Üçlü görüş problemi həll edəcəkmi?
30.01.2026 [09:31]
ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri ada ilə bağlı müzakirələr aparıblar
Dünyanın ən böyük adası olan Qrenlandiya ilə bağlı problemin həlli üçün müzakirələr davam edir. Bugünlərdə ABŞ, Danimarka və Qrenlandiyadan olan nümayəndələr “ABŞ-ın Arktika təhlükəsizliyi ilə bağlı narahatlıqlarını” müzakirə etmək üçün görüş keçiriblər. Danimarka Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Danimarka, Qrenlandiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında baş tutub və “Krallığın qırmızı xətlərinə hörmətlə yanaşılması şəraitində ABŞ-ın Arktika təhlükəsizliyi ilə bağlı narahatlıqlarının” necə həll oluna biləcəyi müzakirə edilib.
ABŞ ?övlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib ki, ABŞ avropalı tərəfdaşları ilə danışıqlar yolu ilə Qrenlandiya məsələsinə qarşılıqlı məqbul bir həll yolu tapa biləcək: “İnanıram ki, hazırda davam edən prosesin nəticələri bütün tərəfləri məmnun edəcək. Müsbət bir nəticə baş verəcək”. Eyni zamanda, M.Rubio Qrenlandiya ilə bağlı məsələlərin həlli üçün görülməli olan çox işin olduğunu da etiraf edib.
Danimarka Qrenlandiyanı “qırmızı xətt” hesab edir
Danimarkanın Baş naziri Mette Frederiksen isə “The New York Times” qəzetinə müsahibəsində bildirib ki, ölkəsi ABŞ ilə Qrenlandiyanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi ehtimalını istisna edir. Onun sözlərinə görə, suverenliyin ötürülməsi Danimarka və Avropa müttəfiqləri üçün “qırmızı xətt”dir.
Baş nazir, həmçinin Danimarkanın Arktika bölgəsində NATO-nun daimi iştirakının gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Lakin o, NATO-nun Baş katibi Mark Ruttenin Danimarka adından bu mövzuda danışıqlar aparmaq səlahiyyətinin olmadığını vurğulayıb.
Xatırladaq ki, “The Times” qəzeti də öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən razılaşdırılmış Qrenlandiya ilə bağlı çərçivə sazişi adada ittifaq komandanlıq mərkəzindən tutmuş, Rusiya və Çin investisiyalarının qadağan edilməsinə qədər beş əsas komponenti əhatə edir. Qəzet bildirir ki, Tramp və Rutte arasında müzakirə edilən sazişdə 1951-ci ildə Vaşinqton və Kopenhagen tərəfindən imzalanmış Qrenlandiya Müdafiə Müqaviləsinin yenilənəcəyi nəzərdə tutulur. Qrenlandiyada hərbi infrastruktur, stansiya və komandanlıq qoşunları yaratmaq azadlığına malik olan ABŞ, hərbi personalı üçün tam muxtariyyət və mütləq toxunulmazlıq əldə edəcək.
Qeyd olunur ki, çərçivə müqaviləsindəki digər vacib məqamlar adada NATO komandanlıq mərkəzinin yaradılması, ABŞ-ın Qrenlandiyanın mineral sərvətlərinə çıxış əldə etmək imkanı və adada Rusiya və ya Çin investisiyalarına və ya digər layihələrə mane olacaq eksklüziv rejim müqaviləsidir. Nəhayət, ada satışa çıxarılacağı təqdirdə ABŞ-a Qrenlandiyanı əldə etmək üçün birincilik hüququ təmin etmək təklif olunur. Məqalədə deyilir ki, bunun müqabilində ABŞ Avropa ölkələrinə qarşı tariflərdən imtina etməyə və müqavilənin təfərrüatlarını müzakirə etməyə başlamağa razılaşıb.
Tramp proseslərin gedişindən razıdır
Yeri gəlmişkən, NATO-nun Baş katibi bugünlərdə Avropanın ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə olmadığını xəbərdar etmişdi. Onun sözlərinə görə, Avropanın ABŞ-sız özünü qoruya biləcəyini düşünənlər “xəyallarla yaşamağa” davam edə bilərlər. M.Rutte vurğulayıb ki, ABŞ bundan sonra da Avropada güclü hərbi mövcudluğunu saxlayacaq. NATO çərçivəsində Arktika və Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı ayrıca istiqamətlər üzrə iş aparılır. Bununla yanaşı, Qrenlandiya məsələsi və Ukraynadakı müharibə ayrı-ayrılıqda müzakirə olunur. Alyans rəhbərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin NATO-dan ayrı Avropa müdafiə sistemində maraqlı ola bilər.
Bütün bunların fonunda ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı davam edən proseslərdən məmnun görünür. Belə ki, o, “Sid & Friends” radiosuna müsahibəsində ada ətrafında vəziyyətin “yaxşı inkişaf etdiyini” bildirib. “Qrenlandiya ilə bağlı vəziyyət həqiqətən də yaxşı inkişaf edir”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
AP tariflərə dair sazişin taleyini gələn həftə müzakirə edəcək
Onu da qeyd edək ki, ABŞ-ın Qrenlandiya ilə bağlı təhdidləri və Avropanın bir neçə ölkəsinə əlavə tariflər tətbiq etməsi fonunda Avropa İttifaqı (Aİ) ilə Ağ Ev arasında ticarət sazişinin ratifikasiyası ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Avropa Parlamentinin üzvləri sazişlə bağlı məsələni növbəti həftə müzakirə etməyi planlaşdırırlar. Ticarət komitəsindən bildirilib ki, məsələ bazar ertəsi Avropa Komissiyasının nümayəndələri ilə müzakirə edilib.
Deputatlar ratifikasiya məsələsindən əvvəl Qrenlandiya üzrə “çərçivə sazişi” adlandırılan razılaşma haqqında daha çox məlumat əldə etmək istəyirlər. Çünki bundan sonra ABŞ Prezidenti Donald Tramp öz iddialarından və yeni tariflərin tətbiqindən imtina etməyə razılaşıb. Ticarət komitəsinin sədri Bernd Lanqe jurnalistlərə bildirib ki, ticarət sazişi 4 fevral tarixində parlament qruplarında müzakirə olunacaq: “Bəzi düzgün elementlər var, lakin qeyri-müəyyənliklər də mövcuddur”.
Xatırladaq ki, ötən çərşənbə günü Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında şifahi razılaşdırılmış Qrenlandiya paktı, ABŞ-ın Danimarka, Almaniya və Fransa da daxil olmaqla 8 Avropa ölkəsinə 25 faizə qədər gömrük rüsumları tətbiq etmək təhdidindən imtina etməsini nəzərdə tuturdu. ABŞ-ın öz mövqeyinə yenidən baxmasından sonra milli hökumətlər ratifikasiyanın tezliklə həyata keçirilməsini istəyirlər. Lakin bəzi parlament fraksiyaları buna şübhə edirlər və prosesin dondurulmasını dəstəkləmirlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

