Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Barış layihəsi...

Barış layihəsi...

29.08.2025 [11:56]

Regionun həyatında yeni dövr başlayır

Uzun sürən müharibədən sonra Cənubi Qafqaz ilk dəfədir sülhün bir addımlığındadır. SSRİ-nin dağılması ilə həm Azərbaycanın, həm də Ermənistanın müstəqillik əldə etdiyi tarixdən bəri işğalçı və təcavüzkar siyasət yürüdən İrəvan regionda normal dövlətlərarası münasibətlərin yaranmasına, bölgənin iqtisadi potensialından tam istifadə edilməsinə imkan verməyib. 2020-ci il Vətən müharibəsi ilə aradan qaldırılan işğal faktının ardından regionda həm də yeni siyasi reallıqlar yaranıb - artıq, sülh regionun gələcək inkişafı üçün ən vacib şərt kimi önə çıxıb. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması isə onu göstərir ki, bölgədə sülhün əldə olunması artıq zərurətdir - bu, həm regiona, həm də qonşu ölkələrə müsbət perspektiv vəd edir. Məsələn, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi paralel olaraq Türkiyə-Ermənistan münasibətlərinə də müsbət tendensiya qazandıracaq. Zəngəzur dəhlizinin (Tramp yolu) açılışının ardından isə üç ölkə arasında yeni iqtisadi münasibətlər formalaşacaq. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək. O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq.

Sülh regiona nə vəd edir: İrəvan anlamalıdır ki...

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi hər zaman özündə başqa bir məsələni də ehtiva edib - belə ki, sülhün imzalanması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşması üçün yaşıl işıq yandıracaq. Türkiyə rəsmiləri hər zaman İrəvan-Ankara danışıqlarının müsbət istiqamətə köklənməsini Azərbaycanla yürüdülən sülh prosesindən asılı olduğunu qeyd edirlər. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında regionda gedən proseslərə diqqət çəkərək Ankaranın Azərbaycanla Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı iş aparıldığını önə çəkib. Qeyd edildiyi kimi, sülhün imzalanması region üçün olduqca böyük perspektiv vəd edir. Sülh:

- Regionda proseslərin axarını və mahiyyətini dəyişəcək;

- Cənubi Qafqazın real vahid iqtisadi-siyasi zonaya çevrilməsini təsdiqləyəcək;

- Yaxın qonşuluq münasibətlərini formalaşdıracaq və sabit region statusu qazandıracaq;

- Qlobal iqtisadi xəttin mühüm bir parçası kimi çıxış etməyə imkan verəcək.

Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan proses özündə Şərq-Qərb istiqamətində ticari logistikanın, nəqliyyat daşınmasının və dəhlizlərin önəmini ifadə etməkdədir.

Ermənistan üçün mühüm perspektiv: həm iqtisadi, həm də siyasi dividendlər...

Belə ki, Cənubi Qafqazda əldə olunacaq sülh mühiti yeni beynəlxalq iqtisadi münasibətlər sisteminə töhfə verə bilər. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, Şərq və Qərb ticari xəttinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şimal - Cənub tranzitlərinin aktiv fəaliyyətinə zəmin yaradır. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Vurğulandığı kimi, Zəngəzur dəhlizinin (Tramp yolu) reallaşması birinci növbədə, mühüm geocoğrafi situasiya yaradacaq. Türkiyə Prezidentinin çıxışında da vurğulandığı kimi, bu dəhlizin açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya olunmağa imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşcaq- bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək.

Zəngəzur dəhlizi (Tramp yolu): Azərbaycan bölgənin  inkişafına yeni təkan verir

Zəngəzur dəhlizinin (Tramp yolu) reallaşması bölgə dövlətləri arasında inteqrasiyanı sürətləndirəcək. Çünki bu yol mühüm geocoğrafi situasiya yaradacaq. Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya kimi mühüm iqtisadi gücü olan bölgələri birləşdirəcək dəhliz Türk dövlətlərini birləşdirən bir kəmərdir. Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə müraciətində bildirib ki, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti “Zəngəzur dəhlizinin qapısını açan addım” kimi tarixə düşəcək: “Zəngəzur dəhlizi bütün bölgəmiz üçün bir barış layihəsidir. Bu dəhliz sayəsində Türkiyə, Azərbaycan və Ermənistan arasında yeni iqtisadi əməkdaşlıq formatı qurulacaq. Biz bununla Cənubi Qafqazda sabitliyin və rifahın möhkəmlənməsini hədəfləyirik”.

Yeni dəmir yolu xəttinin uzunluğu 224 kilometr olacaq. Layihə tam gücü ilə işə düşəndə hər il 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq. Tikinti işlərinin dəyəri 2,4 milyard avro olaraq açıqlanıb. Ərdoğan qeyd edib ki, bu nəhəng infrastruktur:

• Çindən İngiltərəyə qədər uzanan beynəlxalq ticarət xəttini daha sürətli və rentabelli edəcək;

• Xəzər dənizi ilə Aralıq dənizi hövzələrini birləşdirəcək;

• Şərqi və Cənub Anadolu bölgələrinin istehsal potensialına, ixracına və nəqliyyat şəbəkəsinə güclü töhfə verəcək.

Ərdoğan çıxışında həmçinin Azərbaycanın təşəbbüsləri və Ermənistanla aparılan sülh danışıqlarının bu layihə üçün əsas baza olduğunu vurğulayıb.

Ərdoğan bu kontekstdə əlavə edib ki, regionda yeni kommunikasiya xətləri yalnız sülh mühitində mümkündür: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma gələcək üçün çox mühüm zəmin yaradır. Bizim başlatdığımız bu dəmir yolu xətti həmin barış mühitinin praktik nəticəsidir. Qonşularımızla əməkdaşlığı genişləndirərək bölgədə yeni dövrə qədəm qoyuruq”.

Yeri gəlmişkən, avqustun 26-da keçirilmiş Azərbaycan Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazirin müavini Şahin Mustafayev də Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tikintisinə start verildiyini bildirib. O qeyd edib ki, uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30