“Fransafrika” “Rusafrika”ya çevrilir?
26.01.2024 [13:32]
Murad Köhnəqala
Fransanın irticaçı və irqçi kolonializmindən canını qurtarmaq istəyən Afrika ölkələri sırasına Çad da qoşulub. Burkina-Faso və Nigerdən sonra bu ölkə də fransız qoşunlarını və şirkətlərini ölkədən rədd etmək istiqamətində fəal hərəkətə keçib. Fransa ilə əlaqələrə son vermək istəyən Çad hakimiyyəti Rusiya ilə yaxınlaşmağa çalışır. Parislə münasibətlərin gərgin olduğu bir vaxtda Çad prezidenti Mahamat İdris Debinin yanvarın 24-ündə Moskvaya səfər etməsi heç də təsadüfi deyil.
Son zamanlar Çadda nüfuzu laxlayan Fransa üçün Çad liderinin Moskvaya səfəri ciddi xəbərdarlıq hesab edilə bilər. Qərbin ekspert icması, Afrika üzrə ixtisaslaşmış media bu səfəri yaxından izləyib.
Çadı Moskvaya yaxınlaşdıran səbəblər
Afrikanın bu kasıb ölkəsi ilə şimal qonşumuz arasında indiyədək normal əlaqələr mövcud olsa da, Çad rəhbərliyinin Moskvaya son səfəri 1968-ci ildə, müstəqil Çadın ilk dövlət başçısı Fransua Tombalbaye zamanında baş tutub. Ekspertlər hesab edirlər ki, Çad yaxın gələcəkdə bu və ya digər formada Rusiyanın regiondakı strategiyasına qoşula bilər.
Uzun illər Afrikada təsirini saxlayan “Fransafrika” sistemi ümumi xarakterinə görə patron-müştəri münasibətlərini xatırladırdı. İndi artıq Fransada da anlayırlar ki, “Frankafrika” süquta uğrayıb. Bütün bunlara baxmayaraq yırtıcılar bu havayı yemi heç də asanlıqla əldən vermək istəmirlər.
Fransanın növbəti məğlubiyyəti
Müstəmləkəçi bir dövlət kimi Fransa üçün qitənin hər ərazisi əhəmiyyət kəsb edirdi. Məsələn, Kot-d'İvuar iqtisadi, Qabon diplomatiya və mədəni əlaqələr, Çad isə məhz hərbi baxımdan önəmli sayılırdı. 1990-cı ildə qara qitənin son diktatoru adlandırılan marşal İdris Debi Çadda hakimiyyətə gələndən bəri ölkədə hərbi hakimiyyət qurmuşdu. Debi 2021-ci ildə baş vermiş toqquşmalarda müəmmalı şəkildə həlak olduqdan sonra hakimiyyətə onun oğlu Mahamat Debi gəlib.
Ata Debinin hakimiyyəti illərində fransızlar Çadda xüsusi təlim keçmiş iki min əsgərdən ibarət hərbi baza formalaşdırmışdılar. Fransız qüvvələri burada yerli silahlı birləşmələr və başqa ölkələrin kəşfiyyat xidmətləri ilə xüsusi əlaqələr yaratmışdı. Başqa sözlə desək, Çad bu illər ərzində Mərkəzi Afrika regionunda az qala Fransanın bir əyalətinə çevrilmişdi.
Demək olar, qonşu sarıdan Çadın da bəxti o qədər gətirməyib. Bu fikrə aydınlıq gətirmək üçün Liviya və Sudan sərhədlərində baş vermiş qanlı toqquşmaları, Mərkəzi Afrika Respublikasında hərbi çevrilişlə əlaqədar böhranlı vəziyyəti, vətəndaş müharibəsini, qonşu Niger və Nigeriyada cihadçılığa qarşı mübarizəni xatırlatmaq kifayətdir.
Keçmiş Çad lideri İdris Debi fransız kəşfiyyatına bütün mənalarda ölkənin dərinliklərinə enməyə imkan vermişdi. Fransanin Çadda qurduğu kəşfiyyat şəbəkəsi az qala bütün Afrikaya nəzarət etməyə imkan verirdi. Təbii ki, Paris də Debinin bu xidmətlərini mükafatsız qoymamışdı.
