Uğurların təməlində dayanan amil TƏHLİL
23.01.2026 [12:32]
Mövcud iqtidara münasibətin məzmunundan və şəxsi siyasi simpatiyalardan asılı olmayaraq bu gözəl məmləkətin hətta özünü siyasətdən çox uzaq görən hər bir vətəndaşı həqiqət naminə etiraf edə bilər ki, ölkənin siyasi həyatı olduqca canlı və zəngindir. Zəngin və canlı siyasi həyat demokratik ənənələrin inkişafı üçün zəmin yaratdığı kimi, artan beynəlxalq statusumuz da dövlətimizi beynəlxalq münasibətlər sistemində tendensiya yaradan fəal oyunçuya çevirir. Məhz bu cür siyasət Azərbaycanı qloballaşmanın sunami kimi dağıdıcı dalğalarından qoruya bilir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
O qeyd edib ki, dövlətimizin beynəlxalq münasibətlər sistemindəki statusu və Azərbaycana sərgilənən münasibət xeyli dərəcədə müsbətə doğru dəyişilib. Bir o qədər də uzaq olmayan keçmişdə xarici ölkələrdə təşkil olunan beynəlxalq konfranslarda çıxış etdiyimiz zaman tədbir iştirakçılarına dünyanın siyasi xəritəsində sadəcə Azərbaycanı tapıb göstərməklə öz vətəndaşlıq missiyamızı yerinə yetirmiş hesab edərək fərəhlənirdiksə, bu gün dünyanın bir nömrəli dövlətinin Prezidenti Donald Trampın Prezident İlham Əliyevin ünvanına “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” sözlərini deməsinə şahidlik edirik. Baş vermiş inanılmaz dəyişikliklərin fərqində olmaq lazımdır, bu cür tarixə şahidlik etmək isə qürurlu və möhtəşəmdir.
“Əlbəttə ki, belə inkişafa ucuz populizm, məsuliyyətsiz demaqogiya və avantürizm ilə nail olmaq mümkünsüzdür. Məhz buna görə də əldə olunmuş uğurların aqibətini və hamımızın Vətəni olan Azərbaycanın gələcəyi ilə bağlı olan düşüncələrin formalaşması prosesini “sosial şəbəkələrin quldurları” olan vətənşivənlərin öhdəsinə buraxmaq bağışlanmaz səhvdir.
Qıcıq yaradan xırda siyasi təxribatçıların niyyətləri sadəcə ölkənin siyasi sistemində siyasi “sızanaq” yaratmaq və daha sonra onların ətrafında zərərli bakteriyaların artırılmasıdır. Burada böyük amallar uğrunda aparılan mübarizədən söhbət belə gedə bilməz. Ötən əsirdən bəri müraciət etdikləri pafoslu demaqoji şüarlar artıq onları xilas edə bilmir. Heç bir potensialı, resursu, sosial cəlbediciliyi və şəxsi uğur hekayəsi olmayanların, habelə yalnız emosional manipulyasiyalara ümid edənlərin siyasi dövrü bitib. Həyatı və cərəyan edən müxtəlif prosesləri manipulyasiyalar vasitəsilə cəmiyyətə yalnız “ağ-qara” rənglər ilə təqdim etmək istəyənlərin harayına bu gün hətta süni zəkanın nəhəng imkanları və qlobal internetin “əxlaqsız” mühiti belə çata bilmir.
Ölkənin həyatında baş verən müxtəlif hadisələrə sadəcə seyrçi gözü ilə yox, həm də həqiqəti axtaran fəal və məsuliyyətli vətəndaş kimi diqqət yetirən zaman aydın şəkildə onu görə bilirik ki, Prezident İlham Əliyev situasiyadan asılı olmayaraq heç bir zaman problemlərdən qaçmayıb və komfort zonanın yaradılması ilə məşğul olmayıb. Əksinə, prinsipial olaraq çətinlik və təhdid yaradan mövzuların üzərinə gedib. Yada salaq ki, “Qələbəni istismar etmək olmaz” fikri hansısa alim və ya müxalifətdə olan siyasətçiyə yox, məhz bilavasitə Prezident İlham Əliyevə məxsusdur. Əslində, bununla dövlətimizin başçısı bildirir ki, Qələbə, mövcud durumun qorunması üçün yox, indidən sonrakı inkişafın zəmanəti və xalqın ideoloji resursu kimi çıxış etməlidir.

