Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır

Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır

01.09.2025 [22:05]

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində sülh və əməkdaşlıqla bağlı mesajlar daha geniş yer alıb. Azərbaycanın yaratdığı yeni reallıqlar Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Bu baxımdan Zəngəzur dəhlizin açılması ancaq Naxçıvanla quru əlaqənin yaradılması deyil, həm də Ermənistana tranzit ölkə olmaq imkanını qazandırmaqla yanaşı,  Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin genişləndirilməsinə böyük imkanlar yaradacaqdır. Sülhə gedən yolun sonuna çatmaq asan və rəvan olmayıb.         

Dövlət başçısının qeyd etdiyi kimi 30 il əvvəl Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edərək səkkiz milyon nəfər əhalisinin bir milyonunu evindən didərgin salan Ermənistan üzərində tarixi Zəfər qazandıqdan və öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın sülh üçün aramsız səyləri olub. Sülh prosesində boşluqlara rəğmən, Azərbaycanın israrlı təkidləri sayəsində rəsmi İrəvan sonda masaya oturaraq Vaşinqtonda tarixi sazişə imza atdı. Ermənistanla sülh sazişinin formal olaraq hələ imzalanmamasının əsas səbəbinə gəlincə Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar hələ də qüvvədədir. Cənab Prezident dəfələrlə bəyan edib ki, bu kimi iddiaların aradan qaldırılması, yəni Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların çıxarılması sülh müqaviləsinin imzalanması üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyini həm siyasi, həm də praktiki planda təsdiq etdi. Bu mərhələdən sonra Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır. Sülh müqaviləsinin imzalanması təkcə iki dövlətin münasibətlərini normallaşdırmaq deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi deməkdir.

 

Azər Ağayev,

 YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Qlobal Cənubun gur səsi

11 Sentyabr 11:42  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30