Gürcüstanda nə baş verir?
11.03.2023 [10:45]
Demokratiyanın qələbəsi, yoxsa milli maraqlardan imtina?
Gürcüstanın paytaxtı Tbilisi yenidən izdihamlı mitinqlərlə çalxalanıb. Xəbər verildiyi kimi, burada martın 7-8-də parlamentin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiyalarda 5 mindən 10 minə qədər etirazçının iştirak etdiyi, 133 nəfərin isə saxlanıldığı bildirilir.
Gürcüstanın yolu hansı tərəfədir - Qərbə, yoxsa Rusiyaya?
Tbilisidə baş verən son hadisələri yalnız hansısa bir qanuna görə yaranan narazılıq kimi təqdim etmək doğru olmazdı. Əslində, aksiyaların daha dərin altqatları var. Burada söhbət daha çox Gürcüstanın starteji seçmindən gedir. Ölkənin seçimi, yolu hansı tərəfədir - Qərbə, yoxsa Rusiyaya? Rustavelidə minlərlə insanı parlament binası önündə aksiyalara çəkən məhz bu sualdır. Hazırda Gürcüstan cəmiyyətində ölkənin strateji seçimi ilə bağlı fikir ayrılığı müşahidə edilir. Bunu qonşu ölkəyə ixrac edilən parçalanma kimi də səciyyələndirmək mümkündür.
Tbilisini çalxalayan qanunun gerçək mahiyyəti
Qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentə “Xalqın gücü” hərəkatının üzvləri tərəfindən fevral ayında təqdim olunub. Etirazlar da qanun layihəsi müzakirələrə çıxarılandan etibarən başlayıb. Sənəd parlamentdə birinci oxunuşda qəbul edildikdən sonra isə etirazlar kütləvi hal alıb. Bəs Tbilisini çalxalayan qanun layihəsinin gerçək mahiyyəti nədən ibarətdir? “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəklər.
Qeyd edək ki, oxşar qanun Gürcüstandan əvvəl digər ölkələrdə qəbul olunub. İki ölkənin - ABŞ-ın və Rusiyanın nümunəsinə diqqət çəkək. Xarici Agentlərin Qeydiyyatı Aktı (Foreign Agents Registration Act, FARA) okeanın o tayında 1938-ci ildə qəbul olunub və sonrakı illərdə düzəlişlərlə qadağa dairəsi əhəmiyyətli dərəcədə azaldılıb. Rusiya isə analoji qanuna 2012-ci ildə üz tutub. ABŞ-da xarici agentlərin reyestrinə ilk növbədə başqa dövlətin maraqları üçün lobbiçilik edən təşkilatlar və şəxslər daxil edilir. Rusiyada qəbul olunan qanunda isə “xarici agent” statusu daha geniş miqyasda tövsif olunur. ABŞ-da qanunun qəbul olunması zərurəti sırf dövlət maraqlarının qorunması ilə izah olunur. Rusiyalı ekspertlər isə oxşar qanunun qəbul edilməsi ilə hakimiyyətin siyasi rəqiblərinin əhatə dairəsini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirirlər.
Gürcüstana gəldikdə, etirazçılar sözügedən qanun layihəsini “Rusiya qanunu” adlandırırlar. Burada iki məqamı fərqləndirə bilərik. Birincisi, etirazçıların qənaətinə görə layihənin məzmunu qonşu ölkədəki oxşar qanuna çox yaxındır. Belə ki, qanunun qəbul ediləcəyi təqdirdə daha çox kateqoriyadan olan insanlar onun təsir dairəsinə düşəcəklər. Rustaveli prospektinə toplaşanların qənətinə görə, bu, həm də ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılması anlamına gəlir.