Prezident milli maraqları da hər zaman beynəlxalq siyasi konyunkturadan üstün tutub. Bu mənada yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun müvafiq panel iclasında Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş: “Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur”, - sözləri müstəqil, iradəli və güclü milli siyasətin manifesti kimi dəyərləndirilməlidir”, - deyə politoloq bildirib.
O deyib: “Sözün əsl mənasında fundamental olan bu cür fikirlər mütləq olaraq ideoloji müstəvidə aparılan mürəkkəb elmi işlərin predmeti və obyektinə çevrilməlidir. Milli siyasi fikrinin formalaşması, cəmiyyətdə vətənpərvərlik duyğuların aşılanması və dövlətin gələcək siyasi strategiyanın əsas üfüqlərinin müəyyən olunması kimi mühüm proseslərdə əvəzolunmaz əhəmiyyətə malik olan bu cür fikirlərinin tədqiqatçıların diqqətindən kənar qalmasının heç bir sağlam və məntiqli izahatı ola bilməz.
Prezidentin yuxarıda qeyd olunan cəmi bir fikrində dövlət siyasətinin bütün strateji prioritetlərini görmək olar. Belə ki, “gələcəklə bağlı aydın baxışlar”, “müstəqilliyi təmin edə biləcək güc” və vahid mövqedən çıxış etməyə səbəb olan “milli birlik” dövlətin strateji resursu kimi təqdim olunur. Razılaşın ki, hər üç amil bilavasitə ideoloji müstəviyə aiddir. Odur ki, ideologiyada yarana biləcək istənilən “boşluq” çox qısa zaman ərzində təhlükəli təzahürlər ilə doldurula bilər. Bizim ideologiyamız ya milli fikir və uğurlarımız ilə zənginləşəcək, ya da ki, qlobal tendensiyaların basqısı altında identikliyini itirəcəkdir. Bu halda isə suverenliyimizin aqibəti ötən əsrin doxsanıncı illərin əvvəlində olduğu kimi qaçılmaz təhlükə ilə üzləşəcək. Bəzi ölkələrin uğursuz siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, yaranmış boşluqları zamanında doldura bilmədikləri üçün sözügedən təhlükə ilə bu günlərdə də real olaraq üzləşirlər.
Prezidentin yuxarıda qeyd etdiyimiz çıxışında ideoloji müstəvidə daha bir fikri müstəsna əhəmiyyətə malikdir: “Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək”. Beləliklə, dövlətimizin başçısı “cəmiyyətin dəstəyi”ni aparılan siyasətin uğurunu şərtləndirən başlıca amil kimi müəyyən edir. Cəmiyyətin dəstəyinə arxalanmaq isə siyasətdə demokratik prinsiplərə sadiqliyin əlamətidir. Unutmayaq ki, ictimai dəstək yalnız ictimai-siyasi münasibətlərdə həmrəylik və sağlam dialoq mühiti mövcud olan dövlətlərdə yaşana bilər”.
Asif Adil, həmçinin əlavə edib: “Ötən illər ərzində biz ona da şahidlik etmişik ki, dövlət başçısı populizmdən hər zaman qaçıb və vətəndaşlara həqiqətləri deməkdən çəkinməyib. Bu səbəbdən də deyə bilərik ki, “realizm” Prezident İlham Əliyevin dövlət siyasətinin digər güclü tərəf və xüsusiyyətlərindən biridir. Misal üçün Davosda çıxış edən zaman növbəti fikrinin səsləndirilməsi, - “Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq”, - beynəlxalq münasibətlər sistemində dünya dövlətlərini ayıq-sayıqlığa açıq çağırışın bilavasitə təzahürüdür. Bu siyasət mərd və iradəli şəxsin siyasətidir. Öz çıxışında Prezident prinsipial olaraq vurğulayır: “Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz”. Digər sözlərlə, qlobal sülh və bütün dünyanın inkişafı məhz konkret regionların inkişafından və ölkələr arasında bərqərar olunacaq sülhdən başlayır. Əlbəttə ki, bu cür mövqe yalnız müstəqil siyasət aparmaq iqtidarında olan dövlətin mövqeyi ola bilər”.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

