Gözəgörünməz əl..
04.09.2025 [10:28]
Rusiyada Azərbaycana qarşı çirkin kampaniyanın pərdəarxası
Bakı-Moskva münasibətlərindəki çatlar birləşəcəkmi?
Müasir dünyanın reallığı elədir ki, hazırda dövlətlər arasında müharibələr yalnız döyüş meydanlarında hərbi birləşmələrin qarşı-qarşıya durması ilə aparılmır. Milli maraqlardan, suverenlik prinsiplərindən çıxış edən ölkələrə münasibətdə xarici təhdidlər, hibrid müharibələr, proksi qüvvələr vasitəsi ilə onların manevr imkanlarının zəiflədilməsi halları getdikcə artmaqdadır.
Təəssüf doğuran haldır ki, son vaxtlarda Azərbaycan da qonşu Rusiya tərəfindən belə hücumlara məruz qalmaqdadır ki, bu da ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə öz narahatlığını dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb. Elə bu günlərdə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Rusiyada Azərbaycana qarşı aparılan çirkin kampaniya ilə bağlı bəyanat yayıb. “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib”, - deyə sənəddə vurğulanır.
Müttəfiqlik münasibətlərinə zidd olan davranışlar
Azərbaycan özünün ardıcıl xarici siyasətində eyni coğrafiyanı bölüşən ölkələrlə münasibətlərə həssas yanaşma sərgiləyir. Necə deyərlər, qonşu olmaq bu dövlətlərin alın yazısıdır və coğrafiyanı dəyişmək mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə əsaslandırıb ki, qonşulardan təcrid olmuş hər hansı bir dövlət uğurla inkişaf edə bilməz. Bu strateji yanaşmaya uyğun olaraq respublikamız digər qonşuları kimi, Rusiyaya münasibətdə də daim xoş məramdan çıxış edib və qarşılıqlı maraqlar əsasında münasibətləri irəli aparmaq istəyib. Xatırladaq ki, şimal qonşumuz qərəzli kampaniyaya start verənədək iki ölkə arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənirdi. Eyni coğrafiyanı bölüşən iki ölkə bir sıra regional məsələlərdə oxşar mövqelərdən çıxış etməklə fəaliyyətlərini uzlaşdırırdılar. Həmçinin regionlar arasında yaxşı əlaqələr qurulmuşdu, mədəni-humanitar sahədə əməkdaşlıq məmnunluq doğururdu. Tərəflər 2022-ci il 22 fevral tarixində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalamaqla möhkəm zəmin üzərində formalaşmış münasibətləri konkret istiqamətlər üzrə daha da dərinləşdirmək niyyətlərini bildirmişdilər.
Burada Azərbaycanın Rusiya ilə qonşuluq münasibətlərində səmimi olduğunu diqqətə çatdırmaqdan ötrü bir məqama da xüsusi diqqət çəkmək istərdik. Məlum olduğu kimi, Rusiya - Ukrayna müharibəsi başlayandan bəri beynəxalq səviyyədə bu ölkəyə münasibət dəyişib. Artıq üç ildən çoxdur ki, Kreml sərt beynəlxalq qınaqla üz-üzədir. Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya qarşı bir neçə mərhələdə ağır şərtlərlə sanksiyalar tətbiq edb və yeni sanksiyaların da anonsu verilib. Eyni zamanda, təhlükəsizlik səbəbindən şimal nəqliyyat marşrutları böyük dərəcədə bloklanıb. Bütün bu və digər səbəblərə görə Rusiyanın xaricə ixrac və çıxış imkanları məhdudlaşıb. Açıq demək lazımdır ki, belə bir şəraitdə ayrı-ayrı dövlətər Rusiya ilə məsafə saxlayaraq uzanan müharibənin hansı sonluqla bitəcəyini gözləyirlər. Azərbaycanın dürüstlüyü, səmimiliyi, qonşuluğa sadiqliyi ondadır ki, hətta belə adi olmayan bir şəraitdə də Rusiyaya arxa çevirməyib, ikitərəfli əlaqələri genişləndirməyə çalışıb. Bu, Azərbaycanın hər hansı qərəzli yanaşmalardan uzaq olan nümunəsidir.
Bəs Rusiya hansı nümunəni ortaya qoyur? Sualın cavabı məyusedicidir. Rusiyanın davranışları Azərbaycanın mövqeyi ilə müqayisədə təzadlıdır və yuxarıda xatırlatdığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhuna qətiyyən uyğun deyil. Kremlin bu bəyannaməyə xəyanət kimi səciyyələndirə biləcəyimiz ilk davranışı səkkiz ay bundan əvvəl - 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin bu ölkənin səmasında vurulması ilə başlayıb. Varşava və Monreal konvensiyaları sərnişinin ölümü və ya xəsarət alması hallarında maliyyə məsuliyyətini müəyyən edir. Rusiyanın rəsmi dairələri isə hələ də susqunluq göstərir və mülki təyyarənin vurulmasına görə məsuliyyət daşıyanları çəzalandırmağa, təzminatlar ödəməyə tələsmir, Azərbaycan tərəfinin müraciətlərinə səmimiyyətdən uzaq cavablar verir. Halbuki 44 günlük Vətən müharibəsi günlərində Rusiyaya məxsus helikopter Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulanda rəsmi Bakı qarşı tərəfdən üzr istəməyi, təzminatlar ödəməyi, günahkarları cəzaladırmağı gecikdirmədi. Yenə də iki təzadlı nümunə ortadadır. Rusiya niyə belə edir? Bəlkə, Kreml yenə də o çürük təfəkkürdən çıxış edir ki, “böyük qardaş” heç vaxt günahkar ola bilməz? Yox, bu, imperiya təfəkkürüdür, keçmişin qalığıdır, yeni dünya nizamı ilə bir araya sığmır və ondan birdəfəlik imtina olunmalıdır,
Rusiya daha bir pis nümunəni bu ölkənin ayrı-ayrı şəhərlərində, o cümlədən Yekaterinburqda, Voronejdə və digər ünvanlarda miqrasiya qaydalarının möhkəmləndirilməsi bəhanəsi ilə azərbaycanlılara qarşı total hücumlara başlamaqla sərgiləyir. Soydaşlarımız müxtəlif bəhanələrlə sıxışdırılır, təqib edilir, həbsə alınır və yaxud öldürülürlər. Bütün bunların konkret hansı cinayətlərə görə edildiyi isə izah olunmur.
