Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

09.09.2025 [20:42]

Sentyabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaşlarla növbəti görüşü keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll ediləcəyi bildirilib.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi, onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb. Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Qlobal Cənubun gur səsi

11 Sentyabr 11:42  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30