Diqqəti çəkən digər məqam isə etirazçıların Avropaya inteqrasiya siyasətinin davam etdirilməsi zərurətini daha çılğın şəkildə gündəmə gətirmələridir. Onlar iddia edirlər ki, qanunun qəbul ediləcəyi təqdirdə ölkənin Qərbə inteqrasiyası əhəmiyyətli dərəcədə zəifləyəcək. Etirazçıların bu iddiası hansı arqumentlə izah oluna bilər? Sualın cavabı olaraq bildirək ki, hazırda Gürcüstanda Avropa qurumlarından maliyyələşən çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Qrant ayıran təşkilatlar təbii ki, öz maraqlarını diktə edir və QHT-lərin fəaliyyətini istiqamətləndirirlər. Açıq deyək ki, bu istiqamətlər heç də bütün hallarda dövlətin maraqları ilə üst-üstə düşmür, bir sıra hallarda cəmiyyətdə ziddiyyətlər yaranmasına yol açır.
İqtidarda parçalanma
Qonşu ölkənin hakimiyyətində vahid mövqenin olmadığı əvvəllər də müşahidə edilirdi. Xüsusilə də hökumət getdikcə nəzarət imkanlarını genişləndirir, prezident institutu isə proseslərdən kənarda qalan qurum təsəvvürü yaradırdı. Belə görünür ki, prezident Solome Zurabişvili parlamentdə ilk oxunuşda qəbul olunan yeni qanun layihəsinə görə baş qaldıran kütləvi etirazları rəqiblərinə qarşı revanş etmək üçün bir fürsət kimi dəyərləndirib. Bu günlərdə ABŞ-da səfərdə olan xanım prezidentin bir sıra görüşlərini təxirə saldığı bildirilir. “Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib. Bundan əlavə, prezident xalqa müraciətində qeyd edib ki, parlamentdə qanun qəbul olunsa, ona veto qoyacaq.
Beləliklə, Gürcüstanda hakimiyyət təmsilçilərinin “mehriban düşmənçiliyi” dövrünün keçmişdə qaldığını deyə bilərik. S.Zurabişvilinin verdiyi bəyanat təsdiqləyir ki, hakimiyyətdəki fikir ayrılığı və yaxud parçalanma açıq müstəviyə keçib.
Qanun layihəsinin geri götürülməsi
Artan etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə hakim komandanın, parlament çoxluğunun, eləcə də qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, qəbul edilən qanun layihəsi cəmiyyətdə ziddiyyətli rəylərə səbəb olub. Belə ki, “yalan maşını” qanun layihəsini mənfi tərəfdən təqdim edə bilib və cəmiyyətin müəyyən hissəsini çaşdırıb.
“Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun ilk iclasda qəbul edilməsi ölkənin Avropa kursundan dönməsi kimi təqdim olundu... Cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hakim qüvvə olaraq, heç bir razılıq olmadan, qeyd-şərtsiz, dəstəklədiyimiz qanun layihəsini geri götürmək qərarına gəldik”, - deyə bəyanatda vurğulanıb.
Yayılan bəyanat qanun layihəsindən tam imtina olunması anlamına gəlməməlidir. Bildirilir ki, sənədin cəmiyyətə daha müfəssəl təqdim olunnması üçün zamana ehtiyac var. Bəyanatda radikal qüvvələrin gəncləri qanunsuz əməllərə cəlb edə bildiyi diqqətə çatdırılıb. “Biz hər şeydən əvvəl ölkəmizdə sülhü, əmin-amanlığı və iqtisadi inkişafı, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsini qorumalıyıq. Buna uyğun olaraq hər bir vətəndaşımızın enerjisinin qarşıdurmaya deyil, əksinə, ölkənin düzgün inkişafına sərf olunması lazımdır. Emosional fon səngidikdən sonra hakim partiyanın üzvləri bu qanun layihəsinin nəyə xidmət etdiyini və ölkədə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah etmək niyyətindədirlər. Bunun üçün hakimiyyət əhali ilə görüşlərə başlayacaq və məsələnin hər bir detalı ilə bağlı sakinlərə həqiqəti deyəcək”, - bəyanatda bildirilir
Etirazlar davam edəcək
Hakim “Gürcü arzusu” partiyasının qərarından sonra sözügedən qanun layihəsi parlamentdə də ikinci oxunuşda rədd edilib. Bu dəfə səsvermədə 112 deputat iştirak edib. Onlardan 35-i qanun layihəsinin əleyhinə, 1-i isə lehinə səs verib.
