirdiyini müşahidə edirik. Əgər XX əsrdə qlobal inkişafın mərkəzi əsasən Qərbdə cəmlənmişdisə, bu gün artıq Şərqə doğru bir hərəkət müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzulu iclasında İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpak Jami deyib.

O qeyd edib ki, Çin, Hindistan və digər Asiya ölkələrinin sürətli inkişafı, həm sənaye, həm də texnologiya sahəsində əldə etdikləri uğurlar onları yeni qlobal iqtisadi mərkəzə çevirir. Bu prosesin ən mühüm göstəricilərindən biri isə istehlakçı bazarının getdikcə daha çox Asiyada formalaşmasıdır.

“Pandemiyadan sonrakı dövrdə iqtisadi reallıqlar daha aydın görünməyə başladı. Qlobal tədarük zəncirlərində yaranan dəyişikliklər və yeni tranzit yollarına olan tələbat, xüsusilə Avrasiya məkanının rolunu artırdı. Bu kontekstdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Bu layihə yalnız Çinin deyil, eyni zamanda, iştirak edən bütün ölkələrin iqtisadi inteqrasiyasına və tranzit potensialının güclənməsinə xidmət edir. Əgər bu cür layihələr sırf iqtisadi maraqlara söykənsə, geosiyasi gərginliklərə səbəb olmasa, onların alqışlanması və dəstəklənməsi vacibdir. Bütün bunlar bizə göstərir ki, gələcək iqtisadi reallıq əməkdaşlıq, tranzit dəhlizlərinin inkişafı və qarşılıqlı fayda prinsipi üzərində qurulacaq”, - deyə iranlı nümayəndə vurğulayıb.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Qlobal Cənubun gur səsi

11 Sentyabr 11:42  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30