Eyni zamanda, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildi. Eyni obyektə hücumlar sonradan yenidən təkrarlandı. Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket atılması da təsadüfi sayıla bilməz. Rusiya bununla Azərbaycandan nəyin qisasını almaq istəyir? Görünür, Kreml Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini, çətinliklərə üzləşən bu ölkəyə humanitar yardım göstərməsini sinirə bilmir. Azərbaycan öz hərəkətlərində sırf humanizm prinsiplərindən çıxış edir, Rusiyanın adekvat olmayan davranışları isə rəsmi Moskvanın çarəsizliyinin əlamətidir.
Moskvanın “ideoloqları”nın, təbliğat maşınının “qara piar”ı
Milli Məclisin müvafiq komitəsinin yaydığı bəyanatda bildirilir ki, Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Həqiqətən də, Rusiyada ənənəvi olaraq anti-Azərbaycan mövqeyi ilə fərqlənən çoxlu sayda “ideoloq” var. Dəfələrlə sübut olunub ki, həmin kəsim, əslində, Kremlin danışan dilidir və publikaya birbağa rəsmi Moskvanın mövqeyini qeyri-rəsmi yolla çatdırır. Dumanın deputatı Konstantin Zatulin Azərbaycana münasibətdə məntiqi başa düşülməyən “qisasa” çağırış edib. Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə, silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin çirkin təbliğatını aparan Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını “ləzgi kartı” ilə də hədələməyə çalışır. Dumanın deputatı Andrey Qurulyev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır...
Qonşu ölkədə filosof və politoloq kimi tanına Aleksandr Duqinin bu günlərdə miqrantlar barədə qalmaqallı açıqlaması son nəticədə Kremlin tolerantlığa münasibətini bir daha ortaya qoyur. O vurğulayıb ki, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib. Onun fikrincə, miqrantların Rusiyada qalmalarının yeganə yolu assimilyasiyadan və ölkənin mədəni kodunu qəbul etməkdən keçir.
Zatulinlərin, kabanovların, solovyovların, duqinlərin bu qəbildən olan açıqlamalarına Kremlə yaxın olan media qurumlarında “yaşıl işıq” yandırılması bütövlükdə Rusiyadakı ab-havanın göstəricisidir. Bu o anlama gəlir ki, rəsmi dairələr də eyni fikirləri bölüşürlər və yaxud bu tezislər “ideoloqlara” elə Kremldən birbaşa ötürülür. “Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır”, - deyə bəyanatda vurğulanıb.
İqtisadi komandanın mövqeyi isə...
Müxtəlif platformalarda Azərbaycanla bağlı xarab olmuş val kimi eyni cəfəng fikirləri təkrarlayan tükənmiş “ideoloqlardan” fərqli olaraq, iqtisadi komanda Rusiya - Azərbaycan münasibətlərində reallığı düzgün baxış bucağından dəyərləndirir. Belə ki, iqtisadi komanda sağlam məntiqdən çıxış etməklə, münasibətlərin korlanmasına “yox” deyir, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayır. Məsələn, Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün “çox vacibdir” və münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Həqiqətən də, Rusiyanın siyasi dairələrinin, ayrı-ayrı “ideoloqların” Azərbaycana münasibətdə qərəzli mövqe tutmalarına rəğmən, iki ölkə arasında iqtisadi sahədə əməkdaşıq yüksək dinamikaya malikdir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü yerə yüksəlib. Halbuki 2024-cü ilin eyni dövründə Rusiya ölkəmizin ticarət tərəfdaşları sırasında dördüncü yerdə idi. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı hesabata əsasən, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiya ilə ticarət dövriyyəsi nominal olaraq 3,07 milyard ABŞ dolları (2024-cü ilin yanvar-iyul aylarında 2,57 milyard dollar) təşkil edib. Onu da vurğulayaq ki, bu yaxınlarda Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib. İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı müzakirələr aparılıb.
Buradan hasil olan qənaət ondan ibarətdir ki, Rusiyada hakimiyyətin ayrı-ayrı qollarının Azərbaycana münasibəti fərqlidir. Xüsusilə də Overçukun da daxil olduğu iqtisadi komanda daha praqmatik düşünür. Elə hər iki ölkənin mənafeyi baxımından doğru olan da iqtisadi komandanın əsaslandırmasıdır. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa da Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