Eyni zamanda, Gürcüstan müxalifətinin təmsilçiləri də belə bir qanunun qəbul edilməsinin Gürcüstan üçün məqbul olmadığını bildirirlər və layihənin parlamentdə müzakirələrə çıxarılmasına görə hakimiyyəti tənqid edirlər. “Hazırkı hökumət Avropa dəyərlərindən və demokratiyasından uzaq bəzi addımlar atmağa cəhd edir. Təəssüf ki, bizim elə bir hökumətimiz var ki, onlar xalqın nə istədiyinə, nə də əhval-ruhiyyəsinə qulaq asır. Xüsusilə də Gürcüstan gəncliyinin əhvalını qeyd etmək istərdim. Onlar Gürcüstan müstəqillik qazandıqdan sonra doğulanlardır, bu gənclər azadlığın və müstəqilliyin dəyərini anlayırlar. Bu gənclik hökumətin qəbul etməyə çalışdığı qanun layihəsinə imkan vermədi. Kölgədə olan liderlər bu qanunla ölkədə parlamentə, mediaya, qeyri-hökumət təşkilatlarına nəzarət etməyə cəhd edirdi. Bu tamamilə qəbuledilməzdir. Şadam ki, hökumət bu dəfə insanların, bizim strateji tərəfdaşlarımızın mesajlarını dinlədi. Biz daha çox addımlar atmalıyıq, demokratiyanı, dəyərləri qorumalıyıq. Bu normal inkişaf üçün vacibdir”. Bu fikirləri X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze ifadə edib.
Belə etirazları, həmçinin ayrı-ayrı müxalifət partiyalarının təmsilçiləri səsləndiriblər. “Xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsinə baxmayaraq, Gürcüstanda etirazlar davam edəcək”. Bu barədə “Girçi - daha çox azadlıq” müxalifət partiyasının sözçüsü Sotne Koberidze bildirib. O xatırladıb ki, hakimiyyət etirazlarda saxlanılanları hələ də azad etməyib. “Bizim üçün aydınlıq gətirilməlidir ki, onlar bu qanunu necə geri götürmək niyyətindədirlər, çünki onların bəyanatları qeyri-müəyyəndir. İkincisi, məhbuslar azadlığa çıxana qədər “Gürcü arzusu” düşünməsin ki, onlar üçün asan olacaq”, - deyə partiya təmsilçisi qeyd edib.
Öz növbəsində beynəlxalq birlik də Gürcüstanda baş verənlərə seyrçi qalmayıb. BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq açıqlamasında diqqətə çatdırıb ki, Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. ABŞ-dan Gürcüstanda qalmaqallı qanun layihəsinin geri götürülməsini alqışlayan açıqlama gəlib. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi də böyük etirazlara səbəb olan qanun layihəsinin geri götürülməsinə münasibət bildirib. “Biz hakim partiyanın qanun layihəsini geri götürməsi barədə açıqlamasını alqışlayırıq. Ölkənin bütün siyasi liderlərini Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusuna nail olmaq üçün 12 prioritetə uyğun olaraq inklüziv və konstruktiv şəkildə Avropayönümlü islahatları bərpa etməyə çağırırıq”, - Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında belə deyilir.
Beləliklə, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirələri dayandırılıb. Buna yanaşmalar da fərqlidir. Bir çoxları qanun layihəsinin qəbulunun rədd edilməsini demokratiyanın qələbəsi kimi təqdim etməyə çalışırlar. Ancaq əks mövqedə dayananların, bu dəfə Gürcüstan cəmiyyətinin milli maraqlardan geri çəkildiyi qənaətini ifadə edənlərin də sayı az deyil. Həqiqətən də, Gürcüstanda baş verənlər demokratiyanın qələbəsidir, yoxsa milli maraqlardan imtina?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