"Afrikadakı fransız jandarmının" bu sədaqəti müqabilində Fransanın silahlı kontingenti dəfələrlə paytaxt Ncameni, eləcə də ölkə rəhbəri İdris Debini ölkənin şimal klanlarının və silahlı müxalifət koalisiyasının hücumlarından qorumuşdu. İdris Debinin ölümündən sonra da bu ənənə – Fransa-Çad birliyi öz qüvvəsində qalırdı. Lakin Fransanın sümürücü siyasətindən can qurtarmaq istəyən Çadın hazırkı lideri Mahamat Debi Rusiyaya meyillənməyə üstünlük verdi.
Ağ Ev Parisə etibar etmir
Fransanın xarici siyasətində son bir ildə çox məsələ əsaslı şəkildə dəyişib. Afrikanı uduzmağa başlayandan bəri Paris qitənin Mərkəzi və Qərb hissəsində ABŞ-ın dəstəyini itirməyə doğru gedir. Ekspertlərin firkincə, artıq Paris kiçik qardaş kimi böyük qardaşına – yəni, Birləşmiş Ştatlara yaramır. Makron dönəmi Fransanın siyasi tarixinə məğlubiyyət və böhran illəri kimi yazılmaqdadır. ABŞ xüsusilə xarici tərəfdaşlıq məsələlərində Fransaya artıq əvvəlki qədər etibar etmir.
Analitiklərin fikrincə, Afrika ölkələrinin, o cümlədən hələ də fransız təsirindən qurtula bilməyən dövlətlərin rəsmiləri bunu nəzərə almalıdırlar. Bu gün Afrikada istənilən hökumət bu və ya digər şəkildə hakimiyyətdə qalmaq üçün panafrikan və antifransa çıxışlara üstünlük verir. Əlbəttə, bu proseslərdə anti-müstəmləkəçilik gündəmindən fəal istifadə edən ABŞ mediası və ekspert icması, eləcə də Rusiya informasiya şəbəkələri öz maraqlarına uyğun şəkildə yararlanır.
Məlum olduğu kimi, ötən ilin sonunda Çad Respublikasında referendum keçirildi. Seçicilərin 85 faizi mülki idarəçiliyə əsaslanan yeni konstitusiyanın lehinə səs verdi. Baş nazir Saleh Kebzabo yeni konstitusiyanın qəbulundan sonra istefa verdi. 2023-cü ilin noyabrında ölkəsinə qayıdan Çad Transformatorları partiyasının sədri və keçmiş müxalifət lideri Syukses Masranı müvəqqəti keçid hökumətinin başçısı təyin edildi.
Maraqlısı odur ki, Masra heç vaxt ABŞ səfirliyi və Afrika məsələləri ilə məşğul olan ABŞ ekspert icmasının nümayəndələri ilə yaxın münasibətlərini gizlətməyib.
ABŞ-ın Qərbi Afrikadakı yeni strategiyası təkcə Frankafrikanın süqutu ilə eyni vaxtda deyil, həm də Vaşinqtonun keçmiş müttəfiqi Parisin hesabına həyata keçirilir. ABŞ mediası məsələnin bu tərəfini xüsusilə qabardır. Nə qədər qəribə səslənsə də, bu yerdə ABŞ-ın Rusiya ilə maraqları üst-üstə düşür. ABŞ Syukses Masranı mülki hökumətin başçısı təyin etdirməklə Çad uğrunda mübarizədə qismən uğur qazanmış sayıla bilər.
“Afrika korpusu”nun yeni strateji hədəfləri
Bütün bu məlumatlar onu deməyə əsas verir ki, Çad liderinin Moskvaya səfəri sadəcə iqtisadi amillərlə bağlı deyil. Debi Parisin Afrikadan urvatsız şəkildə qovulduğunu anlayaraq öz hakimiyyətini qoruyub saxlamaq üçün yeni siyasi dayaqlar axtarır. Prezident seçkiləri öncəsi bu səfərin mahiyyəti daha aydın başa düşülür.
Çad rəhbərinin səfərini şərh edən Rusiyalı ekspertlər bildiriblər ki, Mahamat Debi böyük ehtimalla 2024-cü il ərzində Fransa ilə münasibətləri kəsmək, daha sonra siyasi anlamda Rusiya, eləcə də Türkiyə ilə yaxınlaşmaq variantlarını nəzərdən keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

