Fransanın Afrika ölkələri ilə bağlı siyasəti dəyişir?
27.01.2026 [09:38]
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın, əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Bu dövlətin müstəmləkəçilik siyasətinin tarixi yüz illərə gedib çıxır.
Kolonializm siyasəti Fransa üçün xarakterikdir
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər ərzində əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə, Fransanın müstəmləkəçilik siyasəti həmin xalqlara yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüblər, diskriminasiya nəticəsində yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər.
Fransa istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, bu siyasətin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.
Makron Afrika ilə əlaqələrə yenidən baxa bilər
Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Yelisey sarayına gəldikdən sonra Fransa ilə Afrika ölkələri arasındakı münasibətləri yenidən qurmaq istədiyini bildirib. Milli Assambleya tərəfindən yayımlanan “France-Afrique, le divorce?” adlı sənədli filmdə dövlət başçısı postkolonial dövrdən miras qalmış yanaşmalardan imtina etdiyini və Fransa-Afrika əlaqələrinin əsaslı şəkildə yenilənməsini müdafiə edir. Özünü müstəmləkəçilik dövründən sonra doğulmuş ilk Fransa Prezidenti kimi təqdim edən Emmanuel Makronun sözlərinə görə, Afrika əhalisinin dörddə üçü həmin dövrü şəxsən yaşamayıb. O, münasibətlərin yalnız keçmiş üzərində qurulmasından çıxmağın vacibliyini vurğulayır, eyni zamanda tarixi reallıqların tanınmasının zəruri olduğunu qeyd edir. Bununla belə, o, bu yanaşmanın peşmançılıq və ya tövbə məntiqinə əsaslanmadığını bildirir.
Fransa Prezidenti tədricən postkolonial hesab edilən mexanizmlərə son qoyduğunu və bunun doğurduğu anlaşılmazlıqlara baxmayaraq, bu seçimi üzərinə götürdüyünü deyir. O, Fransanın Afrikadan geri çəkildiyi fikrini rədd edərək, bəzi tənqidlərin Parisin artıq həyata keçirmək istəmədiyi müdaxilə və güc balansı gözləntilərindən qaynaqlandığını bildirir.
Sənədli filmdə Emmanuel Makron Fransanın xüsusilə Sahel bölgəsində bir sıra Afrika ölkələrindən çıxmasından sonra bəzi hərbi rejimlərin Rusiyaya yaxınlaşdığını qeyd edir. O, xüsusilə Malini misal çəkərək, çevrilişdən sonra hakimiyyətə gələn rəhbərliyin Fransa ilə əməkdaşlığın kəsilməsindən sonra yaranan “təhlükəsizlik boşluğunu” doldurmaq üçün Moskvaya müraciət etdiyini deyib. Makronun fikrincə, bu seçim öz təhlükəsizlik problemlərinə davamlı həllər təqdim edə bilməyən zəif milli siyasi sistemlərin göstəricisidir. O, bu vəziyyətin əsas zərbəni mülki əhaliyə vurduğunu və onların bu prosesin ilk qurbanları olduğunu vurğulayır.
Rusiyanın Afrikada güclənməsindən narahatlıq...
Fransa Prezidenti Rusiyanın Afrikadakı strategiyasını neokolonializm kimi xarakterizə edir. Onun sözlərinə görə, xüsusilə “Vaqner” qrupu vasitəsilə göstərilən təhlükəsizlik dəstəyi əməkdaşlıq və ya inkişaf məqsədi daşımır. Makron bildirir ki, bu mexanizmlər əsasən hakimiyyətdə olan liderlərin qorunmasına, əvəzində isə mədən resurslarına çıxışın, informasiya sistemlərinə nəzarətin və uzunmüddətli siyasi təsirin təmin edilməsinə xidmət edir. Emmanuel Makron bu yanaşmanı Fransanın mövqeyi ilə müqayisə edərək vurğulayır ki, Paris artıq rejimləri dəstəkləmək və ya devirmək üçün müdaxilə etmək, yaxud da müstəmləkə dövründən qalma güc münasibətlərinə girmək niyyətində deyil. O, qeyd edir ki, yerli hakimiyyət orqanları əməkdaşlıq çərçivəsini pozduqda Fransa bunu qəbul edir və geri çəkilir.
Sənədli filmdə Makron Benini Fransa ilə Afrika ölkəsi arasında sabitləşmiş ikitərəfli münasibətlərin nümunəsi kimi təqdim edir. Onun sözlərinə görə, Parislə Kotonu arasındakı əlaqələr Sahel bölgəsindəki bəzi ölkələrdən fərqli olaraq institusional əməkdaşlıq çərçivəsində qorunub saxlanılıb. Makron bildirir ki, Fransa ilə Benin arasında tərəfdaşlıq davamlı siyasi dialoqa və xüsusilə silahlı qrupların fəallaşdığı regional şəraitdə təhlükəsizlik sahəsində açıq əməkdaşlığa əsaslanır. O, keçmişdə Benin prezidenti ilə qeyri-rəsmi və qardaşlıq mühitində səsləndirdiyi bəzi fikirlərlə bağlı yaranan mübahisələrə də toxunaraq, bu açıqlamaların ikitərəfli münasibətlərə zərər vurmadığını və diplomatik gərginliyə səbəb olmadığını bildirir.
Fransa Prezidenti Benini hərbi çevrilişlərdən sonra Fransa ilə əməkdaşlığı kəsən ölkələrdən fərqləndirir. Bu nümunə vasitəsilə Emmanuel Makron Parisin Afrika dövlətləri ilə qurmaq istədiyi münasibət modelini - keçmişin tanınmasına əsaslanan, lakin müdaxiləçilikdən uzaq, gələcəyə yönəlmiş və komplekslərdən azad tərəfdaşlıq təqdim edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

